14 Mart 2025 09:40
771
Mədəniyyət
A- A+
Yazın gəlişini axıskalılar da təntənə ilə qeyd edirlər

Yazın gəlişini axıskalılar da təntənə ilə qeyd edirlər


Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən mədəniyyət hadisəsidir. Bu bayram ən qədim bayramlardan olduğundan bir çox xalq onu müxtəlif rəvayət və bağlarla  "özününküləşdirməyə" səy göstərir. 

Tədqiqatçı-alim Elməddin Əlibəyzadə qeyd edir ki, qədim şumer eposu  "Bilqamış" dastanında  bahar bayramımız  "yeni il", "yeni gün", "yazın ilk günü","bahar bayramı" adlandırılır, bolluq, bərəkət rəmzi kimi xatırlanır. Təbiət ilə həmahəng yaşanan, torpağı "ana" qədər dəyərləndirilən Azərbaycanda "baharın gəlişi" önəmli bir hadisədir. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda və digər dövlətlərdə yaşayan türk mənşəli toplumlar Novruzu Bahar bayramı kimi qeyd edirlər.

Ölkəmizdə yaşayan 15-dən artıq azsaylı xalqın nümayəndələri, o cümlədən Axıska türkləri də Novruz bayramını bizimlə birlikdə "hamımızın bayramıdır" deyə yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər. Novruz quruluşca mürəkkəb, məzmunca dərin və geniş məna kəsb edir. 

Xatırladaq ki, Axıska türkləri sovet lideri Stalin tərəfindən 1944-cü il noyabr ayının 14-də öz tarixi torpaqlarından yük vaqonlarına doldurularaq keçmiş SSRİ-nin müxtəlif ərazilərinə, xüsusən də Mərkəzi və Orta Asiya ölkələrinə sürgün olunublar. 1959-cu ildən etibarən onlar müxtəlif respublikalara köç ediblər. O cümlədən vaxtilə Qafqazda yaşayan altı etnik xalqdan biri olan axıskalılardan Gürcüstana və Azərbaycana gələnlər də çox olmuşdur. Onların Şəmkir, Quba, Xaçmaz, Saatlı, Sabirabad, Şabran və digər bölgələrdə toplum halında yaşadıqları məlumdur. Məmnunluq doğuran odur ki, Axıska türkləri yaşadıqları kənd və qəsəbələrdə yerli azərbaycanlı əhali ilə daha səmimi, daha mehriban münasibət yaratmışlar. Onlar da  elin, obanın xeyrində, şərində canyanğısı ilə iştirak edir, xalqımızın milli bayramlarında, Ramazan və Qurban bayramlarında, habelə Novruzda ailəlikcə, böyük həvəslə bu bayramların iştirakçısına çevrilirlər.

Gəncə şəhər sakini, pensiyaçı-ağsaqqal Qasım Əliyev bildirir ki, qədim Gəncədə, eləcə də ətraf rayonlarda çoxsaylı Axıska türkləri yaşayır: "Mən onları Gəncəyə 1959-1960-cı illərdə Orta Asiyadan sürgündən dönəndən tanıyıram.  O vaxtdan onlar yerli camaatla - böyükləri böyüklərlə, uşaqları uşaqlarımızla elə qaynayıb-qarışıb ki, indiki gənclər bəzən bilmirlər ki, o, Axıska türküdür, ya azəri türkü. Çünki  xeyrimizi, şərimizi, bayramlarımızı, el şənliklərimizi, eləcə də bütün türk dünyası üçün çox əziz olan Novruz bayramını birlikdə keçiririk. 

Novruz çərşənbələri yaxınlaşdıqca bayram hazırlıqlarına başlanılır. Buraya ev-eşiyin, həyət-bacanın təmizlənməsi, bayram sovqatlarının və yeməklərinin hazırlanması və sair daxildir. Azərbaycanlılarda olduğu kimi, axıskalı ailələrdə də bu adət var. Küsülülük barışla əvəzlənəndə sosial harmoniya bərpa olunur.

