04 Fevral 2026 16:19
480
DÜNYA
A- A+
ABŞ-nin Afrikadakı iri hərbi təlimlərində 30 ölkə iştirak edəcək

ABŞ-nin Afrikadakı iri hərbi təlimlərində 30 ölkə iştirak edəcək


ABŞ may ayında Afrikadakı ən böyük hərbi təlimləri olan "African Lion" - "Afrika aslanı"nı keçirməyi planlaşdırır. Təlimin əksər hissəsi Mərakeşdə keçiriləcək və 19 Afrika ölkəsindən, Avropa, Cənubi Amerika və Yaxın Şərqdəki bir neçə ölkədən qoşunları cəlb edəcək. Bu barədə  ABŞ Silahlı Qüvvələri Afrika Komandanlığının (AFRICOM) rəhbəri general Daqvin Anderson məlumat verib.

"Afrikadakı ən böyük təlimimiz Mərakeşdə keçiriləcək və "Afrika aslanı" adlanacaq. May ayında onu səbirsizliklə gözləyirik. "Afrika aslanı" 19 Afrika ölkəsini, Avropanın 6 ölkəsini və Cənubi Amerika və Yaxın Şərqdən bir neçə tərəfdaşı əhatə edəcək", - deyə o, brifinqdə bildirib. 

D. Anderson əlavə edib ki, təlimlərin bir hissəsi olaraq ayrı-ayrı manevrlər Tunis, Qana və Seneqalda keçiriləcək.

Hərbi komandanın sözlərinə görə, ABŞ artıq Mozambikdə 14 Afrika və beş Avropa ölkəsini, eləcə də iki Hind-Sakit Okean dövlətini əhatə edən "Cutlass Express" təlimi keçirir. O, həmçinin Keniya, Tanzaniya və Cibutidə keçiriləcək "Associated Accord" təlimindən də bəhs edib. D. Anderson vurğulayıb ki, bütün təlimlər terrorizm, qaçaqmalçılıq və narkotik ticarəti kimi ümumi təhdidlərlə mübarizə aparmaq məqsədi daşıdığı üçün çoxtərəfli xarakter daşıyır. 

Generaldan sonra brifinqdə çıxış edən serjant mayor Qarrik Banfild əlavə edib ki, ABŞ həmçinin Kot-d'İvuar və Liviyada "Flintlock" təlimi keçirəcək.

"African Lion" ABŞ hərbçilərinin iştirak etdiyi illik beynəlxalq hərbi təlimdir. 2025-ci ildə Mərakeşdəki manevrlərdə təxminən 50 ölkədən  10 minə yaxın əsgər iştirak edib. 

Xatırladaq ki, oktyabr ayında AFRICOM rəhbəri və Mərakeş Silahlı Qüvvələrinin Baş Müfəttişi general Məhəmməd Berrid təlimləri "iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əlaqənin ən yaxşı nümunəsi" adlandırıblar.


Rizvan CƏFƏROV,

"Azərbaycan"



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

Azərbaycan romantizminin parlaq siması

10:00
07 Fevral

Tarixin yaddaşına çevrilən alim - Sara Aşurbəyli

10:00
07 Fevral

Revanşistlərin sülh qorxusu

09:55
07 Fevral

Kilsənin və müxaliflərin ideoloji məğlubiyyəti

09:50
07 Fevral

Dostluğa dayanan strateji tərəfdaşlar

09:45
07 Fevral

Tarixin hökmü, hüququn təntənəsi

09:40
07 Fevral

Cinayət cəzasız qalmadı

09:35
07 Fevral

Sülh güclü dövlətin, ədalət isə qalib xalqın haqqıdır...

09:30
07 Fevral

Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin uğurlu siyasəti ilə yüksələn Naxçıvan

09:25
07 Fevral

Qlobal dəstək, yüksək qiymət

09:20
07 Fevral

Dövlətlərin nüfuzu həm də sülhə və dialoqa xidmət edən siyasətlə ölçülür

09:15
07 Fevral

Azərbaycanın Yaxın Şərq regionunda mövqeləri güclənir

09:10
07 Fevral

Azərbaycanın təqdim etdiyi sülh yolu

09:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!