13 Fevral 2025 08:40
719
Mədəniyyət
A- A+
Yeni tipli ədəbiyyatşünaslıq məktəbinin yaradıcısı

Yeni tipli ədəbiyyatşünaslıq məktəbinin yaradıcısı


Tarix üçün uzun sayılmaya bilər. Ancaq bir insan ömrü üçün böyük zamandır. Ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Əziz Mirəhmədov iyirmi üç ildir ki, həyatda yoxdur.

O, yüz beş il qabaq - 1920-ci il fevralın 11-də Bakı şəhərində dünyaya gəldi. Hələ alimin sağlığında çap olunmuş "Əziz Mirəhmədov: Alim ömrü" adlı  monoqrafiyasında Əziz müəllimin uşaqlıq illərindən də bəhs olunub. Qeyd edək ki, monoqrafiyanın müəllifi filologiya elmləri doktoru, professor Zaman Əsgərli Əziz Mirəhmədovun aspirantı olmuşdu. Yazdıqlarının əksəriyyətini müəlliminin özündən eşitmişdi. Zaman Əsgərli yazırdı: "Onun babası Mirdadaş əslən bakılı idi. Qafqazda ən mahir zərgər kimi tanınmışdı. Şəhərin mərkəzi küçəsində emalatxanası vardı. Oğulları Mirəhməd, Mirmöhsün, Mirfeyzulla və Mirmehdi də Mirdadaşın yanında zərgərlik öyrənmişdilər. Amma 1896-cı ildə Mirdadaşın ölməsi uşaqları bu sahədən uzaqlaşdırmışdır. Onlar atadanqalma emalatxana-dükanı satıb, hərə özünə iş tapmalı olmuşdur".

Əziz müəllimin atası Mirfeyzulla əvvəlcə Bayıl neft mədənində qaravolçu, sonra Bazar küçəsində dükançı işlədi. Qazancı yaxşı oldu. 1916-cı ildə o, Xanımana Ağası bəy qızı ilə evləndi. Dörd övlad - iki oğul, iki qız atası oldu. Sonbeşiyi - Adil kiçik yaşlarında dünyasını dəyişdi. Ailədə üç övlad - Səkinə, Davud və Əziz böyüdü. 

Əziz Mirəhmədov səkkiz yaşında şəhərdəki 40 saylı məktəbin birinci-ikinci siniflərində, sonra 38 (25) saylı məktəbdə təhsil aldı. Elə şagird ikən seçildi. Bütün dərslərini yaxşı oxuyurdu. Ancaq ədəbiyyata münasibəti xüsusilə fərqlənirdi. Elə bu münasibət onun gələcək yolunu müəyyənləşdirdi. Ədəbiyyata sevgisi Əziz Mirəhmədovu Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Filologiya fakültəsinə apardı.

1930-cu illərin repressiya kabusu Əziz Mirəhmədovun da həyatına qara kölgətək düşdü. Sevdiyi, əsərlərini oxumaqdan doymadığı Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq kimi şairlər həbs olundular. Əziz Mirəhmədovun əmisi Mirmöhsün də həbs olundu. O, Paris Stomatoloji Məktəbini bitirdiyinə görə dövlətin nəzərində "etibarsız adam" sayılırdı, 1937-ci ildə ailəsi ilə birlikdə Qazaxıstana sürgün edildi.

Yaxın qohumları "xalq düşməni" adlandırılan, həbs, sürgün olunanların hamısı qorxu içərisində yaşayırdılar. Əziz Mirəhmədovun da günləri ağır, səksəkəli keçirdi. Ancaq o, gözəl bir elmi-pedaqoji mühitə düşdü. Müəllimləri Məmməd Arif, Həmid Araslı, Əli Sultanlı, Mir Cəlal, Əkrəm Cəfərli və başqaları Əziz Mirəhmədovun həyatında, yaradıcılığında özünəməxsus yer tutdular.

