19 Dekabr 2025 16:45
150
Elm və texnika
A- A+
“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

AMEA Folklor İnstitutunda “Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çap olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda Göygöl rayonunda məskunlaşmış Qərbi Azərbaycan sakinlərindən toplanmış folklor örnəkləri yer alıb.

Kitabda 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi zorakılıqlar, eləcə də 1988-ci il deportasiyası zamanı yaşanan faciələr barədə Qərbi azərbaycanlılardan toplanmış məlumatlar “Xatirələr” bölməsində təqdim olunub. Bu materiallar tarixi yaddaşın qorunması baxımından mühüm elmi əhəmiyyət daşıyır.

Nəşrdə Göyçə bölgəsində yerləşən ziyarətgahlar və müqəddəs ocaqlar haqqında məlumatlara da geniş yer verilib. Qaradaş ocağı, Pir ocağı, Miskin Abdal, Seyid Bayram, Seyid Qulu və digər seyidlərə aid kəramətlər, seyidliyin ötürülməsi və seyidlik nişanəsi ilə bağlı folklor mətnləri təqdim edilib, həmçinin bölgənin dini-mifoloji dünyagörüşü elmi kontekstdə işıqlandırılıb.

Topluda Aşıq Ələsgər haqqında qeydə alınmış rəvayətlər xüsusilə diqqəti cəlb edir. Bu mətnlərdə Aşıq Ələsgər sıravi bir aşıq deyil, “haqq aşığı” kimi təqdim olunur, ona vergi verildiyi, qiyabi şəkildə həcc ziyarətinə getdiyi və qeyri-adi gücə sahib olduğu vurğulanır. Sözügedən rəvayətlər göyçəlilərin dünyagörüşündə Aşıq Ələsgərin müqəddəs və fövqəladə bir şəxsiyyət kimi qəbul edildiyini göstərir.

Maraqlı folklor nümunələri sırasında Zod kənd sakini Bəhram Qamanov haqqında toplanmış lətifələr də yer alıb. Hazırcavablığı ilə tanınan Bəhram Qamanov Göyçə mühitində “Göyçənin Molla Nəsrəddini” kimi yadda qalıb. Onun haqqında söylənən lətifələr yalnız Zod kəndində deyil, ətraf yaşayış məntəqələrində də geniş yayılıb.

Kitabda Göyçə bölgəsinə xas zəngin etnoqrafik materiallar - çiy ehsan, siğə qardaşlığı, təzə gəlinin bulaq üstünə çıxarılması, toy, yas və bayram adət-ənənələri, eləcə də uşaqların asudə vaxtının təşkili məqsədilə keçirilən canbar mərasimləri barədə dəyərli məlumatlar təqdim olunur. Xüsusilə Uluxanlı bölgəsi üçün xarakterik olan canbar – yay aylarında məktəblər bağlandıqdan sonra uşaqlar üçün təşkil edilən məclis – maraqlı etnoqrafik fakt kimi diqqət çəkir.

Topluda Zod kənd sakinlərindən qeydə alınmış və axır çərşənbədə oynanılan “Kosa-kosa” oyununun ənənəvi variantlardan fərqlənən forması da təsvir edilib: “Həmin gün kənd cavanları dəstələr halında evləri gəzərək pay toplayır, daxil olduqları hər həyətdə “Kosa-kosa” oyununu nümayiş etdirirdilər. Dəstə kosa, gəlin, həkim, pay yığan və polis obrazlarından ibarət olur, oxunan nəğmələr isə karnaval mədəniyyətinə xas açıq-saçıq ifadələrlə seçilir”.

Qeyd edək ki, kitabdakı materialları toplayan, tərtib edən və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!