13 Aprel 2021 01:45
1837
İQTİSADİYYAT
A- A+
Yeni ekoloji layihələr SOCAR-ı dünyanın nəhəng neft-qaz şirkətləri arasında ön sıraya çıxaracaq

Yeni ekoloji layihələr SOCAR-ı dünyanın nəhəng neft-qaz şirkətləri arasında ön sıraya çıxaracaq

 

“SOCAR 2022-ci ildə səmt qazı emissiyalarını sıfra endirməyi hədəfləyir. Belə ki, şirkət artıq səmt qazı atqılarını 2 faizə endirib, 2022-ci ildə isə bu növ emissiyaları sıfra endirməyi qarşısına məqsəd qoyub.

Bu işlərin reallaşdırılması SOCAR-ın nəhəng neft-qaz şirkətləri arasında mövqeyini yaxşılaşdıracaq”. Bu sözləri SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə şirkətdə səmt qazı emissiyaları üzrə əldə olunan nailiyyətlərlə bağlı açıqlamasında bildirib.

SOCAR-ın atmosferə atılmalar üzrə ekoloji dayanıqlılığın qorunması istiqamətində əldə etdiyi nailiyyətlərdən bəhs edən  Rəfiqə Hüseynzadə vurğulayıb ki, şirkət Xəzər regionuna və ümumiyyətlə, beynəlxalq ekoloji dayanıqlılığa təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə aparmaq və xüsusilə, metan qazının atmosferə atılmasının qarşısını almaq üçün proaktiv addımları atır: “Qeyd etmək yerinə düşər ki, şirkətdə səmt qazı emissiyaları üzrə əldə olunan nailiyyətlərin müzakirəsi məqsədilə aprelin 6-da Vaşinqtonda Dünya Bankının Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq (GGFR) təşkilatı ilə SOCAR-ın nümayəndələri arasında onlayn formatda texniki komissiyanın görüşü keçirilib. Görüş zamanı SOCAR-da səmt qazı atılmalarının azaldılması üzrə görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışılıb. SOCAR-ın atmosferə qaz emissiyaları intensivliyinin azaldılması istiqamətində ən qabaqcıl ekoloji tədbirləri və həll yollarını davamlı olaraq tətbiq edildiyi barədə qeyd olunub”.

Vitse-prezident deyib ki, qarşı tərəf artıq SOCAR-ın səmt qazı atılmalarını 2 faizə endirməsi  və 2022-ci ildə bu növ emissiyaları sıfra endirməyi qarşısına məqsəd qoyması ilə bağlı məlumatlandırılıb. Bu işlərin reallaşması nəticəsində dünyanın nəhəng neft-qaz şirkətləri arasında SOCAR-ı ön sıraya çıxaracaq. Atmosferə səmt qazı emissiyalarının azaldılması istiqamətində SOCAR tərəfindən həyata keçirilən effektiv tədbirlər GGFR-in nümayəndələri tərəfindən çox yüksək qiymətləndirilib. Qlobal istiləşmə prosesinin aktiv getdiyi bir zamanda SOCAR-ın bu cür effektiv tədbirlərinin ətraf mühitə verdiyi töhfənin digər neft-qaz şirkətləri üçün örnək olması, gələcəkdə SOCAR təcrübəsinin öyrənilməsi və tətbiq olunmasının vacibliyi Dünya Bankının GGFR təşkilatı tərəfindən xüsusi vurğulanıb.

“Görüşdə SOCAR-ın əldə etdiyi bu ekoloji nailiyyətlər barədə Dünya Bankının rəsmi veb-saytında elan edilməsi təsdiq olunub. SOCAR davamlı inkişaf məqsədlərinə uyğun olaraq dünyada neft-qaz şirkətləri arasında “sıfır karbon emissiyası” hədəflərinə çatan ilk şirkətlərdən biri olacaq və müsbət mənada fərqlənəcək. Ümumiyyətlə, bu layihələri həyata keçirməkdə əsas məqsədimiz dünyanın nəhəng neft-qaz şirkətləri arasında SOCAR-ı atmosferə qaz tullantısı olmayan lider şirkət etməkdir”, - deyən Rəfiqə Hüseynzadə SOCAR-ın “sıfır karbon emissiyası” hədəfləri istiqamətində beynəlxalq şirkətlərlə əməkdaşlığından da danışıb.

