30 Avqust 2026 10:43
166
DÜNYA
A- A+
Anadolunun istiqlal mübarizəsindən qlobal hərbi gücə: Türkiyə Zəfər Bayramını qeyd edir

Anadolunun istiqlal mübarizəsindən qlobal hərbi gücə: Türkiyə Zəfər Bayramını qeyd edir

Türkiyədə Zəfər Bayramı və Silahlı Qüvvələr Günü qeyd edilir.

AZƏRTAC xatırladır ki, Türkiyə xalqının istiqlal mübarizəsində qazandığı tarixi qələbənin rəmzi olan bu gün yalnız bir hərbi zəfəri deyil, işğal təhlükəsi qarşısında milli iradənin, dövlətçilik əzminin və müstəqillik uğrunda mübarizənin təntənəsini ifadə edir.

Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının məğlubiyyəti Anadolunun gələcəyini böyük sual qarşısında qoyurdu. 1919-cu ildə xarici qüvvələrin Anadolu torpaqlarını işğal etməsi ilə ölkə ağır sınaq qarşısında qalır. Mayın 15-də Yunanıstan qoşunlarının İzmiri işğal etməsi isə milli müqavimətin daha da güclənməsinə səbəb oldu.

Məhz belə mürəkkəb tarixi şəraitdə Mustafa Kamal Paşanın 1919-cu il mayın 19-da Samsuna getməsi Türkiyənin istiqlal mübarizəsinin başlanğıc nöqtələrindən birinə çevrilir. Ardınca Ərzurum və Sivas konqresləri keçirilir, Ankara milli mübarizənin siyasi mərkəzinə çevrilir və 1920-ci il aprelin 23-də Türkiyə Böyük Millət Məclisi fəaliyyətə başlayır.

Milli Qurtuluş Müharibəsi təkcə hərbi cəbhələrdə deyil, həm də siyasi və diplomatik müstəvidə aparılırdı. Türk ordusunun Sakarya döyüşündə əldə etdiyi qələbə mübarizənin dönüm nöqtələrindən biri olub. 1921-ci ildə qazanılan bu zəfərdən sonra istiqlal mübarizəsinin son və həlledici mərhələsinə hazırlıq başlayır.

1922-ci il avqustun 26-da Böyük Taarruzun başlanması ilə türk ordusu işğalçı qüvvələrə qarşı genişmiqyaslı hücuma keçir. Avqustun 30-da Dumlupınarda əldə edilən qələbə isə müharibənin taleyini həll edir. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qazanılan bu möhtəşəm zəfər Anadolu torpaqlarının azadlığı yolunda həlledici mərhələ olur.

Böyük Zəfərdən sonra türk ordusunun əldə etdiyi hərbi uğurlar İzmirin azad edilməsi ilə nəticələnir. 1923-cü ildə Lozanna müqaviləsinin imzalanması və həmin il Türkiyə Respulblikasının elan olunması ilə istiqlal mübarizəsi yeni dövlətçilik mərhələsinə qədəm qoyur.

30 Avqustun tarixi əhəmiyyəti də məhz buradan qaynaqlanır: bu gün türk xalqının ən ağır şəraitdə belə öz müstəqilliyini qorumaq iradəsinin simvoludur.

Aradan keçən bir əsrdən artıq müddətdə Türkiyə yalnız iqtisadi və siyasi deyil, müdafiə sənayesi və hərbi imkanları baxımından da böyük inkişaf yolu keçib. Bu gün Türkiyə Silahlı Qüvvələri NATO-nun ən böyük və imkanları geniş ordularından biri kimi qiymətləndirilir. Son illərdə müdafiə sənayesində həyata keçirdiyi milli və yerli istehsal proqramları ilə də diqqət çəkən Türkiyənin müasir hərbi gücünün əsas xüsusiyyətlərindən biri müdafiə sənayesində xarici asılılığın azaldılması və milli texnologiyaların inkişaf etdirilməsidir. Pilotsuz uçuş aparatlarından zirehli texnikaya, hava hücumundan müdafiə sistemlərindən hərbi gəmilərə, raket texnologiyalarından elektron döyüş sistemlərinə qədər geniş spektrdə yerli imkanlar formalaşdırılıb.

Bu mənada 30 Avqustun müasir Türkiyə üçün mesajı da dəyişməz olaraq qalır: müstəqillik yalnız tarixi zəfərlə deyil, onu qorumaq üçün güclü dövlət və güclü ordu qurmaqla təmin edilir.

Azərbaycan üçün də qardaş ölkənin 30 Avqust Zəfər Bayramı və Silahlı Qüvvələr Gününün xüsusi mənəvi əhəmiyyəti var. Azərbaycan və Türkiyə xalqlarını birləşdirən tarixi, milli və mənəvi bağlar iki ölkə arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Azərbaycan xalqı Türkiyənin istiqlal mübarizəsini və qazandığı Böyük Zəfəri öz tarixi yaddaşının bir parçası kimi qəbul edir.

1919-cu ildə işğal təhlükəsi qarşısında qalan Anadoludan 1922-ci ilin 30 avqustunda zəfərə gedən yol və bu gün dünyanın mühüm hərbi-sənaye potensialına malik Türkiyənin formalaşması bir əsrdən artıq tarixi iradənin nəticəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şimali Kipr sahillərində baş verən bərə qəzasında 7 nəfər ölüb

17:28
30 Avqust

Naməlum talelilərin günü

16:31
30 Avqust

Şimali Kipr sahillərində batan bərədə azərbaycanlıların da olması ehtimal edilir

16:27
30 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

16:01
30 Avqust

Gəncə stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb

15:23
30 Avqust

Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

14:22
30 Avqust

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarəsi Hərbi Hava Qüvvələrinin istifadəsinə verilir

13:37
30 Avqust

Sabah yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq

12:56
30 Avqust

Anadolunun istiqlal mübarizəsindən qlobal hərbi gücə: Türkiyə Zəfər Bayramını qeyd edir

10:43
30 Avqust

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

10:23
30 Avqust

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb

10:08
30 Avqust

DSX: Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib

08:37
30 Avqust

Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib

22:26
29 Avqust

Medianın İnkişafı Agentliyi bəyanat yayıb

20:53
29 Avqust

Premyer Liqa: “Qəbələ” - “Şamaxı” oyununda hesab açılmayıb

20:30
29 Avqust

Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb

19:47
29 Avqust

Xocalının Ballıca kəndində toy – Əmrah və Arzu ailə həyatına doğma yurdda başlayırlar

18:59
29 Avqust

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

17:51
29 Avqust

SABAH qəzeti: Bakı ilə Daşkəndin ittifaqı Avrasiyanın Türk dünyasına yönəlmiş arxitekturası üçün əhəmiyyətlidir

17:21
29 Avqust

AZAL: Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

16:03
29 Avqust

Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub

15:53
29 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!