26 İyun 2020 01:09
6740
Mədəniyyət
A- A+
190 yaşlı “Qubernator bağı”

190 yaşlı “Qubernator bağı”


Bakının mərkəzində, Qala divarları yaxınlığında 1830-cu ildə salınmış Qubernator bağı şəhərin uzun müddət ilk və yeganə istirahət məkanı olub.

Salındığı gündən bu bağa müxtəlif adlar qoyulub. İlk vaxtlar "Qorodskoy sad” - "şəhər bağı” kimi tanınan ərazi sonra II Nikolayın qardaşı Mixailin adına olub - "Mixaylovski sad”. Lakin şəhər sakinləri buraya nadir hallarda "Mixail bağı” deyirdilər. Onlar bu ərazini daha çox "Qubernator bağı” - "Qoburnat bağı” adlandırıblar. Bu da ona görə idi ki, Qubernatorun evi bağla üzbəüz yerləşirdi. O, hər gün eyvanda oturub çay içə-içə bağı seyr edirmiş. Sovetlər dövründə ad dəyişdirilərək "Pioner” qoyulub. Bağda şair Əliağa Vahidin büstü yerləşdirildikdən sonra isə hamı buranı "Vahid bağı” adlandırıb və elə də tanıyıb. Ən sonuncu yenidənqurmadan sonra bağ möhtəşəm tikili olan Filarmoniyanın adı ilə çağırılmağa başlanıb.

190 yaşlı Filarmoniya bağı İçərişəhər hələ iki divar əhatəsində olan vaxt salınıb və maraqlı yaranma tarixi var. Bakı komendantı R.R.Xoven İrandan gələn bütün gəmi sahiblərinin qarşısına hərəyə bir neçə çuval qara torpaq gətirmək barədə şərt qoyur. Deyilənə görə, şərti pozanlar, yəni torpaq gətirməyənlər ciddi şəkildə cərimələnirdilər.

Torpaq sahildə bir yerə tökülür və onun yayıldığı bu ərazidə bitkilərin çeşidi zənginləşdirilir, beləliklə Filarmoniya bağı şəhərin "yaşıl adası”na çevrilir. Bağda əvvəlcə meyvə ağacları yetişir, sonra bəzək kolları. Gündən-günə gözəlləşən bağa, deyilənə görə, sadə şəhərlilərin girişi həftənin bir günü ilə məhdudlaşdırılırdı. Yüksək vəzifəli şəxslər və neft milyonçuları, sahibkarlar üçün isə qapılar həmişə açıq olurdu. 1859-cu ildə bağda yenilik edilir. Rəqs meydançası düzəldilir, axşamlar orkestr çalmağa başlayır. Sahəsi 4,6 hektar olan bağa qulluq xərclərini də şəhər rəhbərliyi öz üzərinə götürür.

