26 Yanvar 2025 08:20
656
İQTİSADİYYAT
A- A+
18,5 milyon tondan çox yük, 8,5 milyon sərnişin

18,5 milyon tondan çox yük, 8,5 milyon sərnişin


Bunlar ADY-nin keçənilki fəaliyyətinin əsas göstəriciləridir


Azərbaycanın  Şərqdən Qərbə və Şimaldan Cənuba gedən ticarət yollarının kəsişməsində yerləşməsi  tranzit daşımaların multimodal strukturunu, yəni dəmir yolu, avtomobil, dəniz və hava yolları nəqliyyatı vasitəsilə həyata keçirilməsini zəruri edir. Məhz həmin zərurətdən doğan uzunmüddətli strateji addımlar artıq öz bəhrəsini verir.

Tranzit daşımaların əsas "onurğa sütunu"  olan dəmir yolları ilə daşımaların həcmi keçən il əhəmiyyətli dərəcədə artıb. İl ərzində Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb. 2023-cü illə müqayisədə 2024-cü ilin analoji dövründə daşınmış tranzit yüklərin həcmi 5,7 faiz artaraq 7,3 milyon, idxal yükləri isə 10 faiz artaraq 5,2 milyon ton olub. 

Məlumdur ki, tranzit yüklərin Gürcüstan limanlarına paralel olaraq Türkiyə üzərindən Avropaya və açıq dənizlərə daşınmasını təmin etmək üçün Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xətti inşa edilib. Orta dəhlizin əsas komponentlərindən biri olan BTQ-nin imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ilin may ayından dəmir yolunun Gürcüstan hissəsində aparılmış modernləşdirmə işləri 2024-cü ilin mayında tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatıb. 

Ötən il həmçinin Çindən Azərbaycana 358 konteyner blok-qatarı göndərilib ki, bu da Orta dəhlizlə yükdaşıma həcminin artdığını və Azərbaycanın beynəlxalq nəqliyyat sistemindəki rolunun daha da gücləndiyini göstərir. Əsas tranzit istiqaməti olan "Şərq-Qərb" marşrutu üzrə il ərzində 3,2 milyon tondan çox yük daşınıb. Orta dəhlizin təkcə "Şərq-Qərb" marşrutu kimi yox, həm də nəqliyyat arteriyası kimi inkişafını dəstəkləmək üçün 2024-cü ilin noyabr ayında Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinə göndərilib. 

ADY "Şimal-Cənub" dəhlizi üzrə artan yükaşırma həcmlərini daha sürətli və effektiv həyata keçirmək üçün 2024-cü ildə Azərbaycan ərazisindəki Astara yük terminalının bərpa işlərini başa çatdırıb. Sentyabr ayında Asiya İnkişaf Bankı ilə "Şimal-Cənub" dəhlizinin bir hissəsi olan Sumqayıt-Yalama xəttinin modernləşdirilməsi üçün 131,5 milyon dollar məbləğində kredit sazişi imzalanıb.

Ötən il ADY-nin  sərnişinlərə  göstərdiyi yüksəkkeyfiyyətli xidmət də qeyd olunmalıdır. Həmin xidmətin əsasını təbii ki, komfortlu sərnişin vaqonları təşkil edir. Söhbət  "Stadler" markalı müasir dizel və elektrik qatarları, eləcə də "Alstom" istehsalı olan lokomotivlərdən gedir. Abşeron dairəvi dəmir yolu, həmçinin Bakı-Balakən xətləri boyunca stansiya, vağzal və dayanacaqlar əsaslı təmir olunub. Bütün bunlar vətəndaşların rahat və təhlükəsiz nəqliyyat xidmətinə olan ehtiyacını qarşılamaqda mühüm rol oynayıb, onların dəmir yollarına inam və etibarını artırıb. Nəticədə ADY 2024-cü ildə 8,5 milyon sərnişinə səyahət xidmətləri təqdim edərək yeni rekorda imza atıb.  

