28 Aprel 2015 01:04
345
SİYASƏT
A- A+
1920-ci ilin aprel çevrilişindən sonra başlayan xalq üsyanları

1920-ci ilin aprel çevrilişindən sonra başlayan xalq üsyanları

 

1920-ci il aprelin 27-də Azərbaycana gələn Qırmızı Ordunun əsas məqsədi ölkəni işğal etməklə dövlət müstəqilliyimizə son qoymaq, torpaqlarımızı parçalamaq idi. Müxtəlif səbəblərdən işğalın ilk günlərini nisbətən sakit qarşılayan əhali sonradan baş alıb gedən hərc-mərcliyə dözməyərək ayağa qalxdı. Professor Fəzail İbrahimlinin qeyd etdiyi kimi, “Tarixən heç bir işğalçı tərəfindən müqaviməti qırılmayan Azərbaycan xalqı XI Ordu qarşısında da mütilik göstərmədi. XI Ordunun gəlişini sükutla qarşılayan Azərbaycan xalqının təmkini uzun çəkmədi. Tərəddüd edənlər, ümid gözləyənlər, mübarizə aparmağın mənasız olduğunu güman edənlər, qeyri-leqal fəaliyyətə keçən siyasi partiya üzvləri və Milli Ordu əsgərləri qısa müddətdə başa düşdülər ki, sakit dayanmağın heç bir mənası yoxdur. XI Ordunun özbaşınalığı, qarətçilik, kütləvi güllələnmə xalqın qəzəbinə səbəb oldu. Respublikanın ayrı-ayrı bölgələrində üsyanlar baş verdi...”

