21 İyun 2025 08:40
611
İQTİSADİYYAT
A- A+
Yerli şirkətlərin tanıtım sərgisi: milli iqtisadiyyatın inkişafı üçün əlavə vasitə

Yerli şirkətlərin tanıtım sərgisi: milli iqtisadiyyatın inkişafı üçün əlavə vasitə


Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlər çərçivəsində yerli məhsulların tanıdılması üçün atılan addımlar son illər daha da güclənmişdir. Bu təşəbbüslərin ən önəmlilərindən biri də artıq 6-cı ildir keçirilən "Yerli şirkətlərin tanıtım sərgisi"dir. Hər il yüzlərlə yerli şirkəti bir araya gətirən bu platforma həm milli iqtisadiyyatın güclənməsində müəyyən rol oynayır, həm də yerli brendlərin tanıdılmasına mühüm töhfə verir.

Yerli məhsul və xidmətlərin geniş auditoriyaya təqdim olunmasına şərait yaradan bu platforma ölkədə istehlak mədəniyyətinin formalaşması və "Made in Azerbaijan" brendinin gücləndirilməsi yönümündən də əhəmiyyətlidir. Danılmaz faktdır ki, sahibkarlıq zəhmətin, innovasiyanın və milli iqtisadiyyatın dayağıdır. Bu baxımdan  "Bakı-Ekspo" Mərkəzində keçirilən növbəti sərgi yerli şirkətlərin məhsul və xidmətlərini geniş ictimaiyyətə tanıdılmasından dolayı, istehlakçılar və iş adamları üçün lazımlı tədbirdir.

Sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group tərəfindən təşkil olunub. Bu il sərgidə ölkənin müxtəlif bölgələrindən olan təqribən 300 yerli şirkət iştirak edir. Təqdim edilən məhsul və xidmətlərə qida sənayesi, kənd təsərrüfatı, tikinti və inşaat, tekstil, informasiya texnologiyaları, logistika, təhsil, gözəllik, kosmetika brendləri və digər sahələr daxildir. İKT və texnologiya şirkətləri, tikinti və inşaat materialları istehsalçıları, eləcə də yerli startaplar və innovativ təşəbbüslərə daxil olan kiçik, orta və böyük müəssisələrin sərgilənməsi sərginin zənginliyindən xəbər verir. Bu müxtəliflik Azərbaycanda sahibkarlıq sisteminin dinamikliyini və inkişaf potensialını nümayiş etdirir. 

Sərgi çərçivəsində şirkətlər yalnız məhsullarını nümayiş etdirməklə kifayətlənmir, həmçinin bir sıra yeni müqavilələr imzalayır və tərəfdaşlıqlar qururlar. Tədbirdə keçirilən müxtəlif  seminarları, təqdimatları və təlim sessiyalarını  da əlavə etsək, mənzərə aydın olur. Çox sayda yerli şirkətin iştirak etdiyi sərgi həm də dövlət qurumları, investorlar və biznes assosiasiyaları üçün yerli sahibkarlığın real mənzərəsini görmək və yeni layihələrə dəstək vermək üçün fürsət yaradır. Çünki  bu tədbir sadəcə sərgi deyil, həm də yerli iqtisadi inkişafın simvolu və sahibkarların uğur platforması kimi tanınır. 

Əvvəlkilərdən fərqli olaraq budəfəki sərgidə texnoloji yenilikləri, yeni brendləri, ekoloji təmiz və dayanıqlı istehsalı özündə əks etdirən şirkətlərin iştirakına daha çox üstünlük verilib. Bu da sərginin daha müasir tendensiyalara uyğun təşkil olunmasına, həmçinin innovativ texnologiyaların  geniş auditoriyaya tanıdılmasına imkan yaradıb. Sərgidə ziyarətçilər texnologiya sahəsindəki son nailiyyətlərlə tanış olmaqla yanaşı, yerli istehsalın keyfiyyət və rəqabət qabiliyyətini də yaxından müşahidə edə bilirlər. Sərgi çərçivəsində ilk dəfə olaraq mikro və kiçik sahibkarların iri şirkətlərlə əlaqələrinin genişləndirilməsi, onların təchizat zəncirində iştirakının artırılması üçün  KOB-ların iri şirkətlərin rəhbərləri ilə B2B formatlı görüşlərinin təşkili həyata keçirilib.

İlk növbədə yerli brendlərin tanıdılmasına və inkişafına şərait yaradan sərgidə istehsalçı şirkətlər öz məhsullarını nümayiş etdirməklə yanaşı, müştəri rəylərini birbaşa almaq imkanı da qazanırlar ki, bu da onları fəaliyyətlərində keyfiyyəti artırmağa sövq edir. Sərgi həmçinin investorlar üçün maraqlı platforma rolunu oynayır. "Bakı-Ekspo" Mərkəzinə məhsul və xidmətlərini çıxaran yerli şirkətlərin potensialı və bazardakı mövqeyi xarici investorların da diqqətini cəlb edir. Bütün bunlar o deməkdir ki, sərgi təkcə tanıtım məqsədi daşımır, o həm də iqtisadi əməkdaşlıq və investisiya imkanlarının müzakirə olunduğu məkandır. 

