01 Mart 2025 08:10
1543
SİYASƏT
A- A+
Afrika ölkələrinin Azərbaycana marağı artır

Afrika ölkələrinin Azərbaycana marağı artır


Qarşılıqlı səfərlər, imzalanan sənədlər münasibətlərin inkişafına təkan verir


Son illərdə Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətlər ilə ikitərəfli əlaqələri ölkəmizi qitələrarası qovşağa çevirib. Eyni zamanda ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Eləcə də Avrasiyanın bir çox ölkəsi  siyasi və iqtisadi çəkisi getdikcə daha da artan Azərbaycanla əməkdaşlıqlarını dərinləşdirməkdə maraqlıdırlar. 

Ölkəmizin xarici siyasət strategiyasının uğurlu göstəricilərindən biri də Avropa, Asiya və Amerika dövlətləri, habelə türk respublikaları və islam dünyası ilə əlaqələrin qurulması və inkişaf etdirilməsidir. Bu cür çoxqütblü əlaqələrin və əməkdaşlığın nəticəsidir ki, Azərbaycan yalnız yerləşdiyi regionda deyil, bütövlükdə Avrasiya geosiyasi arealında mühüm işbirliyinə və təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində aparıcı rola malikdir. Respublikamızın liderliyi ilə reallaşan enerji layihələri Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər etməklə, ölkəmizi qlobal müstəvidə söz sahibi olan dövlətə çevirib.

Avrasiya ilə yanaşı, Afrika istiqaməti də respublikamızın xarici siyasi və iqtisadi xəttində prioritetə çevrilməkdədir. Dövlətimiz Afrika ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələr qurmaq istiqamətində mühüm addımlar atıb. Təsadüfi deyil ki, 1992-2012-ci illərdə Azərbaycan qitənin əksər dövlətləri ilə diplomatik münasibətlər qurmağa nail olub.

Azərbaycan ilə Afrika dövlətləri arasında əlaqələrin dinamik inkişafı isə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövrünə təsadüf edib. Belə ki, 2019-cu ilin oktyabrında Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünə uğurla evsahibliyi etməsi tədbirdə təmsil olunan Afrika qitəsi ölkələri ilə ikitərəfli münasibətlərdə yeni səhifə açıb. Həmin Zirvə görüşü, eyni zamanda qitənin bir çox ölkələri ilə ali səviyyədə təmasların və görüşlərin keçirilməsi üçün əlverişli şərait yaradıb.

Azərbaycanın xarici siyasətində Afrika istiqamətinin aktuallaşması həm də respublikamızın dünyanı narahat edən problemlərin yoluna qoyulmasında fəal iştirakından irəli gəlir. Məlum olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatına rəhbərliyi dövründə bu təşkilatın qlobal nüfuzunu daha da yüksəltməklə bərabər, onun üzvü olan dövlətlərin dəstəklənməsi istiqamətində də olduqca nümunəvi fəaliyyət ortaya qoyub.

Xüsusən koronavirus pandemiyası dövründə Azərbaycan peyvənd ədalətsizliyinə qarşı çıxış edərək, Qoşulmama Hərəkatının ehtiyacı olan üzv dövlətlərinə yardımlarını əsirgəmədi. COP29-a sədrliyi zamanı isə Azərbaycanın əsas hədəflərindən biri möhkəm körpülər qurmaq oldu.

Ötən ilin noyabrında Bakının evsahibliyi etdiyi COP29-da ali səviyyədə təmsil olunan Afrika ölkələrinin dövlət başçıları ilə keçirilmiş görüşlər, həmçinin son illər ərzində Misir, Əlcəzair, Konqo və Somali kimi ölkələr ilə ali səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi və Keniya ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın Afrika siyasətinin inkişaf perspektivlərinin "yol xəritəsi"ni, hərtərəfli əməkdaşlıq üçün potensial istiqamətlər müəyyənləşdirdi.

Ötən il aprelin 4-5-də Konqo Prezidenti Deni Sassu-Nqesso, bu il fevralın 11-14-də Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfərləri zamanı həmin ölkələr arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi niyyəti ifadə olundu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair hüquqi-normativ sənədlər imzalandı.

