Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Karyeramın ən kədərli anı”

10 İyul 2018
 

Braziliya millisinin futbolçusu Neymar DÇ-2018-də mübarizəni dayandırmalarına münasibət bildirib. Bununla bağlı o, “İnstaqram” hesabında yazıb: “Deyə bilərəm ki, bu,  karyeramda ən kədərli andır. Çox ağrılıdır. Çünki daha irəli gedə və yeni tarix yaza bilərdik. Ancaq bu dəfə olmadı. Yenidən futbol oynamaq istəmək üçün güc tapmaq çətindir. Əminən ki, Tanrı mənə bu vəziyyətdən çıxmaq üçün lazımi gücü verəcək. Buna görə də heç vaxt Tanrıya şükür etməyi dayandırmayacağam. Hətta məğlubiyyətlərdən sonra belə. Bu komandanın bir parçası olduğum üçün xoşbəxtəm və hamı ilə fəxr edirəm. Xəyalımız gerçəkləşmədi, ancaq o, ürəyimizdə və ağlımızda qaldı”.

Qeyd edək ki, Braziliya 1/4 finalda Belçikaya 1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.