02 May 2024 19:28
278
CƏMİYYƏT
A- A+

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

 

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) “az” domeninin əhatə dairəsi və imkanlarının genişləndirilməsi məqsədilə milli inzibatçı ilə müzakirələr aparılıb.

İKTA-dan AZƏRTAC-a verilən məlumata görə, müzakirələrdə qeyd olunub ki, qısa müddət olmasına baxmayaraq, İSP-lərin və poçt (karqo) xidməti göstərən operatorların hesabatlılığı təmin edilib və adıçəkilən qurumlar rüblük hesabatlarını təqdim edirlər. Bu isə İKTA-ya bazardakı real vəziyyəti təhlil edərək doğru qərarlar verməyə imkan yaradır. Bu baxımdan “az” domeni ilə bağlı milli inzibatçının da hesabatlılığı təqdirəlayiq hesab edilir.

“az” domeni üzrə milli inzibatçı Faiq Fərmanov son illər Azərbaycanda rəqəmsal transformasiya sahəsində böyük irəliləyişlərin baş verdiyini və “az” domeninin idarə edilməsində də rəqəmsallaşmanın əhəmiyyətli olduğunu qeyd edib. Qarşıdakı dövr üçün “az” domeni üzrə istifadəçi məlumatlarının uyğunlaşdırılması məqsədilə elektron hökumət sisteminə inteqrasiyanın planlaşdırıldığını və bu prosesə İKTA-nın da dəstək verə biləcəyini bildirib.

Müzakirələr zamanı qarşıdakı dövr üçün yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadənin nəzərdə tutulduğu və bu istiqamətdə səlahiyyətli tərəflərlə müzakirələrin aparıldığı qeyd edilib. İPv6-ya keçidlə əlaqədar əməkdaşlıq edilməsi də müzakirə predmeti olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video