Hazırda Prezident İlham Əliyevin siyasi iradəsi və uzunmüddətli strateji məqsədlərə istiqamətlənmiş müdrik siyasəti nəticəsində Afrika qitəsi ölkələri ilə münasibətlərin daha da inkişaf etdirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi prosesi davam edir, bu əlaqələrdə ölkəmizin milli mənafeyinə uyğun yeni hədəflər müəyyənləşdirilib.

Hazırda Azərbaycanla Afrika qitəsi ölkələri arasında iqtisadiyyat, neft-qaz, mədənçilik, müdafiə sənayesi, minatəmizləmə, təhsil sahələrində, eləcə də humanitar yardımların həyata keçirilməsi və "ASAN xidmət" modelinin Afrika ölkələrində tətbiqi istiqamətlərində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın qitədə ən geniş iqtisadi əlaqələrə malik olduğu ölkələr - Tunis, Cənubi Afrika Respublikası, Misir, Mərakeş, Liviya və Keniyadır. Son vaxtlar Konqo ilə enerji sahəsində əməkdaşlıq üçün addımlar atılıb. Belə ki, SOCAR ilə Konqo Milli Neft Şirkəti arasında "Congolaise de Raffinage" neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsinə dair sənəd imzalanıb. Həmçinin Misir şirkətləri ilə əməkdaşlıq istiqamətində işlər görülür.

Ölkəmizin Afrika dövlətləri ilə əməkdaşlığında əsas istiqamətlərdən biri "ASAN xidmət" modelinə dair təcrübə mübadiləsidir. Bu modelin tətbiqinə Afrika qitəsi ölkələri böyük maraq göstərdiklərini ifadə ediblər. "ASAN xidmət" təcrübəsinin ixracı istiqamətində Mərakeş, Uqanda və Efiopiya kimi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları ilə anlaşma memorandumları imzalanıb. Uqandada hazırda "ASAN xidmət" modeli əsasında 6 Dövlət Xidmətləri mərkəzi fəaliyyət göstərir. Somali Prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış sənədlərdən biri də bu sahədə əməkdaşlığa dair olub. Onun Bakıda "ASAN xidmət" mərkəzi ilə tanış olması da təsadüfi deyil. "ASAN xidmət" təcrübəsinin ixracı istiqamətində, eyni zamanda Esvatini, Konqo, Tanzaniya, Qambiya və Zimbabve ilə fəal danışıqlar davam etdirilir.

Təhsil sahəsində əməkdaşlıq da əsas istiqamətlərdən biridir. 2023/2024-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində Afrikanın 35 ölkəsindən 365 nəfər təhsil alıb. Azərbaycan Prezidentinin 2023-cü il 8 iyul tarixli Sərəncamı ilə təsis edilmiş "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv olan Afrika qitəsi dövlətlərinin vətəndaşları üçün ölkəmizin ali təhsil müəssisələrində dövlət hesabına təhsil almaq imkanı yaradılıb. 

Göründüyü kimi, çoxvektorlu siyasət yeridən Azərbaycan Afrika ölkələri ilə sıx əməkdaşlıq edir. Qarşılıqlı səfərlər, qəbul edilən birgə bəyanatlar və əməkdaşlıq göz önündədir. Bu faktlar onu deməyə əsas verir ki, Azərbaycanın əməkdaşlıq üçün yeni istiqamət seçdiyi Afrika ölkələri ilə əlaqələri gələcəkdə daha geniş sahələri əhatələyərək dinamik inkişaf edəcək.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisində yağıntılı hava hökm sürür  

10:20
26 Mart

CNN: İran Xarq adasında müdafiəni gücləndirir

09:33
26 Mart

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

09:21
26 Mart

Türkiyə və İranın XİN başçıları bölgədəki son prosesləri müzakirə ediblər  

23:48
25 Mart

UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib  

22:38
25 Mart

Fransız səyyah: Qarabağa və Naxçıvana səfər etmək məni çox sevindirir

21:26
25 Mart

Səudiyyə Ərəbistanı viza müddəti bitmiş və ölkədə qalan əcnəbilər üçün xüsusi güzəştlər tətbiq edib  

21:13
25 Mart

Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb  

20:59
25 Mart

Hindistanlı səyyah: Azərbaycanda çox yaxşı dostlar qazanmışam 

20:33
25 Mart

Şimali makedoniyalı səyyah: Qarabağa səfər mənim üçün həyəcanlı və yaddaqalan olacaq 

20:21
25 Mart

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!