2024-cü ildə xidmət həcminin artmasının əsas səbəblərindən biri də yeni alınmış qatarların xəttə buraxılması, Ləki və Ucar kimi yeni dayanacaqların istifadəyə verilməsi və ümumilikdə müştəri məmnuniyyətinin yüksəldilməsidir.  ADY-nin sərnişindaşıma strategiyasına uyğun olaraq, Bakı-Ağstafa-Bakı marşrutu üzrə reyslərin sayı həmin qatarların istismara verilməsi ilə 2-dən 4-ə çatdırılıb. Sərnişinlərə modern xidmətin bir növü də yolboyu sürətli və maneəsiz internetdən istifadədir. ADY ötən ilin sentyabr ayından Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Ağstafa stansiya və dayanacaqlarında, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı marşrutları ilə hərəkət edən qatarlarda pulsuz Wi-Fi xidməti göstərir.

Sirr deyil ki, bu gün Azərbaycanda əldə edilən uğur zəncirinin bir halqası rəqəmsallaşmadır. Müasir innovativ yeniliklər, necə deyərlər, ADY-nin də "əlindən tutaraq"  əməliyyat səmərəliliyinin və ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit həcmlərinin artırılmasına xidmət edir. ADY son illər beynəlxalq dəhlizlər üzrə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması istiqamətində fəaliyyətini artırıb, onlayn tarif kalkulyatoru və "ADY Smart" platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və "bir pəncərə" sisteminə əsaslanan xidmətlər paketi təqdim edib. Bu nəqliyyatın rəqəmsallaşma səyləri  2024-cü ilin oktyabr ayında Asiya İnkişaf Bankı tərəfindən maliyyə dəstəyi alıb. Bank Azərbaycanda dəmir yolu sisteminin rəqəmsallaşdırılmasına, ölkənin dəmiryol şəbəkələrinin təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin artırılmasına dəstək məqsədilə 47 milyon dollarlıq krediti təsdiqləyib.

ADY ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) sahələrini əhatə edən fəaliyyət proqramını iki il əvvəl təkmilləşdirib. Ötən il isə ilk olaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin ətraf mühit, sosial və idarəçilik sahəsində dayanıqlı nailiyyətlərinə dair hesabatı təqdim edilib. "Yaşıl enerji"ni təşviq etmək və karbon qazı tullantılarını azaltmaq məqsədilə Yeni Biləcəri və Yeni Gəncə lokomotiv depolarının yenilənməsi zamanı ətraf binaların enerji təminatı üçün dam örtüyündə 650-dən çox günəş paneli quraşdırılıb.

2030-cu il Strategiya sənədinə əsasən, ADY əməliyyatların səmərəliliyi, kommersiya imkanlarının artırılması, rəqəmsallaşma və təhlükəsizlik kimi məsələlərin həlli istiqamətində işini qarşıdakı illərdə də davam etdirəcək.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:12
17 Mart

"Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 avqust tarixli 750 nömrəli Fərmanında dəyişiklik edilməsi, "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında" 2001-ci il 4 iyul tarixli 526 nömrəli Fərmanının ləğv edilməsi barədə

02:12
17 Mart

Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında

02:11
17 Mart

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında

02:10
17 Mart

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:10
17 Mart

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:09
17 Mart

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında

02:06
17 Mart

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi AZ-MLSPP-497370-CS-QCBS Müqavilə barədə bildiriş

02:03
17 Mart

Ministry of Labor and Social Protection of Population / Employment Support Project AZ-MLSPP-497370-CS-QCBS AWARD NOTICE

02:01
17 Mart

BİLDİRİŞ

02:00
17 Mart

Donald Tramp ABŞ-ni dəstəkləməyən müttəfiqləri tənqid edib

23:27
16 Mart

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

22:01
16 Mart

Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib  

20:45
16 Mart

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib YENİLƏNİB

20:30
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər  

19:53
16 Mart

UNESCO İran, Livan və İsraildə mədəni irsə dəyən ziyanı qiymətləndirir

19:43
16 Mart

Rusiyadan Azərbaycana turist axını ötənilki azalmadan sonra bərpa oluna bilər

19:39
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər

19:36
16 Mart

Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub  

19:21
16 Mart

BƏƏ-də neft hasilatı iki dəfədən çox azalıb

18:34
16 Mart

Əlcəzair, Avstraliya və Hindistan vətəndaşları İrandan təxliyə olundu

18:33
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!