09 İyul 2025 17:58
5287
Səhiyyə
A- A+
Zədələnmiş qulaqları tamamilə bərpa etmək mümkün olacaq

Zədələnmiş qulaqları tamamilə bərpa etmək mümkün olacaq

Çinli tədqiqatçılar siçanlarda zədələnmiş xarici qulaq toxumalarını bərpa etməyə nail olublar. Onlar bunu retinoik turşunun sintezini tənzimləyən genetik keçidi aktivləşdirməklə həyata keçiriblər. Retinoik turşu isə toxumaların bərpası üçün əsas maddələrdən biridir. Bu kəşf sübut edir ki, orqanizmdə digər orqanların regenerasiyasını stimullaşdıra biləcək mexanizmlər mövcuddur.

Alimlər müəyyən ediblər ki, siçanların regenerasiya qabiliyyətinin zəif olması onların orqanizmində kifayət qədər retinoik turşu istehsal olunmaması ilə bağlıdır. Bunun ardından tədqiqat qrupu həmin turşunun sintezindən məsul olan genetik keçidi aktivləşdirdi və bu, qulaq seyvanının, o cümlədən qığırdaq toxumasının tam bərpası ilə nəticələndi. Regenerasiya proseslərini təhlil etmək üçün yüksək dəqiqlikli hüceyrə vizuallaşdırması və müxtəlif sağalma mərhələlərində gen aktivliyinin öyrənilməsinə imkan verən müasir “Stereo-seq” texnologiyasından istifadə olunub. Qulaq seyvanı regenerasiya üçün ideal obyekt sayılıb. Çünki o, dəri, qığırdaq, əzələ və piy kimi müxtəlif toxumalardan ibarət olsa da, daxili orqanlarla müqayisədə daha sadə quruluşa malikdir. Üstəlik, bədənin xarici hissəsi olduğu üçün müşahidə və əməliyyat baxımından da əlverişlidir.

Komanda gələcəkdə bu cür keçidlərin digər orqanlarda, məsələn, onurğa beynində də axtarılmasını planlaşdırır. Reti̇noi̇k turşu onurğalıların inkişafında əsas rol oynadığından, alimlər ümid edirlər ki, uyğun genlərin aktivləşdirilməsi daha mürəkkəb daxili toxumaların da bərpasını stimullaşdıra bilər. Lakin onlar qeyd edirlər ki, insan orqanlarının regenerasiyası olduqca çətin vəzifədir. Bu, insan toxumalarının daha mürəkkəb quruluşu və orqanların böyük ölçüləri ilə bağlıdır.

 Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

10:06
16 İyun

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir  

10:00
16 İyun

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib  

09:56
16 İyun

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

09:55
16 İyun

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb  

09:53
16 İyun

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB  

09:49
16 İyun

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

09:48
16 İyun

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

09:44
16 İyun

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

09:43
16 İyun

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

08:04
16 İyun

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

01:03
16 İyun

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

22:18
15 İyun

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

22:06
15 İyun

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub  

22:03
15 İyun

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

21:57
15 İyun

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

21:48
15 İyun

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

20:51
15 İyun

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

20:43
15 İyun

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

20:29
15 İyun

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb  

19:39
15 İyun

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir  

19:09
15 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!