06 Dekabr 2024 10:35
2625
Səhiyyə
A- A+
Agentlik: İcbari tibbi sığorta hesabına 690 mindən çox fizioterapiya xidməti göstərilib

Agentlik: İcbari tibbi sığorta hesabına 690 mindən çox fizioterapiya xidməti göstərilib

Fizioterapiya fiziki amillərdən istifadə etməklə tibbi müalicə və profilaktika metodudur. Bu müalicə metodu pasiyentlərin sağalma periodunun sürətləndirilməsinə və qısa müddətdə normal həyat tərzinə qayıtmasına yardım edir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 77 sayda fizioterapiya və reabilitasiya xidməti daxildir. Elektroterapiya, maqnit, lazer, dalğa terapiyaları, vannalar, inhalyasiya, aerozol terapiyası, ultrabənövşəyi və infraqırmızı şüalarla müalicə, masaj, müalicəvi bədən tərbiyəsi, reabilitasiya xidmətləri və digərləri icbari tibbi sığorta ilə qarşılanır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2024-cü ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına 690 mindən çox fizioterapiya xidməti göstərilib.

Fizioterapiya xidmətləri kurs müalicə şəklində icra edilir. Müalicənin müddəti diaqnozdan və xəstəliyin ağırlıq dərəcəsindən asılı olur. Bir kurs müalicə 8-10, 10-12, bəzi hallarda isə 14-20 günlük dövrü əhatə edir. Müalicə müddəti də individual yanaşma əsasında təyin olunur. İcbari tibbi sığorta ilə fizioterapiya xidmətlərinə limit tətbiq olunur. Belə ki, vətəndaşlar il ərzində 30 dəfə tibb müəssisəsinə yaxınlaşa, hər müraciətdə isə 3 fizioterapiya xidmətindən yararlana bilərlər. Qeyd edək ki, qazilərə icbari tibbi sığorta ilə göstərilən fizioterapiya xidmətlərinə sığorta limiti tətbiq edilmir və onlar bu tibbi prosedurlardan növbəsiz şəkildə yararlana bilərlər.

İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında icra olunur.

Qeyd edək ki, fizioterapiyada ən geniş istifadə edilən müalicə metodlarına elektroforez və fonoforezi misal göstərmək olar. Pasiyentin diaqnozu və patoloji prosesin lokalizasiyasından asılı olaraq dərman preparatları orqanizmin lazımi sahəsinin dəri və dərialtı toxumalarına, selikli qişalarına ultrasəs, elektrik cərəyanı ilə ötürülür.

Fizioterapiya təyin olunan zaman xəstənin diaqnozu, xəstəliyinin ağırlıq dərəcəsi, ümumi vəziyyəti, yaşı, cinsiyyəti, yanaşı xəstəlikləri, fiziki və psixi xüsusiyyətləri, orqanizmin əsas funksiyalarının bioritmik aktivliyi və s. nəzərə alınır. Müalicə üsulları seçimi ixtisaslı həkim tərəfindən pasiyentin diaqnozu və sadalanan amillər əsasında individual yanaşma ilə təyin edilir. Fizioterapiya təyinatına hipertoniya, istənilən lokalizasiyalı və etiologiyalı şişlər, epilepsiya tutmaları, pasiyentdə kardiostimulyatorun olması, qanaxma, qan xəstəlikləri, kaxeksiya və s. kimi ümumi əks-göstərişlər mövcuddur.

Fizioterapiya müalicə müddətinin qısaldılmasına, müalicə imkanlarının genişləndirilməsinə, dərman maddələrinin effektivliyini yüksəltməyə kömək edir. Bu müalicə metodu nevroloji, travmatoloji, revmatoloji, burun, qulaq, boğaz, ağciyər, sinir-əzələ, osteoxondroz, spinal protruziya, yırtıqlar, skolioz, kifoz, lordoz, əyripəncəlik, sümük-dayaq sistemi kimi xəstəliklərdə tətbiq olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı enerji qiymətlərinin artmasından narahatdır

11:43
10 Mart

Yaxın Şərqdəki vəziyyətlə bağlı BƏƏ-dən azərbaycanlıların təxliyəsi davam edir

11:31
10 Mart

Yanvarda paytaxt əhalisi ödənişli xidmətlər üçün 740 milyon manat xərcləyib  

11:30
10 Mart

İran: Hücumlar başa çatanadək neft blokadası davam edəcək

11:29
10 Mart

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:28
10 Mart

Dünya birjalarında neft ucuzlaşıb

11:14
10 Mart

Ötən ay Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 4 faizdən çox artıb

11:13
10 Mart

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb  

11:08
10 Mart

Ötən gün 49 cinayətin açılması təmin edilib

11:07
10 Mart

Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir

10:45
10 Mart

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

10:44
10 Mart

Media: Şimali Kiprdə F-16-ların dislokasiyası Afina və Parisə cavabdır

10:24
10 Mart

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə ombudsmanın ictimai sorğusu 

10:23
10 Mart

Qlobal silah ixracı artıb

10:10
10 Mart

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb

10:03
10 Mart

Küləklə gələn yazın müjdəsi - Yel çərşənbəsi 

10:01
10 Mart

Azərbaycan neftinin qiyməti 103 dolları ötüb

09:58
10 Mart

Abbas Əraqçi: İran ABŞ ilə danışıqları davam etdirməyi düşünmür

09:41
10 Mart

CNN: Neft qiymətlərinin artması ABŞ administrasiyasında narahatlıq yaradıb

09:33
10 Mart

ABŞ Prezidenti: Biz İrandakı bütün qüvvələri tamamilə məhv etdik

09:24
10 Mart

NYT: İran ABŞ-nin gözlədiyindən daha çox hərbi əməliyyata hazırdır

09:22
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!