06 Mart 2026 08:20
780
SİYASƏT
A- A+
Azərbaycan sabitliyin və əmin-amanlığın ünvanıdır

Azərbaycan sabitliyin və əmin-amanlığın ünvanıdır


Azərbaycan qlobal arenada mürəkkəb geosiyasi proseslərin getdiyi bir dövrdə sabitliyini və təhlükəsizliyini qoruyub saxlayan dövlətlərdəndir. Ölkəmizin yerləşdiyi coğrafiya müxtəlif maraqların toqquşduğu bir məkandır. Yaxın coğrafiyadakı müharibələr, qarşıdurmalar və siyasi gərginliklər fonunda Azərbaycanın daxili sabitliyini təmin etməsi düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir.


Azərbaycan nümunəvi ölkədir


Hazırda dünyada baş verən hərbi qarşıdurmalar, siyasi gərginliklər, etnik və dini münaqişələr getdikcə vəziyyəti çətinləşdirir. Müxtəlif regionlarda baş verən bu proseslər insanların həyatına, ölkələrin iqtisadiyyatına və milli inkişafına ağır təsir edərək bəzən illərlə aradan qaldırıla bilməyən fəsadlar doğurur. Müharibələr və müxtəlif böhranlar xalqların və günahsız insanların ağır məhrumiyyətlərə məruz qalması ilə nəticələnir. 

Belə bir şəraitdə Azərbaycan regional və qlobal baxımdan sabitliyin əsas nümunəsini ortaya qoyur. Müxtəlif coğrafi və siyasi təzyiqlərin, qonşu ölkələrdə davam edən mürəkkəb hadisələrin fonunda respublikamızın əmin-amanlıq şəraitində inkişaf etməsi diqqətəlayiqdir. Dövlətimizin uğurlu idarəçiliyi və xalqımızın milli həmrəyliyi Azərbaycanın möhkəm və davamlı stabilliyini təmin edən əsas amillər sırasındadır.

Tarixə nəzər salsaq görərik ki, Azərbaycanın sabitliyi asan əldə olunmayıb. 1990-cı illərin əvvəllərində respublikamızda yaranan xaotik vəziyyət, dövlət idarəçiliyindəki boşluqlar və separatçı meyillər ölkəmizin əsas inkişaf hədəflərinə ciddi təhlükə törətmişdi. O dövrdə yaşanan qarşıdurmalar, hərbi qarşılaşmalar və siyasi çəkişmələr cəmiyyət üçün ağır sınaqlar yaradaraq dövlətimizin gələcəyini sual altında qoymuşdu. 

Yalnız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə siyasi və ictimai stabillik təmin edilmişdi. Bu stabil şərait dövlətimizin strateji hədəflərini həyata keçirməsi üçün əhəmiyyətli zəmin yaratmışdı. Qanunsuz silahlı birləşmələrə qarşı görülən tədbirlər, milli təhlükəsizlik sahəsində atılan addımlar Azərbaycanın inkişaf yolunda önəmli dönüş nöqtəsi olmuşdu.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızın nailiyyətləri həm də sabitliyin bariz göstəricisidir. Azərbaycan dünyada təhlükəsizliyi və əmin-amanlığı ilə seçilən ölkələr sırasındadır. Cinayətkarlığın aşağı səviyyəsi, beynəlxalq tədbirlərin keçirilməsi mərkəzinə çevrilməsi, turizmin inkişafı və xarici sərmayələrin artması sabitliyin real nəticələridir.

44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və Qarabağda erməni separatçılığının darmadağın edilməsi regiondakı təhlükəsizliyi gücləndirdi. Azərbaycan bütövlükdə Cənubi Qafqaz regionunda sabitliyin qorunmasında həlledici rol oynadı. 

Prezident İlham Əliyev respublikamızdakı sabitliklə bağlı deyib: "Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır".


"Sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır"


Azərbaycanın dayanıqlı inkişafı sabitliyə əsaslanır. O cümlədən ölkəmizdə müxtəlif etnik və dini qruplar arasında qarşılıqlı hörmət və dostluq şəraiti qorunub saxlanılır, milli və mədəni fərqliliklər normal şəkildə yaşanır. 

Beləliklə, sabitlik ölkəmizin həm daxili, həm də xarici siyasətinin uğurlu nəticələrini təmin edir. İqtisadi inkişaf, beynəlxalq nüfuz, xarici sərmayə və turizm sahəsində əldə olunan uğurların təməlində məhz sabitlik dayanır.

Azərbaycan dünyaya stabil, təhlükəsiz və inkişaf edən bir dövlət nümunəsi təqdim edir. Xalqın milli həmrəyliyi, uğurlu idarəçilik və strateji məqsədlər sabitliyin qorunmasında əsas faktorlardır. Respublikamız həm də regionda və dünyada əmin-amanlığın və təhlükəsizliyin simvolu olaraq önə çıxır.

Azərbaycanın təcrübəsi göstərir ki, sabitlik heç bir halda asanlıqla əldə edilmir, amma qorunması və möhkəmləndirilməsi dövlətin gücü və xalqın birliyi ilə mümkündür. Dünyada mürəkkəb hadisələr baş verdiyi bir zamanda respublikamızın nailiyyətləri sabitliyin əhəmiyyətini bir daha ortaya qoyur. Bu da ölkəmizin həm regionda, həm də qlobal siyasətdə mövqeyini gücləndirir və onu bir çox beynəlxalq proseslərdə etibarlı tərəfdaşa çevirir.

Bu gün ölkəmiz elə bir qüdrətə sahibdir ki, heç bir qüvvə onun yaratdığı reallığı, sabitlik şəraitini dəyişə bilməz. 


Təhminə VERDİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyanın ən böyük aysberqi yox olur  

20:33
22 Aprel

“Google Photos” yeni funksiyasını təqdim edib

20:26
22 Aprel

“Dyson” yeni məhsulunu təqdim edib

20:18
22 Aprel

Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək müzakirə olunub

20:07
22 Aprel

BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının sessiyasında WUF13-ün strateji əhəmiyyəti vurğulanıb  

20:03
22 Aprel

Ağ Ev: İranla atəşkəsin uzadılması 3-5 gün davam edəcək

20:03
22 Aprel

Bakıda Azərbaycan və Gürcüstanın hərbi hüquqşünasları görüşüblər

20:02
22 Aprel

“Dərinsulu Günəşli” platforması 18 il ərzində 91,5 milyon ton neft hasil edib

19:56
22 Aprel

Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib  

19:53
22 Aprel

Almaniya iqtisadi artım proqnozunu azaldır

19:48
22 Aprel

Mərkəzi Asiya liderləri su böhranını həll etmək üçün Astanada toplanıb

19:39
22 Aprel

Avstraliyada qaz nəhəngləri yeni vergiyə qarşı “reklam müharibəsi”nə başlayıb  

19:32
22 Aprel

Avropa və Britaniyada iqlim dəyişikliyi allergiyanı artırıb

19:23
22 Aprel

ABŞ-də 1,5 trilyon dollarlıq müdafiə büdcəsi təklifi

19:12
22 Aprel

Almaniyada yanacaq böhranı səbəbindən 20 min uçuş ləğv edilir

19:06
22 Aprel

Kapital Bank 2025-ci ildə müştərilərin 7 milyon manatdan çox vəsaitini qoruyub

18:58
22 Aprel

Milli Məclisin sədri Latviya Prezidenti ilə görüşüb  

18:53
22 Aprel

Pekindən rəy: Azərbaycan vasitəsilə logistikanın inkişaf etdirilməsi Avrasiyada ticarətin artmasına töhfə verəcək  

18:52
22 Aprel

Qəhvə əhval-ruhiyyəni necə yaxşılaşdırır?

18:52
22 Aprel

SOCAR və “BGP Inc.” əməkdaşlığı genişləndirir

18:51
22 Aprel

Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT

18:49
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!