Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

07 Mart 2017
 

Qərar № 1/2

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Vüqar İlqar oğlu Mirzəyev 68 saylı Cəlilabad kənd, Pərviz Əli oğlu Rəsulov 79 saylı İmişli, Cabbar Məmmədəli oğlu Quliyev 80 saylı İmişli - Beyləqan, Elcan Musa oğlu Musayev 105 saylı Tovuz, Əli Musa oğlu Şabanov 110 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. İldırım Temişan oğlu Musayev 79 saylı İmişli, Hafiz Cəbrayıl oğlu Əliyev 80 saylı İmişli - Beyləqan  seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

06.03.2017