Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

01 Noyabr 2017
 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə Naxçıvan Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Əsgərova Qənirə İzzətulla qızı

Qulubəyli Şirməmməd Qüdrət oğlu

Mədətov Akif Vəli oğlu

Rəhimov Məmmədəli Həmzə oğlu

Rəhimov Rafiq Vilayət oğlu

Seyid Surə Namidar qızı

Zeynalov İsmayıl Əli oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 oktyabr 2017-ci il