08 Noyabr 2025 09:10
453
SİYASƏT
A- A+
ZƏFƏR gündəliyi

ZƏFƏR gündəliyi


Noyabrın 8-də döyüş əməliyyatları müxtəlif intensivlikdə, əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Cəbhədə müqavimət göstərə bilməyən düşmən çıxış yolunu dinc əhalini və mülki infrastrukturu atəşə tutmaqda görüb. Keçən gün ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin Tərtər, Bərdə, Ağdam, Ağcabədi və Qubadlı rayonlarının kəndlərini artilleriya atəşinə tutması nəticəsində dinc sakinlər arasında ölən və xəsarət alanlar olub, mülki infrastruktura ziyan dəyib.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd "T-72" tankı, 2 ədəd "D-20" topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb.


İlham Əliyev: "Şuşa azaddır! Biz Şuşaya qayıtmışıq!"


Müzəffər Ali Baş Komandan İlham Əliyev öncə Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. 

Sonra Prezident Şəhidlər xiyabanında xalqa müraciət edib: "Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!" Prezident bəyan etdi ki, Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, tarixi abidələrimizi dağıtdı, məscidlərimizi dağıtdı, təhqir etdi. Azərbaycan dövləti bütün tarixi abidələrimizi bərpa edəcək, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək: "Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir".


Mehriban ƏLİYEVA:  "Tarixi ədalət bərpa olunur!"


Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə rəsmi "İnstaqram" səhifəsində paylaşım edib: "Şuşa işğaldan azad edilib. Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram!

İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq!

Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!"


Düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksəkvəzifəli şəxsləri məhv edilib


Saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksəkvəzifəli şəxsləri məhv edilib.


Erməni hərbçiləri bəzi hədləri ataraq qaçıblar


Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib.

Cəbhənin bu istiqamətində düşmənin mövqelərinə atəşlə zərər vurulub. Ağır itkilər verən düşmən bəzi hədləri ataraq qaçıb.

Müdafiə Nazirliyi həmin anları əks etdirən videogörüntülər yayıb.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdam şəhərində Novruz yarmarkası açılıb

12:56
17 Mart

Donald Trampa Fars körfəzində İranın qisas tədbirləri ilə bağlı xəbərdarlıq edilibmiş  

12:50
17 Mart

Növbəti köç karvanı Xocavənd kəndinə çatıb

12:47
17 Mart

Sabah gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək

12:46
17 Mart

Xarici vətəndaşların İrandan təxliyəsi: “Astara” buraxılış məntəqəsində son vəziyyət 

12:45
17 Mart

Ötən il Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi 6,5 milyard dolları ötüb  

12:41
17 Mart

İranda ABŞ və İsrailə casusluq edənləri edam cəzası gözləyir

12:41
17 Mart

MM qadın hərbçilərlə bağlı qanunvericiliyə dəyişikliyi qəbul edib

12:33
17 Mart

MDB-nin İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə dair Protokol təsdiqlənib  

12:30
17 Mart

“Yerin təki haqqında” Qanuna dəyişikliklər təsdiqləndi: Yeni qaydalar resurs istifadəsini və ekoloji nəzarəti gücləndirəcək  

12:19
17 Mart

2025-ci ildə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi açıqlanıb  

12:11
17 Mart

BDYPİ qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib

12:01
17 Mart

Nigeriyada terror aktı: 23 nəfər həlak olub, 100-dən çox yaralı var

11:32
17 Mart

Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

11:22
17 Mart

Milli Məclis 9 məsələnin müzakirəsinə başlayıb

11:21
17 Mart

Şirvan şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 35 mənzil verilib  

11:20
17 Mart

ABŞ-nin Hörmüz boğazında koalisiya yaratmaq cəhdləri uğursuzluğa düçar olur  

11:18
17 Mart

Ötən gün 40 cinayətin açılması təmin edilib

11:16
17 Mart

Efiopiyada “ASAN xidmət” modeli əsasında növbəti xidmət mərkəzlərinin açılışı olub  

11:15
17 Mart

Dünya bazarında qızıl 22 dollardan çox bahalaşıb

11:14
17 Mart

Dünya birjalarında neft bahalaşıb

11:13
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!