Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Komandamla fəxr edirəm”

12 İyul 2018
 

“Oyunçularımla fəxr edirəm. Onlar qələbə üçün hər şeyi etdilər. Məğlubiyyəti qəbul edib, Fransa millisini təbrik etmək lazımdır”. Bu sözləri Belçika millisinin baş məşqçisi Roberto Martines DÇ-2018-in yarımfinalında Fransaya uduzduqları (0:1) oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis görüşü belə şərh edib: “İkinci hissəyə yaxşı sürətlə başlamışdıq. Qolu buraxana qədər üstün durumda idik. Fransa Qrizmann və Mbappenin hesabına əks-hücumda oynayırdı. Biz isə onlarla bərabər mübarizə aparırdıq. Müdafiə xəttimizin oyunundan razı qaldım. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq”.

R.Martines Belçika millisindəki gələcək taleyi ilə bağlı sualı da cavablandırıb: “Bu barədə danışmaq tezdir. Qarşıda oyunumuz var. Üçüncü yer uğrunda mübarizə aparacağıq. Gələcək nəsilə baxmaq, daha güclü olmaq lazımdır”.