1938-ci il mayın 13-də Əziz Mirəhmədovun ilk məqaləsi "Müəllim qəzeti"ndə işıq üzü gördü. O vaxt tələbə idi. Ali məktəbi 1941-ci ildə başa vurdu. Pedaqoji fəaliyyətə başladı. 1942-ci ildə Mərdəkandakı 156 nömrəli məktəbdə müəllim, 1943-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutun "Azərbaycan ədəbiyyatı" kafedrasında baş müəllim işlədi.

Hələ 1940-cı illərin əvvəllərində o, iki cildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi"nin (1943-1944)  hazırlanmasında yaxından iştirak etdi. Bu, gənc Əziz Mirəhmədov üçün həm də ilk təcrübə oldu. 

Oxuduqca, öyrəndikcə və öyrətdikcə mənəvi dünyasında yeni üfiqlər açılırdı. Tariximizin, ədəbiyyatımızın çox səhifələrinin işıq üzünə çıxarılmadığını, xalqına, vətəninə böyük sevgi ilə bağlı, təəssübkeş və cəfakeş tədqiqatçılarını gözlədiyini görürdü. Əziz Mirəhmədov məhz belə araşdırıcı olacaqdı. Arxivlərin saralmış səhifələrinin tozunu siləcək, Azərbaycanın neçə-neçə böyük şəxsiyyətinin - ictimai, siyasi xadiminin, yazıçısının, publisistinin fəaliyyətini, yaradıcılığını ilk dəfə o, araşdıracaqdı...

Çox keçmədi ki, onu tanıyan, istedadına, zəhmətsevərliyinə yaxşı bələd olan müəllimləri Həmid Araslı və Məmməd Arif Əziz Mirəhmədovu Nizami adına Ədəbiyyat və Dil İnstitutuna (indiki Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu) dəvət etdilər.

Böyük həvəslə, məsuliyyətlə elmin çətin yolları ilə irəlilədi. "Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişaf mərhələləri" mövzusunda dissertasiyasını müdafiə edib elmlər doktoru adını aldı. 1980-ci ildə indiki Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçildi.

O, ədəbiyyat tarixi və nəzəriyyəsi, mətbuat tarixi, mətnşünaslıq, biblioqrafiya və kitab mədəniyyətinə, eləcə də müasir ədəbi prosesin əsas istiqamətləri, imzaları haqqında çoxsaylı tədqiqatların müəllifi oldu. "Molla Nəsrəddin" jurnalının 25 illik nömrələrinin transliterasiyası, 12 cilddə çapa hazırlanması və birinci cildin nəşr edilməsi işini başa çatdırdı. Əziz Mirəhmədov üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin (1958-1960) əsas müəlliflərindən, nəşri planlaşdırılmış yeddicildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin aparıcı müəlliflərindən biri oldu. Cəlil Məmmədquluzadənin əsərlərinin ikicildliyi (1951-1954), üçcildliyi (1966-1967) və altıcildliyinin (1981-1985) çapa hazırlanması, nəşri Əziz Mirəhmədovun böyük zəhmətinin bəhrəsi idi. Həmin nəşrlərin hər birinə o, müqəddimə, izah və şərhlər yazdı.

Yorulmaz tədqiqatçı 18 kitabın, 500-dən artıq elmi məqalənin müəllifidir. Onun "M.F.Axundov" (1953), "Abdulla Şaiq" (1956), "Sabir" (1958), "Məhəmməd Hadi" (1962 və 1981), "Azərbaycan Molla Nəsrəddini" (1980), "Satirik gülüşün qüdrəti" (1981), "Ağlar güləyən" (1989) monoqrafiyaları, "XX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişafına dair", "Zakir və XIX əsr Azərbaycan satirası", "XX əsrin əvvəllərində ədəbi hərəkat: tənqidi realizm" və digər məqalələri bir sıra faktların ilk dəfə üzə çıxarılması, tədqiq olunması baxımından olduqca əhəmiyyətlidir.