Gəncədə...
Gəncə üsyanının təşkilatçıları Azərbaycan zabitləri - ordunun təchizat rəisi, general Məhəmməd Mirzə Qacar, birinci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, üçüncü Şəki süvari alayının komandiri, polkovnik Cahangir bəy Kazımbəyov və başqaları vardı. Qaçaq Qəmbər, Sarı Ələkbər, Qaçaq Qasım, Qaçaq Mikayıl və başqaları da öz silahlıları və silahdaşları ilə birlikdə bu üsyanın təşkilində xüsusi fəallıq göstərirdilər.
Üsyan ərəfəsində Qırmızı Ordunun 20-ci atıcı diviziyasının bəzi hissələri Gəncəyə gətirilmişdi. Diviziyanın 178-ci və 180-ci atıcı alayları şəhərin ermənilər yaşayan hissəsində, üçüncü briqadanın rabitə taboru və komendant bölməsi isə azərbaycanlılar yaşayan məhəllədə yerləşirdi. 40-cı süvari briqadası Zurnabad kəndinin ətrafında dayanmışdı. Həmin günlərdə Taman süvari briqadasının üçüncü alayı da Gəncəyə gətirildi.
Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə başladı. Tezliklə şəhərin mühüm obyektləri, azərbaycanlılar yaşayan məhəllələrdəki qırmızı qoşun hissələri nəzarət altına götürüldü. Hərbi anbar, mərkəzi həbsxana, dəmir yolu stansiyası, fövqəladə komissarlığın binası ələ keçirildi.
Mayın 29-da qırmızı qüvvələrin üsyançılar üzərinə ilk mütəşəkkil hücumu uğursuzluqla başa çatdı. Üsyançıların əks-hücumları onları ağır vəziyyətə saldı. Belə olduqda XI Qırmızı Ordu komandanlığı Gəncəyə yenə də əlavə qüvvələr gətirdi. Mayın 30-da artıq Gəncədə XI Ordunun 5 piyada, 6 süvari alayı, 7 əlahiddə hissəsi, 57 ədəd topu və 2 zirehli avtomobili var idi. Bu qüvvələrin çoxu şəhərin şimalında yerləşirdi və mayın 31-də elə buradan da əsas hücuma başlanıldı. Qüvvələr qeyri-bərabər idi. Təpədən-dırnağa silahlanmış nizami orduya tab gətirmək heç də asan deyildi. Bir neçə gündən sonra top-tüfəng gücünə üsyan yatırıldı. Dəqiq olmayan məlumata görə, bu savaşda düşmən 8,5 min nəfər itirdi. Üsyançıların itkisi isə 12 min nəfərə çatdı. Gəncə üsyanının mübarizlərindən Qaçaq Qəmbər, general-mayor Mirzə Qacar, hüquqşünas İsmayılxan Ziyadxanov, habelə ədəbiyyatımızın mahir tədqiqatçısı Firidun bəy Köçərli, mühəndis Abuzər bəy Rzayev, müəllim Mirzə Abbaszadə və başqaları namərd güllələrinin qurbanı oldu. Eyni zamanda, Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı, ştabskapitanı, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi. Təkcə Nargin adasında Gəncənin general qubernatoru Xudadat bəy Rəfibəyovla birlikdə 79 nəfər yüksək çinli zabit məhkəməsiz, sübutsuz qətlə yetirildi.
Bir həftə ərzində minlərlə ölən oldu. Üsyan yatırılandan sonra erməni və ruslar üç gün ərzində Gəncədə qanı su yerinə axıtdılar. Gəncəlilərin böyük bir hissəsi doğma yurdunu tərk etməyə məcbur oldu. Şəhər demək olar ki, boşaldı. Əgər 1916-1917-ci illərdə Gəncədə 60.291 nəfər yaşayırdısa, 1923-cü ildə bu rəqəm 38.880-ə qədər azaldı.
Gəncə üsyanı tez bir zamanda Azərbaycanın hər yerinə yayıldı. Bunu görən XI Qırmızı Ordu komandanlığının imzaladığı gizli direktivdə deyilirdi: “Bakı, 26 may. Xüsusi gizli operativ direktiv nömrə 60. Yelizavetpolda (Gəncə) üsyan baş verib. Tərtərdə yenicə üsyan yatırılıb. Onlar Bakı üzərinə yürüşə hazırlaşırdılar. Ölkənin hər yerində üsyan təhlükəsi gözlənilir. Biz bu mübarizəyə hazır olmalıyıq.”
Qarabağda...
Qarabağ tarixində yadda qalan üsyanlar çox olub. Onlardan ikisini xüsusi qeyd etməyə dəyər: o üsyanlardan biri XIV əsrə, digəri isə XX əsrin əvvəllərinə təsadüf edir. Hər iki üsyanın əsasında haqsızlıq və əsarətə qarşı etiraz dayanır. İlk belə üsyan 1343-cü ildən 1356-cı ilədək Qarabağda Çobanlı əmirlərinə qarşı baş verib və sonda xalqın qələbəsi ilə başa çatıb. Qarabağ əmirləri Hacı Həmzə, Mülayim, Həsən Çobani Axtaçı və Hüseyn Ənbuğa özlərinə “Ulus əmirliyi” verilməsini tələb edirlər və məqsədlərinə nail olurlar. Qızıl Orda hökmdarı Canı bəy Qarabağa gəlir və Ağdamda əhali onu ehtiramla qarşılayır. Ardınca o, Təbrizə gedib Məlik Əşrəfi tutub cəzalandırır və bununla, çobanlı feodallarının ağalığına son qoyulur.
İkinci üsyan isə 1920-ci ilə təsadüf edir. Həmin il mayın əvvəllərində XI Ordu hissələri Yevlax tərəfdən Qarabağa daxil olur, Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov hakimiyyətdən kənarlaşdırılır və bununla da Qarabağın qara günləri başlayır. Əvvəlcə Milli Ordu hissələrini sıxışdırmağa başlayırlar. Bu isə Gəncədə, Zaqatalada olduğu kimi, Qarabağda da silahlı üsyanlara gətirib çıxarır. Professor F.İbrahimlinin yazdığı kimi: “Milli Ordu ilə XI Ordu arasında yaranmış qarşıdurma mayın ortalarında Tərtərdə üsyan dalğası yaratdı və bu dalğa bütün Qarabağa yayıldı. Qarabağın müxtəlif yerlərində yerləşən Azərbaycan ordusu, Tərtər, Cavanşir, Ağdam süvari və Bakı piyada alayı və iki topçu diviziya xalqın mənafeyini müdafiə edirdi, XI Ordunun bu yerlərdə törətdikləri cinayətə göz yumurdular.”
Ermənilərin istəkləri ilə XI Ordunun fəaliyyəti, 1918-ci ilin martında olduğu kimi, bir-birini tamamlayırdı. Gəncə üsyançılarına qarşı vuruşan orduda ermənilərin söz sahibi olması orda 12 mindən çox azərbaycanlının amansızcasına məhvinə gətirib çıxardı. XI Ordu Gəncə üsyanından sonra azərbaycanlılara qaşı amansız rəftar edir, günahsız insanları sorğu-sualsız güllələyir, hər tərəfdə qanunsuzluq hökm sürür, əhali səbəbsiz olaraq incidilirdi. İnsanların narazılığının səbəbi isə hərbi hissələrdə erməni daşnaklarının həddindən artıq çox olması və onların qəddarlığı ilə bağlı di.
1920-ci ilin martında Milli Ordu tərəfindən ermənilərin qaldırdıqları qiyam yatırılsa da, gizli şəkildə fəaliyyətini davam etdirən qüvvələr var idi. Bolşeviklərin gəlişi onların əl-qolunu tamamilə açdı. Ermənistan hökumətinin göstərişlərini yerinə yetirən xüsusi dəstələr peyda olmuşdu və onlar əsl quldurluqla məşğul olurdular. Onların bu özbaşınalığına qarşı Milli Ordu hissələri dayanırdı. Erməni silahlılarını zərərsizləşdirmək əvəzinə XI Ordu rəhbərliyi Milli Ordunu ləğv etmək planını işə saldı.
Gəncə üsyanının başlanması ilə Cəbrayıl qəzasında 20-dən çox silahlı dəstə yaradıldı. Mayın 29-da başlanan üsyan nəticəsində Tərtərdə və ətraf bölgələrdə sovet hakimiyyəti devrildi. Tezliklə Ağdam və Xankəndi də üsyançıların əlinə keçdi. İyunun 3-də Qafqaz İslam Ordusunun keçmiş komandanı Nuru paşanın da üsyançılara qoşulması ilə Qarabağda sovet hakimiyyəti tamamilə devrildi. 1920-ci il iyunun 10-da Qırmızı Ordu hissələri ilə milli qüvvələrin qarşılaşması oldu. Üsyançılar sona qədər vuruşsalar da, sovet-bolşevik qüvvələrinin hərbi üstünlüyü şəraitində məğlubiyyətə uğradılar. İyunun 11-də Tərtər, Ağdam və Bərdə, iyunun 13-də Şuşanın müdafiəçilərinin müqaviməti qırıldı.
Lənkəran və
Zaqatalada...
Bir faktı da qeyd edək ki, eyni vaxtda Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Lənkəran və Zaqatalada da üsyanlar başladı. Zaqatalada sovet hakimiyyətinə qarşı üsyana Qars Respublikasının rəhbərlərindən biri Molla Hafiz Əfəndi başçılıq edirdi. Üsyançılar sürətlə Zaqatala qalasını, Qaxı və ətraf əraziləri ələ keçirdilər. Bütün bölgə ayağa qalxdı. Lakin XI Ordu hissələri qeyri-bərabər döyüşdən sonra iyunun 16-da üsyanı yatıra bildilər. Üsyanın rəhbəri Hafiz Əfəndi bir dəstə ilə hələ sovet hakimiyyətinin qurulmadığı Gürcüstan ərazisinə keçə bildilər.
Qüvvələr nisbətinin qeyri-bərabərliyi bu üsyanların taleyini XI Ordunun xeyrinə həll etsə də, Zaqatala, Lənkəran və Qarabağdakı üsyanlar xalqımızın azadlıq və milli dövlətçilik mübarizəsi tarixində parlaq səhifələrdən biridir.

