17 Fevral 2025 17:57
1843
Elm və texnika
A- A+
AMEA-da sinqapurlu alimlərlə görüş olub

AMEA-da sinqapurlu alimlərlə görüş olub


Fevralın 17-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Sinqapur Milli Universitetinin professoru Sun Tek Tan və Beynəlxalq İnformatika Olimpiadasının prezidenti Henry Ong ilə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik İsa Həbibbəyli AMEA-nın tarixində ilk dəfə olaraq Sinqapurdan olan alimlərlə görüşün keçirildiyini bildirib. Həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Asiya ölkələri ilə qarşılıqlı əlaqələrə xüsusi diqqət yetirdiklərini vurğulayan akademik İsa Həbibbəyli bu gün Azərbaycanın sözügedən regionda əməkdaşlıq etdiyi Çin, Pakistan kimi güclü tərəfdaş dövlətlər olduğunu diqqətə çatdırıb. Həmçinin Milli Elmlər Akademiyasının da Asiya dövlətlərinin akademik qurumları ilə elmi əlaqələr qurduğunu deyən akademik İsa Həbibbəyli AMEA-nın Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasına (AASSA) üzv qəbul edildiyini, Çinin və Pakistanın, eləcə də Mərkəzi Asiya dövlətlərinin elmi müəssisələri ilə sıx əməkdaşlıq münasibətləri olduğunu söyləyib.

Akademik İsa Həbibbəyli elm və təhsilin, texnologiyanın güclü inkişaf etdiyi Sinqapurun akademik qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında Milli Elmlər Akademiyasının da maraqlı olduğunu vurğulayıb. Bildirib ki, Sinqapurun elm və texnologiya sahəsində təcrübəsinin öyrənilməsi və tətbiqi Azərbaycan elminin daha da inkişafına təkan verəcək.

Sonra çıxış edən Beynəlxalq İnformatika Olimpiadasının prezidenti Henry Ong və Sinqapur Milli Universitetinin professoru Sun Tek Tan təmsil etdikləri qurumlar barədə məlumat verib, AMEA ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Sinqapur Milli Universitetində humanitar və ictimai elmlər istiqamətində də tədqiqatların aparıldığı, birgə əməkdaşlıq imkanlarının mövcud olduğu diqqətə çatdırılıb. Həmçinin azərbaycanlı tələbələrin beynəlxalq olimpiadalarda yüksək nəticələr göstərdiyi qeyd olunub, ölkəmizdə elmə, təhsilə yüksək dəyər verildiyi vurğulanıb.

Çıxışlardan sonra AMEA prezidenti qonaqlara Azərbaycan tarixinə aid kitablar hədiyyə edib.

Sinqapurlu alimlər, həmçinin AMEA-nın Rəyasət Heyətinin binası və aparatın Elektron Akademiya şöbəsində aparılan işlərlə tanış olublar.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!