18 Fevral 2026 17:34
436
CƏMİYYƏT
A- A+
Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib  

Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib  


Fevralın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.

Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Bəxtiyar Məmmədov iclasın gündəliyinə iki məsələnin daxil edildiyini deyib.

Gündəlik təsdiq olunduqdan sonra Ali Məclis sədrinin birinci müavini gündəlikdə duran birinci məsələ ilə bağlı qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsinin layihəsi Ali Məclisin müzakirəsinə çıxarılması üçün Hüquq siyasəti komitəsinə göndərilib. Layihə komitədə müzakirə olunub, komitənin rəyi ilə Ali Məclisin müzakirəsinə tövsiyə edilib.

Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci ildə muxtar respublikada insan hüquqlarının qorunması haqqında fəaliyyətinə dair məruzə edib.

Məruzə ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev komitənin rəyini diqqətə çatdırıb.

Məsələ ətrafında müzakirələrdə deputatlardan Bəhruz Məmmədov, Əziz Qasımov, Vüsal Məmmədzadə, Mahir İsmayılov və Şəhla Əhmədova çıxış ediblər. Çıxışlarda Ombudsman institutunun sosial təminat, təhsil, sağlamlığın qorunması ilə bağlı hüquqların təmin edilməsi, ictimai iştirakçılıq, hüquqi maarifləndirmə və digər sahələrdə gördüyü işlər təqdirəlayiq hesab olunub.

Məsələnin müzakirəsi zamanı deputatlardan Azad Novruzov, Ramiz Məmmədov və Üzeyir Məmmədov tərəfindən mövzu ilə bağlı suallar səsləndirilib.

Ombudsman Günay Rzayeva səsləndirilən suallara münasibət bildirib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin nəzərə alınması ilə bağlı qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.

İclasda gündəlikdə duran ikinci məsələ ilə bağlı Bəxtiyar Məmmədov qeyd edib ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğunlaşdırılması məqsədi ilə müvafiq qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb, deputatlara təqdim edilib. Layihə Hüquq siyasəti komitəsinin iclasında müzakirə olunub.

Layihə barədə komitə sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Ali Məclisin yaz sessiyasının növbəti iclası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:44
15 Aprel

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:43
15 Aprel

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında

00:41
15 Aprel

“Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında

00:40
15 Aprel

Tramp İranla danışıqların bu həftə bərpa oluna biləcəyini açıqlayıb

21:11
14 Aprel

Mərkəzi Komandanlıq: İlk 24 saat ərzində heç bir gəmi ABŞ blokadasını keçə bilməyib

20:26
14 Aprel

BVF: İran müharibəsi Britaniya iqtisadiyyatına ən ağır zərbəni vuracaq

20:06
14 Aprel

BVF: İranla müharibə həll olunsa belə, avrozona iqtisadi artım tempinin azalması ilə qarşılaşacaq  

19:58
14 Aprel

Misir Azərbaycanla enerji sahəsində genişmiqyaslı əməkdaşlıqda maraqlıdır

19:41
14 Aprel

Səfir Lu Mey: Azərbaycanda Çin dilinə maraq artıb

19:39
14 Aprel

Mil-Muğan düzündə nadir təbiət hadisəsi - İmişlidə qoşa göyqurşağı göründü FOTO

19:36
14 Aprel

2025-ci ildə sığorta şirkətlərinin investisiya portfeli 6 faiz azalıb

19:23
14 Aprel

Transxəzər Marşrutunda Konteyner Daşımaları 34% Artıb

19:15
14 Aprel

ICAO-nun Ələt Hava Limanı İdarəsinə dəstəyi barədə razılaşma imzalanıb

19:08
14 Aprel

Azərbaycan qlobal forum tərəfindən məxfilik və konfidensiallıq üzrə yüksək qiymətləndirildi

19:03
14 Aprel

TÜRKSOY-da Türk dünyasının mədəniyyət paytaxtı Əndican şəhərinin təqdimatı olub  

19:01
14 Aprel

BMT: İlin əvvəlindən Sudanda 700-ə yaxın mülki şəxs öldürülüb

18:56
14 Aprel

Azərbaycanda süni intellekt ekosistemini genişləndirəcək “Datarace.ai” platforması istifadəyə verilir  

18:53
14 Aprel

Bakı və Abşeronun su-tullantı sistemləri təkmilləşdirilir: Pirşağı hövzəsində yeni kanalizasiya kollektoru tikilir  

18:44
14 Aprel

Bədən bəzi hərəkətləri “unutmur”

18:32
14 Aprel

Ağdamın Quzanlı qəsəbəsində vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib  

18:31
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!