27 Noyabr 2011 12:11
2498
CƏMİYYƏT
A- A+
«102» Xidməti - Zəng Mərkəzinin fəaliyyəti ərazi polis orqanlarında görülən işlərə DİN-in nəzarətini daha da gücləndirmişdir

«102» Xidməti - Zəng Mərkəzinin fəaliyyəti ərazi polis orqanlarında görülən işlərə DİN-in nəzarətini daha da gücləndirmişdir

 

Son illər informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə Milli Strategiya çərçivəsində Daxili İşlər Nazirliyində (DİN) həyata keçirilmiş layihələrdən biri də "102" Xidməti - Zəng Mərkəzi sisteminin yaradılmasıdır. Cinayət və hadisələrə çevik reaksiya verilməsinə, hər bir şəxsin təhlükəsizliyinin və qanuni mənafelərinin qorunmasına xidmət edən bu informasiya sisteminə respublikanın istənilən nöqtəsindən müraciət etmək imkanı vardır.

DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətindən AzərTAc-a bildirmişlər ki, sistemin fəaliyyəti hazırlanan, törədilən və ya törədilmiş cinayətlər və digər hüquqpozmalar barədə məlumatlar üzrə ərazi polis orqanlarında görülən işlərə nazirliyin nəzarətini daha da gücləndirmişdir. Eyni zamanda, polis əməkdaşlarının hadisə yerinə vaxtında çıxmalarını, operativliyini, xüsusən hüquqpozma baş verən əraziyə ən yaxın yerdə xidmət aparan polis naryadının müvafiq ünvana istiqamətləndirilməsini təmin etmiş, cinayətlərin qeydiyyatında tamlığı şərtləndirmişdir.

Bununla belə, daxil olan məlumatlardan görünür ki, hər hansı hüquqazidd əməllə bağlı vətəndaşların bilavasitə ərazi polis qurumlarına etdikləri müraciətlərə bəzən həssaslıqla yanaşılmaması, lazımi reaksiya verilməməsi, hətta onların vaxtında qeydiyyata alınmaması kimi mənfi hallar da mövcuddur.

Birbaşa "102" Xidmətinə edilən müraciətlər qeydiyyata alınaraq avtomatik arxivləşdirilir, kompyuter şəbəkəsilə təxirəsalınmadan ərazi polis qurumuna ötürülür. Orada görülən tədbirlər, o cümlədən vətəndaşın qəbulu prosesi hər bir növbətçi hissədə quraşdırılmış videokameralar vasitəsilə izlənilir, nəticələri barədə Zəng Mərkəzi rəsmi məlumatlandırılır.

Öz işini qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsiplərinin uzlaşdırılması əsasında quran, qanuni mənafelərin etibarlı qorunmasını əsas vəzifə olaraq həyata keçirən DİN vətəndaşlardan cinayət və hadisələr barədə ilk növbədə "102" Xidmətini məlumatlandırmağı, sonra isə müvafiq ərizə ilə ərazi polis qurumuna müraciət etməyi xahiş edir.

Funksiyaları və texniki imkanlarına görə dərhal və qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi ilə səciyyəvi olan "102" Xidməti vətəndaşların qarşılaşdığı və ya şahidi olduğu cinayət və hadisələr barədə müraciətləri üzrə hər hansı mənfi halı tam istisna etmiş olacaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

18:51
28 May

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

18:43
28 May

Belarus Milli Kitabxanası Azərbaycan bayrağı rənglərinə bürünüb

18:41
28 May

Küveyt raket və PUA hücumuna məruz qalıb

17:37
28 May

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB

17:27
28 May

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb

17:04
28 May

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

17:01
28 May

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub YENİLƏNİB

16:54
28 May

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq- Xəbərdarlıq

16:34
28 May

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB

15:57
28 May

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

15:51
28 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırır

15:32
28 May

Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi

15:24
28 May

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

15:23
28 May

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

15:21
28 May

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

15:19
28 May

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

14:59
28 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:19
28 May

Cümhuriyyətin istiqlal idealları müasir və qüdrətli Azərbaycanda uğurla yaşadılır

13:53
28 May

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

13:27
28 May

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

13:24
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!