19 Dekabr 2025 16:37
151
CƏMİYYƏT
A- A+
QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Kol Dürhamla videokonfrans formatında görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, videogörüşdə tərəflər qarşılıqlı etimada və ortaq məqsədlərə əsaslanan əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər.

G20 Dinlərarası forumlarında iştirakını bu platformaya və onun sülhməramlı fəaliyyətinə yüksək ehtiramının sübutu kimi qeyd edən A.Paşazadə vurğulayıb ki, insan həyatına, bəşərin mövcudluğuna təhdid və təhlükələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması qlobal dialoq zərurətindən irəli gəlir.

Vurğulanıb ki, son illərin ənənəsi - Böyük İyirmilik ərəfəsi Dinlərarası forumlar dövlət və din nümayəndələrinin birgə əməkdaşlığının səmərəli praktiki təzahürünə çevrilib.

Kol Dürham şeyxülislamla bu yaxınlarda ABŞ-a səfəri çərçivəsində keçirilən görüşü zamanı G20 Dinlərarası Forumunun strukturunda nəzərdə tutulan islahatlarla bağlı A.Paşazadənin böyük təcrübəsinə istinadən ondan öz tövsiyələrini verməsini xahiş etdiyini və proses əsnasında öz aralarında məlumat mübadiləsi aparmaq barədə razılığa gəldiklərini, bu mövzuda cari ayın əvvəlində ilk müzakirələrini xatırladıb.

Şeyxülislam A.Paşazadə bu yaxınlarda iştirak etdiyi Ər-Riyadda keçirilən BMT Sivilizasiyalar Alyansının XI Global Forumu çərçivəsində tədbir iştirakçıları, BMT, habelə Səudiyyə Ərəbistanı Krallığının rəsmiləri ilə ikitərəfli görüşlərində G20 Dinlərarası Forum Assosiasiyası nəzdində müxtəlif dinlərin qlobal Məşvərət Şurasının yaradılması ideyasını müzakirə etdiyini K. Dürhamın diqqətinə çatdırıb və gəldiyi qənaətləri, tanınmış din xadimlərinin bu mövzuya dair fikir və təkliflərini bölüşüb.

Assosiasiyanın prezidenti Kol Dürham şeyxülislam A.Paşazadənin təklif olunan islahatlarla, ələlxüsus, Dinlərarası Forum nəzdində müxtəlif dinlərin tanınmış nümayəndələrini bir araya gətirəcək və daimi fəaliyyət göstərəcək dinlərarası şuranın yaradılması mexanizmi ilə bağlı fikir və tövsiyələrini nəzərə alan layihə ilə QMİ sədrini tanış edib.

Tərəflər Şuranın strukturu, üzvlərinin müəyyən olunması, qərarqəbuletmə mexanizmləri, qarşıdakı məsləhətləşmələr və 2026-cı ildə ABŞ-da keçiriləcək G20 ərəfəsi növbəti Dinlərarası Forum tədbiri ilə bağlı ətraflı müzakirə apardılar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!