Yumurta döyüşdürülməsi iki dünyanın - qışla yazın, soyuqla istinin mübarizəsini nümayiş etdirməkdir. "Toxum cücərtmək", "səməni qoymaq" təbiəti canlandırmaq, ona təsir etmək vasitəsi kimi anlaşılır. Axıska türklərində Novruza aid olan bayram adətlərindən biri də müxtəlif şəkildə adlandırdıqları, azərbaycanlı azyaşlılarla birlikdə icra etdikləri torba atmaq, "qulaq falı" və ya "qapı pusmaq"dır. Sonrakı dövrlərdə bəzi axıskalılar "torba atmağ"ı "qurşaq tutmaq" və ya şal sallamaqla əvəzləmişlər.

Axıskalılar azəbaycanlı qonşu və qohumları kimi, müasir dövrün "torba atmaq" mədəniyyətində "dəsmal atmaq" və "papaq atmaq" kimi yeni vasitələrdən istifadə edirlər. Ənənəyə görə papağı boş qaytarmaq olmaz. Novruzun papaq atmaq kimi dillər əzbəri olan bu adətini yerinə yetirən uşaqlar yetərincə əylənirlər. 

Novruz Şərq ölkələrini - Mərkəzi Asiya (Qazaxıstan, Sibir, Altay və Şimal Qərbi Çin türkləri - uyğurlar), Ön Asiya (Şərqi Anadolu, Zaqafqaziya, Cənubi Azərbaycan və Özbəkistan türkləri) və Şərqi Avropanı (qaqauzlar, Krım, Bolqarıstan, Yuqoslaviya, Kipr türkləri) əhatə edən coğrafiyada yaşayan türk xalqları və axıskalılar tərəfindən məzmun etibarilə eyni, şəkilcə müxtəlif formada həyata keçirilir.

Novruz şənliklərində məktəblilər müxtəlif kompozisiyalarda səhnəciklər  hazırlayırlar. Vaxtilə Əlican Əzizovun da iştirak etdiyi "Özbək, türkmən, uyğur, tatar, azər bir boydur" mahnısı şənliyin ən yaddaqalan və insanları coşduran parçasıdır. Qaşıqda yumurta daşıma, kisə (çuval) geyinərək qaçma yarışı, bir-birini arxasında daşımaq kimi yarışlar və məclisə ağ geyimli, əli çiçəkli Bahar qızın gəlişi Axıska türklərinin iştirakı ilə təşkil edilən Novruz şənliklərinin ən gözəl çalarlarıdır.

Ölkəmizdə azsaylı xalqların böyük sevinc hissi ilə azərbaycanlılarla birgə keçirdiyi Novruz mədəniyyətlərin ortaq bir bayramıdır. Müasir dövrümüzün bu ortaq bayramı yaşamaq sevinci, bolluq, bərəkət və barış harmoniyalı olaraq ənənələşmişdir.

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti ilə 30 illik erməni işğalından azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgələrində bayram əhvali-ruhiyyəsi çox yüksəkdir. Böyük qayıdışın sədaları altında öz doğma yurdlarına qovuşan soydaşlarımızın həyətlərindəki tonqalların,  yeni mənzillərində yandırdıqları bayram şamlarının şöləsi, habelə Novruz şirniyyatlarının özəlliyi könülləri riqqətə gətirir, insanlarda daha xoş ovqat yaradır.   


Rəhman SALMANLI, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

Dövlət Komitəsi sədrinin müavini: Dini maarifləndirmədə ən etibarlı mənbə məhz məktəblərdir  

12:40
15 Dekabr

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub 

12:31
15 Dekabr

Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

12:09
15 Dekabr

Doqquz ayda Azərbaycana xaricdən 850 milyon dollar pul köçürülüb  

12:06
15 Dekabr

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb  

11:29
15 Dekabr

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb  

11:27
15 Dekabr

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək VİDEO  

11:18
15 Dekabr

Dünya bazarında qızıl 42 dollar bahalaşıb

11:16
15 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:14
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!