Son illər keçirilən sərgilərdə ekoloji təmiz, dayanıqlı və sosial məsuliyyətli istehsala üstünlük verilməsi bu tədbirlərin cəmiyyətə və ətraf mühitə olan töhfəsi ilə yanaşı, həm də ölkədə "yaşıl iqtisadiyyat" prinsiplərinin təşviqinə xidmət  deməkdir. Bəllidir ki, iqlim dəyişmələri, təbii resursların tükənməsi və ətraf mühitin çirklənməsi XXI əsrin əsas problemlərindəndir. Belə problemlərin qarşısını almaq üçün bir çox ölkələr "yaşıl iqtisadiyyat" modelinə keçidi prioritet hesab edir. Bu yöndən  ekoloji cəhətdən təmiz məhsul və texnologiyaların nümayiş olunması üçün sərgi əla platformadır. Ziyarətçilər üçün şirkətlər sərgidə enerji cəhətdən səmərəli qurğular, bərpaolunan enerji mənbələri ilə işləyən texnologiyalar, təkrar emal prosesləri, "yaşıl qablaşdırma" və istehsal üsulları ilə tanışlıq imkanı yaradırlar. İctimai maarifləndirmə baxımından da əhəmiyyətli olan sərgidə ziyarətçilər "yaşıl texnologiyalar"la tanış olur, ekoloji təmiz məhsulların gündəlik həyatda tətbiqi haqqında məlumat əldə edir və ətraf mühitə zərəri az olan alternativ məhsulları tanıyırlar. Bu isə bütövlükdə cəmiyyətin "yaşıl iqtisadiyyat"a keçid prosesinə adaptasiyasını asanlaşdırır.

Yerli şirkətlərin 6-cı tanıtım sərgisi əvvəlkilərlə müqayisədə həm iştirakçıların sayı, həm də əhatə dairəsindən dolayı üstündür. Bu da qarşıdakı illərdə iştirakçıların sayının artmasına yol açır. Məsələn, gələn il iştirakçı şirkətlərin sayı 500-ə çata bilər. "Made in Azerbaijan" brendinin təşviqi çərçivəsində xarici investorlar və beynəlxalq distribüterlər dəvət olunarsa, sərgi əhəmiyyətli dərəcədə diqqət çəkər. Gələcəkdə sərginin həm canlı, həm də onlayn platformalarda keçirilməsi də yaxşı nümunə olardı. 

Bundan başqa, KOBİA və digər təşkilatların dəstəyi ilə  regionlarda da analoji tədbirlər keçirmək mümkündür. Məsələn, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, İsmayıllı və Sumqayıtda yerli istehsal yarmarkaları, mikro və kiçik sahibkarlar üçün tanıtım günlərinin keçirilməsi biznesmenlərə böyük stimul verər. Bütün bunlar imkan verər ki, yaxın gələcəkdə "Yerli şirkətlərin tanıtım sərgisi" ölkə üzrə yayılmış biznes platformasına çevrilsin.

Amma elə indi də bu platforma sahibkarlığın güclənməsinə, yeni bazarların açılmasına və ölkə daxilində istehsal mədəniyyətinin təşviqinə mühüm dəstək verir. Sərginin davamlı şəkildə keçirilməsi onun həm biznes strukturları, həm də ümumilikdə milli iqtisadiyyat üçün əvəzolunmaz əhəmiyyət daşıdığını təsdiqləyir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AŞPA-nın qərarları siyasi revanşizm və qisas cəhdləri ilə bağlıdır

14:25
25 İyun

Səhiyyə Nazirliyi: 1140,3 litr qan toplanıb

14:24
25 İyun

Auditorlar Palatasının sədri: Rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik riskləri audit peşəsi qarşısında yeni çağırışlar qoyur

12:29
25 İyun

Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu işə başlayıb

12:28
25 İyun

Dünya çempionatları tarixinə düşən yeni rekordlar və ilklər

12:27
25 İyun

Təzəpir məscidində Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib

12:19
25 İyun

Baş nazir Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri ilə görüşüb

12:18
25 İyun

İZİA sədri: Sənaye parkları strateji ixrac hədəflərinin həyata keçirilməsi üçün vacib platforma rolunu oynayır – MÜSAHİBƏ

12:17
25 İyun

İƏT Parlament İttifaqının Baş katibi: Konfransın uğurunda Azərbaycanın rolu böyükdür  

12:03
25 İyun

ABŞ Venesuelaya xilasedicilər və humanitar yardım göndərir

11:49
25 İyun

BMT-nin Dövlət Xidməti Forumunda "ASAN xidmət"in uğurlarından bəhs olunub

11:47
25 İyun

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək

11:46
25 İyun

Özbəkistan Prezidenti: Əndicanın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi rəmzi məna daşıyır  

11:45
25 İyun

Sloveniya Respublikasının Prezidenti Zati-aliləri xanım Nataşa Pirts Musara  

11:44
25 İyun

ANAMA: Şuşanın Sarıbaba kəndinin təhlükəsiz hala gətirilməsi istiqamətində əməliyyatlar davam etdirilir 

11:43
25 İyun

Vahid Novruzov: Müasir audit biznesin qorunması, inkişafı və davamlılığı üçün mühüm rola malikdir  

11:41
25 İyun

Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu işə başlayıb  

11:38
25 İyun

Ombudsman: Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına mühüm töhfə verir

11:22
25 İyun

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

11:16
25 İyun

Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası davam edir

11:13
25 İyun

“Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb 

11:12
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!