Əziz Mirəhmədovun Azərbaycan ədəbiyatşünaslığına ən böyük xidmətlərindən biri də elmi rəhbəri olduğu, yetişdirdiyi, istiqamət verdiyi alimlər oldu. Əksəriyyəti müəllimlərini özlərinə həm insan, həm də alim kimi örnək seçdilər. Onlardan biri filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımova Əziz Mirəhmədovun böyük insan və alim, ədəbiyyatımızın müdrik və vicdanlı tədqiqatçısı, yeni tipli ədəbiyyatşünaslıq məktəbinin yaradıcısı olduğunu deyir: "Əziz müəllim sıradan bir alim - ədəbiyyatşünas deyildi. O, ədəbiyyat və mətbuat tarixi bilicisi, mənbəşünas, nəzəriyyəçi, mətnşünas, tənqidçi, kitabşünas, ensiklopedist... idi". Elmira Qasımovanın fikrincə, Əziz Mirəhmədovun həmin sahələrlə bağlı arxiv sənədlərinə, elmi-biblioqrafik mənbələrə, dövri mətbuatdan gətirilən yeni-yeni fakt bolluğuna, nəzəriyyəyə əsaslanan tədqiqatlarının hər abzası irihəcmli bir işin tezisi idi. Müəllimini "elmin umacaqsız, təmənnasız təəssübkeşi, yorulmaz cəfakeşi, fədaisi" adlandıran Elmira Qasımova onun ümumi işin xeyrinə bildiyini kimsədən əsirgəməyən, hamıya yol göstərən, işindən zövq alan bir ziyalı olduğunu qeyd edir.

Əziz Mirəhmədovun həyatının ayrı-ayrı dövrlərini əks etdirən, sözlə çəkilmiş iki portreti diqqətimizi çəkir. Onlardan birində Əziz müəllim hələ gəncdir, aspirantdır. Əziz Mirəhmədovun o zamanların tələbəsi olmuş Xalq şairi Bəxtiyar Vahabzadənin xatirələrinə belə köçmüşdü: "Xəyalım ilk tanışlığımıza - 1943-cü ilin sentyabrına getdi. Bu o gün idi ki, gənc, ucaboy, qarayanız aspirant Əziz Mirəhmədov bizə dərs deyirdi. Gənc olmasına baxmayaraq, onda çılğınlığın, ötkəmliyin əlaməti belə yox idi. Çox asta və təmkinlə danışar, izah etmək istədiyi mətləbi yalnız faktlarla bizə dərk etdirməyə çalışardı". 

İllər sonra, artıq tanınmış, nüfuzlu alim olduğu vaxtlarda aspirantı olmuş Elmira Qasımova isə Əziz Mirəhmədovu belə təsvir edir: "Fitrətində əslindən, nəcabətindən gələn bir kübarlıq, ağayanalıq, amiranəlik var idi. Hökmlü, qürurlu idi Əziz müəllim. Zəhmli - eyni zamanda rəhmli idi. Sərt idi, amma qəlb incidən deyildi. Kövrək və təvazökar idi. Biz onun tələbkarlığından çəkinir, savadının isə vurğunu idik". Elmira xanım bildirir ki, Əziz müəllim işdə son dərəcə ciddi, tələbkar idi, güzəşt etməyi bacarmazdı, prinsipial idi: "O, Elmi Şuralarda özündən yaşca böyük alimlərdən sonra danışardı, ancaq çox halda Əziz müəllimin danışdığı şuranın qərarı olardı. Z.Bünyadov, Q.Məmmədli, H.Məmmədzadə, A.İmanquliyeva, V.Aslanov, T.Məhərrəmov, N.Y.Makeyev, R.Əliyev, X.Məmmədov, Moskvadan Q.Əliyev kimi bir çox şərqşünas, dilçi, etnoqraf, tarixçi alimlər məsləhətləşmək üçün tez-tez şöbəyə gələr, bu söhbətlərdən biz də qənimət kimi çox şey öyrənməyə çalışardıq". Elmira Qasımova deyir ki, biz hamımız ona oxşamaq istədik, ondan öyrəndik, amma heç birimiz Əziz müəllim olmadıq.