Bəxtiyar QARACA,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər ediblər  YENİLƏNIB 

16:53
09 May

Səudiyyə Ərəbistanı qəzeti Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc edib

15:34
09 May

Prezident Ərdoğan: Türkiyənin iştirakı olmadan Avropa memarlığı tam ola bilməz

15:23
09 May

ABŞ-də mal ətinin qiymətləri rekord səviyyəyə çatıb

15:16
09 May

Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib

15:14
09 May

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının təşkili sevindirici haldır

14:50
09 May

Su Ehtiyatları Agentliyinin əməkdaşları Heydər zirvəsinə yürüş ediblər

14:42
09 May

Tramp: Azadlıq layihəsinin davam etdirilməsinə ehtiyac yoxdur

14:15
09 May

15,9 min şəxsə əlillik təyin olunub

14:06
09 May

Avstraliyada bioyanacaq siyasəti 

13:57
09 May

Qlobal ərzaq böhranı riski artır  

13:47
09 May

Uşaqlar gələcəyimizdir  

13:18
09 May

“Airbnb”də süni intellekt dövrü

13:14
09 May

Bakıda şəhərsalma həftəsi təşkil olunacaq

13:06
09 May

Humanizmə xidmət edən missiya

12:52
09 May

İkinci dünya müharibəsində şücaət göstərmiş soydaşlarımızın xatirəsi Avstriyada anılıb

12:46
09 May

DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

12:44
09 May

Sabah hava əsasən yağmursuz olacaq

12:34
09 May

Müasir Azərbaycanın qurucusu və milli dövlətçilik fəlsəfəsinin müəllifi

12:03
09 May

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

12:02
09 May

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

11:55
09 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!