Vaxtilə indiki "İçərişəhər” metrosunun yaxınlığında- Bakı İctimai Məclisinə məxsus taxtadan bir pavilyon var imiş. Əhənglə ağardıldığı üçün bura "Ağ klub” deyirmişlər. Bu məkan əsasən Bakı varlılarının əyləncə yeri kimi tanınırmış. 1907-ci ilin bir yaz gecəsi tikili yanıb külə dönür. O zaman Bakı İctimai Məclisi öz üzvlərinin "asudə vaxtının səmərəli təşkili məqsədilə” yanan klubun əvəzinə yay klubu tikdirmək istəyir. Bu məqsədlə şəhər rəhbərliyinə müraciət edir. Lakin bu istək neçə il etirazla qarşılanır. Dövlət Tarix Arxivində qorunan sənədlər içərisində məsələ ilə bağlı Bakı varlılarının ərizələri də saxlanılır. Məsələn, hələ 1880-ci ilin oktyabrında şəhər sakini Nikolay Osipov, 1881-ci ilin aprelində bir qrup Bakı varlısı, o cümlədən Z.Tağıyev, De Bur və başqaları müraciətlərində orada, hətta teatr binasının tikiləcəyini göstəriblər və hamısı da rədd cavabı alıb. Şəhər rəhbərliyi səbəb kimi hər dəfə bağda ağacların kəsiləcəyindən narahatlığını göstərib, burada uzun müddət tikinti işlərinin aparılmasının bitki aləminə ziyan vuracağını xatırladıb. Nəhayət, uzun xahişnamələrdən, müzakirələrdən sonra birtəhər razılıq alınır. O vaxt bura şəhərin həm sərin, həm də havası nisbətən təmiz olan yeri imiş... İctimai Məclis layihənin hazırlanmasını mülki mühəndis Q.Termikeilova həvalə edir. Deyilənə görə, binanın memarı Monte-Karlo şəhərinə ezam edilir ki, orada gözəllikdə Avropada birinci yeri tutan filarmoniyaya baxıb Bakı üçün də eynilə belə bir layihə işləsin. Beləliklə, Şəhər Dumasının qərarı ilə bu ərazidə yay klubunun tikintisinə başlanılır. "İctimai iclasların yay evi” adı ilə 1910-cu ildə başlanan inşaat işləri 1912-ci ildə başa çatır. Bununla da "Qubernator bağı”nın sonralar "Filarmoniya bağı” adlanmasına səbəb olacaq bina tikilir. 1936-cı ildə isə Azərbaycan Dövlət Filarmoniyası yaradılır. Vaxtilə Bakı İctimai Məclisinin tikdirdiyi "Yay evi” Filarmoniyaya verilir. Yeri gəlmişkən, qeyd edək ki, Filarmoniya o vaxtlar "Qubernator bağı” adlanan istirahət məkanının şöhrətini daha da artırır.

Bağda əsaslı yenidənqurma işlərinə 2009-cu ildə başlanılıb. Bağın özünəməxsus bitki örtüyü olduğu kimi qorunub saxlanılıb, yaşıllıq zolağının artırılmasına daha çox diqqət yetirilib. 1865-ci ildə burada əkilən dekorativ bitkilər öz gözəlliyi ilə diqqəti çəkir, yeni ağac və gül kolları da bağdakı yaşıllıq zolağına, ümumilikdə isə, park elementlərinə əlavə çalar qatır. Yenidənqurma zamanı burada nadir ağac növləri - palıd, sidr və göyrüş ağacları əkilib, yeni suvarma sistemi quraşdırılıb, ərazi müxtəlif bitkilərlə zənginləşdirilib, gözəl landşaft kompozisiyaları yaradılıb. Ən qədim ağaclardan biri də Xan çinarıdır. Hətta Filarmoniya bağında aparılan təmir-bərpa işləri zamanı qədim yeraltı tunelin aşkarlandığı da bildirilir.

Özündə İtaliya intibahının elementlərini, Şərq müsəlman memarlığının cizgilərini, eləcə də milli ornamentləri birləşdirən bağda hamını heyran qoyan gözəl naxışlı daşlar, fəvvarələr, saatlar var. İçərişəhərin klassikası olan Filarmoniya bağı 190 ildir ki, insanların istirahətinə xidmət edir.

İradə ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məkkədə Həcc ziyarəti başlayıb

18:49
26 May

Qan təzyiqinin tez-tez dəyişməsi beyin sağlamlığına mənfi təsir göstərə bilər

18:41
26 May

Uqandada Ebola virusuna yoluxanların sayı artıb

18:34
26 May

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

18:32
26 May

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

18:31
26 May

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq  

18:30
26 May

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

18:28
26 May

WUF13: Bakıdan dünyaya inkişaf mesajı

18:19
26 May

Körfəz ölkələri dron təhlükəsinə qarşı lazer silahlarına yönəlir

18:16
26 May

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub

18:13
26 May

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

18:10
26 May

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan  

18:09
26 May

Microsoft Dünya Çempionatı üçün hakaton keçirilib

18:08
26 May

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

18:04
26 May

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

18:03
26 May

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

17:59
26 May

ABŞ ordusu İranın qayıqlarına və zeni-raket qurğusuna zərbə endirib

17:59
26 May

Xızıda sahibkarlarla görüş: biznes imkanları və dövlət dəstəyi müzakirə edilib

17:51
26 May

“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır  

17:49
26 May

Örüş və otlaq sahələrinin idarə olunmasında yeni mərhələ: 480 min hektarda bərpa hədəfi

17:44
26 May

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

17:42
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!