17 Dekabr 2025 09:05
216
Mədəniyyət
A- A+
Qəlblərdə yaşayan şair

Qəlblərdə yaşayan şair


Yaradıcı insanlar xoşbəxtdirlər ki, zaman-zaman yazdıqları əsərləri ilə daim xalqın yaddaşında yaşayır, həmişə sevilir, tez-tez xatırlanırlar. Tanınmış şair Zeynal Cabbarzadə də belə xoşbəxt insanlardandır. İnsanlar onun yazdığı şeirləri bu gün də böyük həvəslə oxuyur, şairin sözlərinə bəstələnmiş mahnıları maraqla dinləyirlər. Zeynal Cabbarzadə şeirlərinə ən çox mahnılar bəstələnən şairlərdən biridir. Onun sözlərinə 250-dən çox bir-birindən gözəl mahnı bəstələnib. 

Təbiidir ki, belə səadət hər şairə nəsib olmur. Çünki hər yazılan şeirə də mahnı qoşulmur. Deməli, Zeynal Cabbarzadənin yazdığı şeirlər axıcılığı, məna dərinliyi, səs və söz düzümü, ifadə tərzi və başqa müsbət xüsusiyyətləri ilə daim bəstəkarların diqqətini özünə cəlb edib. Buna görə də zaman-zaman görkəmli sənətkarlar Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Ağabacı Rzayeva, Emin Sabitoğlu və başqaları şairin yaradıcılığına üz tutmuş, onun şeirlərinə mahnılar bəstələmişlər. 

Beləcə, bu gün də sevə-sevə dinlənilən bir-birindən gözəl "Azərbaycanım", "Neftçilər", "Əziz vətən", "Bakı", "Sürəyya", "Badamlı", "Çay mahnısı", "Ay qız", "Sən mənimsən, mən sənin", "Neyləsin", "Alagöz" və başqa mahnılar  yaranmışdır. Bu mahnıları dinləməmişdən əvvəl "sözləri Zeynal Cabbarzadənindir" ifadəsini eşidirik. Yəqin ki, bu sözləri gələcək nəsillər də eşidəcək və həmin mahnıları heyranlıqla dinləyəcəklər.

Bu günlərdə 105 yaşı tamam olacaq Zeynal Cabbarzadənin yaradıcılığına yüksək qiymət verən Xalq şairi Rəsul Rza yazmışdır: "Mən Zeynal Cabbarzadənin bir sıra şeirlərini oxuyandan sonra belə qənaətə gəldim ki, Zeynal poetik imkanlarını xəsisliklə açan və bütünlüklə açmamış bir şairdir. Onun elə şeirləri vardır ki, şairin yolu, ümumi şeir yaradıcılığımızda tutduğu mövqe, onun ədəbiyyatımıza gətirdiyi sərvət haqqında var səsimizlə danışmağa bizə haqq verir, daha doğrusu, bunu etməyə borclu olduğumuzu təkidlə bizə xatırladır".

Zeynal Cabbarzadənin ömür yoluna nəzər salanda öyrəndik ki, bütün zamanlarda sevilən şair sadə, amma çoxlarına nümunə olacaq bir ömür yaşayıb. Həm uşaqların, həm də böyüklərin sevimlisi olan Zeynal Cabbarzadə  1920-ci il dekabrın 31-də Bakıda dənizçi ailəsində dünyaya göz açıb. İbtidai və orta təhsilini Bakı şəhərində alıb. Orta təhsilini uğurla başa vurduqdan sonra fəhlə fakültəsində oxuyub. Kiçik yaşlarından ədəbiyyata böyük maraq göstərib. 1937-1941-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsində təhsilini davam etdirib. Ali təhsil aldığı illərdə oxumaqla yanaşı, "Balıq cəbhəsi" və "Qırmızı Kürçaylı" qəzeti redaksiyalarında çalışıb. Bir müddət Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatından dərs deyib. 

Almaniyanın keçmiş ittifaqın ərazisinə hücumu nəticəsində Böyük Vətən müharibəsi başlanan il avqustun 1-də səfərbərliyə cəlb edilmiş və 1941-1942-ci illərdə piyada məktəbində hərbi təhsil almışdır. Kursu uğurla bitirdikdən sonra kiçik leytenant rütbəsi ilə 416-cı atıcı piyada diviziyasında hərbi xidmətini davam etdirmişdir. Naursk rayonunda hərbi əməliyyat zamanı döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmışdır. Aldığı zədə nəticəsində eşitmə və görmə qabiliyyətini itirmişdir. Bir müddət hospitalda müalicə olunmuşdur. 1943-cü ildə xəstəliyinə görə baş leytenant rütbəsi ilə ordu sıralarından tərxis olunmuşdur. Milyonlardan biri kimi iştirakçısı olduğu müharibə onun da həyatına sağalmaz yaralar vurmuşdur. Şair bütün ömrü boyu bu yaraların ağrısını qəlbində hiss etmişdir.