Əziz Mirəhmədov həm şəxsiyyət, həm də alim kimi hər zaman bənzərsiz oldu.

Onun hər bir əsəri bu gün də ədəbiyyatımızın tarixinin öyrənilməsində ən etibarlı mənbələrdən hesab olunur. Tədqiqatçılar yeri gəldikcə, alimin əsərlərinə istinad edirlər.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

N.Ə.Əbdürrəhmanın "Dostluq" ordeni ilə təltif edilməsi haqqında 

01:23
16 Mart

"İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi"nə qoşulmaq haqqında

01:23
16 Mart

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında 

01:22
16 Mart

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

01:22
16 Mart

“Fövqəladə ehtiyatların nomenklaturası”nın təsdiq edilməsi və “Fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının nomenklaturası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 27 aprel tarixli 137 nömrəli Qərarının ləğv edilməsi haqqında

01:20
16 Mart

“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-37.4-cü maddələri iləndə müəyyən edilmiş tələblərə uyğun yerinə yetirilməsinə nəzarətin və həmin Qanunun 37.3-37.5-ci maddələrində nəzərdə tutulmuş uçuş əməliyyatlarının, o cümlədən xüsusi şəraitlərdə uçuş əməliyyatlarının həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:18
16 Mart

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” 2018-ci il 10 aprel tarixli 141-6 nömrəli Qərarında dəyişiklik edilməsi, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aparatının Xüsusi təyinatlı idarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” 2018-ci il 8 avqust tarixli 347-26 nömrəli, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 141-6 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 30 avqust tarixli 363-27 nömrəli, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 141-6 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 22 aprel tarixli 184-8 nömrəli və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 141-6 nömrəli və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aparatının Xüsusi təyinatlı idarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 avqust tarixli 347-26 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 2 may tarixli 206-11 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 388 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:16
16 Mart

“Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və kursantlar istisna olmaqla) aylıq pul təminatının, ərzaq payı əvəzinə pul kompensasiyasının və mülki işçilərinin əməkhaqlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 15 sentyabr tarixli 213-25 nömrəli, “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” 2018-ci il 10 aprel tarixli 142-7 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 142-7 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2018-ci il 17 iyul tarixli 305-23 nömrəli, “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 142-7 nömrəli qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 2 may tarixli 205-10 nömrəli, “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 142-7 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 10 may tarixli 215-12 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 142-7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə” 2019-cu il 10 iyun tarixli 263 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 391 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:15
16 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:43
15 Mart

CNN Türk”: Blokadada olan Ermənistan əhalisinin sayı azalan və inkişaf etməyən ölkədir  

19:53
15 Mart

XII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb

19:36
15 Mart

Süni intellekt və real həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər - YENİLƏNİB 

19:29
15 Mart

Bugünkü iməcilikdə Bakının 551 küçəsi yuyulub

19:27
15 Mart

Azərbaycan və İƏT ölkələri arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

19:26
15 Mart

Praqa Kiyev ilə Moskva arasında atəşkəs səylərini dəstəkləyib

19:04
15 Mart

XII Qlobal Bakı Forumu: “Gənclər danışsın, biz dinləyək” mövzusunda panel iclas keçirilib

18:57
15 Mart

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər

18:41
15 Mart

Avropa komissarı: Trans-Xəzər dəhlizi Asiyadan Avropaya yükdaşımaların müddətini 15 günə qədər azaldacaq  

18:31
15 Mart

"Euronews" Azərbaycanın sənaye zonaları barədə video yayımlayıb VİDEO

18:27
15 Mart

İsmail Serageldin: Bu gün teletibb və süni intellektlə əvvəllər mümkün olmayan rabitə şəbəkələrinə çatmaq imkanımız var  

18:19
15 Mart

Zelenski: Ukrayna özünün istehsal etdiyi uzaqmənzilli raketini uğurla sınaqdan keçirib

18:12
15 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!