Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21 May 2024

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında dövlət başçıları regional təhlükəsizlik və enerji, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Söhbət zamanı hər iki ölkənin aidiyyəti qurumlarına birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqların veriləcəyi bildirilib....

İQTİSADİYYAT

Bütün xəbərlər

II Azərbaycan-Özbəkistan Regionlararası Forumu çərçivəsində ikitərəfli sənədlər imzalanıb - YENİLƏNİ...

21 May 2024

  Mayın 21-də Qubada təşkil edilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumunda ölkələrimizin bölgələrinin iqtisadi potensialı və tərəfdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub, ikitərəfli sənədlər imzalanıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forumda hər iki ölkənin rəsmiləri ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları da iştirak ediblər. Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat nazir...

Mədəniyyət

Bütün xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video