Yaradıcılıq arzuları onun ürəyində hələ kiçik yaşlarından cücərməyə başlamışdır. Gənclik illərindən bədii yaradıcılığa maraq göstərən Zeynal Cabbarzadənin "Puşkin" adlı ilk şeiri keçmiş ittifaqı repressiya dalğası bürüyən 1937-ci ildə dərc edilmişdir. Sonrakı illər isə şair bir-birindən maraqlı şeir, poema və mənzum hekayələr yazmışdır. 

Sevilən şair Zeynal Cabbarzadənin yaradıcılığının böyük hissəsi uşaqlara həsr edilib. Şair yuxusuz gecələrinin məhsulu olan əsərləri ilə uşaqların təlim-tərbiyəsinə, mənəvi-əxlaqi dəyərinin daha da zənginləşməsinə, dünyagörüşlərinin formalaşmasına xidmət etmişdir. Onun uşaqlar üçün yazdığı şeirlərindən xoş avaz, sevgi, məhəbbət duyulur. Buna görə də uşaqlar bu şeirləri böyük maraqla oxuyurlar. Şairin "Bahar gəlir", "Səhər-səhər", "Quzum", "Quşlar",  "Qatar gəlir" və başqa şeirlərində bu müsbət cəhətləri aydın görmək mümkündür. 

Zeynal Cabbarzadənin yalnız şeirlərini deyil, poema və mənzum nağıllarını da uşaqlar böyük maraqla oxuyurlar. Çünki sair bu əsərlərdəki hadisələri olduqca maraqlı bir süjet xətti üzərində qurub. Qələmə aldığı əhvalatları zəngin bədii boyalarla təsvir edib. Balaca oxucular da poema və mənzum nağılları həvəslə oxuyur, əsərdə baş verən hadisələrin hansı sonluqla bitəcəyini səbirsizliklə gözləyirlər. "İçərişəhər", "Qəhrəman oğlu", "Bizim metro", "Uca dağlar başında", "Alı və şah", "Çinar", "Lovğa göbələk", "Meşədə" və başqa poemaları, mənzum nağılları bu gün də sevilə-sevilə oxunur. 

Şair iştirakçısı olduğu döyüşlərdən yaranan təəssüratlarını da nəzmə çəkib, cəbhə şeirlərini yazıb. Qan və ölüm qoxulu bu şeirlər 1946-cı ildə işıq üzü görmüş "Xanıman" adlı ilk kitabında toplanıb.  "Mənim qardaşım", "Təzə evin uşaqları", "Ata və oğul", "Kamranın yuxusu", "İlk dərs səhəri", "Yatın, balalar", "Uşaqlar, ay uşaqlar" və başqa şeirlərində də şair sonsuz sevgisini uşaqlara bildirib, onların xoşbəxt boya-başa çatmaları üçün arzu və istəklərini poetik şəkildə ifadə edib. 

Zeynal Cabbarzadə yalnız şeirləri ilə deyil, həmçinin kinofilmlərə yazdığı mahnı mətnləri ilə də şöhrət qazanmışdır. Xatırladaq ki, bu gün də tamaşaçıların böyük maraqla baxdıqları "Ögey ana" filmində "İnşaatçılar mahnısı", "İsmayılın mahnısı", "Onu bağışlamaq olarmı?" filmində "Gəldi bahar", "Lirik mahnı" və başqa mahnıların mətnləri Zeynal Cabbarzadənin yaradıcılığının məhsuludur. 

Z.Cabbarzadənin qələmindən bir-birindən maraqlı, dəyərli əsərlər meydana gəlib. Şair yaradıcılıq illərini həyatının ən gözəl anları kimi təsvir edərək yazırdı:   


Ürəyim dəryadır, çağlayır coşur,

Gül-çiçək gətirir bahardan soraq.

Təbiət eşqimə nəğmələr qoşur,

Xoşdur bu dünyada bəxtiyar olmaq.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan görkəmli şair Zeynal Cabbarzadə həm də "Natəvan" klubunun müdiri, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, "Pioner" jurnalının məsul katibi vəzifələrində işləmişdir. Yaradıcılığını yüksək qiymətləndirən dövlətimiz 1972-ci ildə şair Zeynal Cabbarzadəyə Azərbaycan SSR "Əməkdar mədəniyyət işçisi" adı vermişdir. Həmçinin xidmətlərinə görə müxtəlif illərdə  bir sıra medal və fəxri fərmanlarla təltif edilmişdir.

Tanınmış şair Zeynal Cabbarzadə 1977-ci il yanvarın 20-də, soyuq bir qış günündə dünyasını dəyişmişdir. Anadan olmasının 105 illiyi tamam olan şair ürəklərdə, qəlblərdə yaşayır.

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!