Qeyd edib ki, 2008-ci ildən SOCAR Dünya Bankının Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq təşkilatı ilə əməkdaşlığa başlayıb. 2014-cü ildə Dünya Bankının “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfra endirilməsi” təşəbbüsünə qoşulub. 2015-ci ildən SOCAR BMT-nin İnkişaf Proqramı ilə birgə “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı” (NAMA) layihəsini icra edib və layihə 2020-ci ilin sonunda uğurla başa çatıb.

2016-cı ildə (22 aprel) Azərbaycan Respublikası “Paris İqlim Sazişi”ni imzalayıb. Bu sənədə əsaslanaraq SOCAR əsas ekoloji göstərici olaraq “sıfır tullantı” prinsipini qəbul edib və “Paris İqlim Sazişi”nin öhdəliklərini icra etməkdə qərarlıdır. 2019-ci ildə isə SOCAR “Metan Rəhbər Prinsipləri” Təşəbbüsünə qoşulub. Şirkət metan emissiyalarının inventarlaşdırılması və həmin emissiyaların azaldılması istiqamətində BP və digər qlobal neft şirkətləri ilə birgə vacib addımlar atmaqda davam edir.

2020-ci ildə regionumuzda iqlim dəyişikliyi ilə mübarizə aparmaq, istixana qazlarının emissiyasını və ətraf mühitə atılan zərərli maddələrin qarşısını almaq məqsədilə SOCAR-ın təşəbbüsü əsasında SOCAR, “KazMunayGas”, BP, “Equinor” Abşeron AS və “Total E&P Absheron B.V.” şirkətlərinin təsisçiliyi ilə “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” (Caspian Envıronmental Protectıon Initiatıve - CEPI) adlı səmərəli və müstəqil fəaliyyət göstərən regional Təşəbbüs Qrupu yaradıldığını söyləyən Rəfiqə Hüseynzadə deyib ki, bu gün Norveçin “Carbon Limits” şirkəti ilə birlikdə metan sızmalarının azaldılması, sertifikatlaşdırılması və karbon kreditləşdirilməsi işləri uğurla icra edilir:  “Həmin layihənin nəticəsi olaraq “Carbon Limits”, “Rosneft” və SOCAR arasında üçtərəfli əməkdaşlıq nəzərdə tutulur. Xüsusilə qeyd etmək istəyirəm ki, bütün bu sadalanan uğurlar neftin sənaye üsulu ilə hasilatının 175 illik tarixi ərzində formalaşan bütün ekoloji problemlərin həll olunmasına qətiyyətli iradəsini nümayiş etdirmiş və SOCAR prezidenti Rövnəq Abdullayevin ekologiya sahəsinə göstərdiyi xüsusi qayğısı nəticəsində qazanılmışdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Milli qəhrəmanlarının xatirəsi yad edilib

18:26
12 İyul

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər

17:59
12 İyul

Abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan veriblər

14:11
12 İyul

Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə

14:00
12 İyul

İyulun 13-nə olan hava proqnozu açıqlanıb

13:55
12 İyul

İran XİN: Omanla Hörmüz boğazı ilə bağlı məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlinib

13:52
12 İyul

Körfəz ölkələri raket və PUA hücumlarına məruz qalıb

13:31
12 İyul

Ölkə ərazisindəki faktiki hava acıqlanıb

12:29
12 İyul

ABŞ-nin ən nüfuzlu Respublikaçı senatoru vəfat edib

12:07
12 İyul

Futbol üzrə dünya çempionatının yarımfinalında qarşılaşacaq komandalar müəyyənləşib

11:59
12 İyul

Qətərin keçmiş əmiri vəfat edib

11:57
12 İyul

Rusiya Müdafiə Nazirliyi: 300-dən çox PUA hücumunun qarşısı alınıb

10:28
12 İyul

ABŞ Mərkəzi Komandanlığı İrana növbəti hücuma başlayıb

10:21
12 İyul

Dünya çempionatı: Argentina yarımfinala vəsiqə qazanıb

09:23
12 İyul

Dünya çempionatı: İngiltərə millisi yarımfinala vəsiqə qazanıb

09:13
12 İyul

Tovuz döyüşləri: Zəfərin astanasında 

09:07
12 İyul

Prezident: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb VİDEO

23:03
11 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündən videoçarx paylaşılıb VİDEO

21:15
11 İyul

Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir

20:16
11 İyul

Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - YENİLƏNİB 

19:58
11 İyul

Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır

19:44
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!