03 May 2025 09:10
1291
Mədəniyyət
A- A+
Ana dilimizə dövlət qayğısı

Ana dilimizə dövlət qayğısı


Azərbaycan dili türk dilləri ailəsinin ən zəngin və ifadəli dillərindən biri olaraq, xalqımızın tarix boyu qoruyub yaşatdığı ən qiymətli sərvətdir. Bu dil təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin əsas daşıyıcısıdır. 

Azərbaycan dili əsrlər boyunca xalqımızın mədəni inkişafına və cəmiyyətin formalaşmasına mühüm töhfə vermişdir. Dil insanları bir-biri ilə bağlayan, tarixi irsi gələcək nəsillərə ötürən güclü vasitədir.

Zəngin leksik fonduna, ahəngdar səslər sisteminə və geniş ifadə imkanlarına malik olan Azərbaycan dili təkcə gündəlik ünsiyyətdə deyil, elmi, bədii və diplomatik sahələrdə də öz əhəmiyyətini sübut etmişdir. Dilimizin inkişafı, xalqımızın sosial-iqtisadi və mədəni tərəqqisi ilə paralel olaraq daha da genişlənmiş, onun tətbiq sahələri artırılmışdır. Bu dilin gücü ilə diplomatik sənədlər hazırlanmış, yüksəksəviyyəli bədii və publisistik əsərlər qələmə alınmışdır.  

Azərbaycan dili öz keçmişindən gələcəyə uzanan bir körpüdür və bu gün ana dilimizin qorunması, inkişafı dövlət siyasətinin əsas prioritetidir. Azərbaycan dilinə göstərilən qayğı onun zənginliyini yaşatmaq və nəsillər boyunca inkişafını təmin etmək məqsədi daşıyır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi üçün tarixi addımlar atmışdır. Onun qətiyyəti ilə Azərbaycan dili 1978-ci ildə qəbul edilən Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasına dövlət dili olaraq daxil edilmişdir. Bu, SSRİ dönəmində Azərbaycan dilinin varlığına yönəlmiş təzyiqlərə baxmayaraq, onun qorunub saxlanılması istiqamətində mühüm bir addım idi.

Heydər Əliyev hər zaman vurğulayırdı: "Xalqı xalq edən, milləti millət edən ana dilidir. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili sevməlidir". Müstəqillik qazandıqdan sonra Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi statusu daha da möhkəmləndi və hüquqi baxımdan qorundu.

Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit edilmişdir. Konstitusiyanın 21-ci maddəsində qeyd olunur: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir". Bu, ana dilimizə göstərilən dövlət qayğısının ən mühüm hüquqi təminatıdır. Azərbaycan dövlətinin dil siyasəti yalnız ölkə daxilində deyil, həm də beynəlxalq arenada dilimizin mövqeyinin gücləndirilməsinə yönəlib. Xaricdə yaşayan azərbaycanlıların dilimizi qoruması və gənc nəsillərə ötürməsi istiqamətində dövlət əhəmiyyətli iş aparır. Onun yaşadılması və gələcək nəsillərə ötürülməsi milli siyasətin əsas istiqamətlərindən biridir.

Azərbaycan dilinin tədrisi bütün təhsil müəssisələrində əsas fənn kimi yer alır. Eyni zamanda dilçilik sahəsində elmi araşdırmaların aparılması, akademik nəşrlərin hazırlanması və mütəxəssislərin yetişdirilməsi üçün ciddi proqramlar həyata keçirilir. Ana dilimizin zənginliyini qorumaq və onu daha geniş yaymaq məqsədilə ədəbiyyatın, daha dəqiq desək, poeziyanın və milli yaradıcılığın inkişafına dövlət tərəfindən xüsusi dəstək verilir. Tarixi və müasir əsərlərin nəşri, onların geniş auditoriyaya təqdim olunması bu sahədə əsas fəaliyyət istiqamətlərindəndir.

Azərbaycan dilinin elmi əsaslarla qorunmasını və düzgün istifadəsini təmin etmək məqsədilə müvafiq qurumlar fəaliyyət göstərir. Bu institutlar dilimizin qrammatik və leksik inkişafına yönəlik yeni yanaşmalar irəli sürür, araşdırmalar aparır və onun standartlaşdırılması istiqamətində vacib işlər görürlər.

Dilimizin təbliği əsasən kütləvi informasiya vasitələrində geniş şəkildə həyata keçirilir. Televiziya kanalları, qəzetlər, jurnallar və onlayn platformalar vasitəsilə Azərbaycan dilində yayımlar təşkil edilir, keyfiyyətli və informativ materiallar hazırlanır.

Məktəblərdə, ali təhsil ocaqlarında, mədəniyyət mərkəzlərində və diaspor fəaliyyətlərində də ana dilinin təbliği geniş vüsət alıb. Dövlət tərəfindən dərsliklərin nəşri, uşaq ədəbiyyatının yayılması və multimedia resurslarının hazırlanması ilə dilimizin həm qrammatik, həm də mənəvi aspektdə yaşadılması və inkişafı təmin edilir. Ümummilli Lider Heydər Əliyevin dilimizə olan diqqət və qayğısı onun irsinin əhəmiyyətli bir hissəsidir. O, dilimizi təkcə qoruyub saxlamaqla kifayətlənməmiş, onu inkişaf etdirmək, zənginləşdirmək və gələcək nəsillərə əmanət etmək üçün çalışmışdır. Ulu Öndərin irəli sürdüyü milli ideologiya sayəsində Azərbaycan dili bugünkü dövlətçiliyimizin və milli birliyimizin təməl daşına çevrilib.

Azərbaycan dilinə dövlət qayğısı xalqımızın milli kimliyinin qorunması və inkişaf etdirilməsi üçün ən mühüm vasitələrdən biridir. Bu qayğı tariximizə ehtiramımızın və gələcək nəsillərə olan məsuliyyətimizin təzahürüdür. 


Mətanət ƏMRAHOVA, 

filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prokurorluq əməkdaşları Fəxri Xiyabanı ziyarət edib

16:37
10 May

Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

16:22
10 May

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

16:12
10 May

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

16:01
10 May

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

15:57
10 May

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək

15:54
10 May

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası

15:49
10 May

Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

15:47
10 May

Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir

15:41
10 May

Prezident: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik

15:32
10 May

Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb

15:26
10 May

Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq

15:14
10 May

Prezident İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq

15:09
10 May

Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək - Prezident

15:01
10 May

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

14:56
10 May

Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur

14:56
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB

14:11
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub

14:08
10 May

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

14:03
10 May

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib

14:00
10 May

Sülhə yönəlmiş strateji baxış və prinsipial mövqe  

13:57
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!