Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək

13 Noyabr 2017
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində noyabrın 16-da Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan-Rusiya İşgüzar Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq.

AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, işgüzar görüşdə sənayenin müxtəlif sahələrini təmsil edən Rusiya şirkətləri iştirak edəcəklər.