10 İyun 2026 13:47
321
DÜNYA
A- A+
Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir


Dünyada Azərbaycandan da zəngin neft və qaz ehtiyatlarına malik olan ölkələr var. Lakin onların istər iqtisadi, istərsə də siyasi vəziyyətləri heç də ürəkaçan deyil. Bəziləri silahlı münaqişəyə cəlb olunub, digərləri daxili siyasi mübarizə girdabına bataraq sərvətə nəzarəti ələ keçirmək üçün sabitliyi pozurlar. Üçüncülər isə ümumiyyətlə öz təbii ehtiyatlarını hasil edib bazara çıxarmaq hüququndan məhrum ediliblər. Bütün bunların fonunda, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan neft strategiyası Azərbaycanı inkişaf etdirərək bugünkü səviyyəyə gətirib çıxarıb.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandığı 1990-cı illərin əvvəllərində 20 faiz ərazisini itirdi, 1 milyon qaçqın ordusu yarandı, yoxsulluğun həddi 50 faizdən çox idi.

“Neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycana iri investisiyalar yatırıldı. Neft və qaz sənayesinə yatırılan investisiyalar minlərlə iş yerinin açılmasın büdcə gəlirlərinin artmasına və Azərbaycanın dünya bazarına neft və qaz çıxarması ilə müşahidə olundu. Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir. Vaxtı ilə sərmayəyə ehtiyacı olan Azərbaycanın SOCAR kimi neft şirkəti bu gün Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır. Bütün bunları nəzərə alaraq Azərbaycanın paytaxtında Bakı Enerji Həftəsinin, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin, Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisinin keçirilməsi və dünyanın müxtəlif ölkələrindən bu tədbirlərə minlərlə mütəxəssisin, dövlət rəsmisinin, biznes qurumlarının qatılması təsadüfi xarakter daşımır. Azərbaycan neft strategiyasından əldə etdiyi kapitalı səmərəli formada reallaşdırır. Bu gün dünyada cərəyan edən enerji keçidi prosesini yüksək səviyyədə və bir sıra dövlətlərə nümunə olacaq həddə həyata keçirir. Bunun üçün də Azərbaycanın potensialı güclüdür və dövlət bu potensialdan praqmatik siyasətlə faydalanmağa çalışır. Dənizdə külək, quruda Günəş enerjisinin xarici bazarlara çıxarılması istiqamətində işlər aparılır və xarici investisiyalar cəlb olunub. Artıq bəzi regionlarda alternativ enerji istehsal edilərək enerji dövriyyəsinə buraxılıb ki, bu da Azərbaycanın enerji sahəsində qazandığı uğurlardan xəbər verir”, - deyə akademik əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qaraqayada Sahib zirvəsi

08:55
15 İyul

Sözünə əməl etdi - Vətənə layiqli əsgər oldu

08:50
15 İyul

Elmə və iqtisadi tərəqqiyə həsr edilən ömür

08:45
15 İyul

Azərbaycan-Slovakiya münasibətlərinin təməli - qarşılıqlı maraqlara xidmət edən iqtisadi əməkdaşlıq

08:43
15 İyul

57 illik tarixin bir məqamı

08:40
15 İyul

Mənəvi qayıdışdan Böyük qayıdışa

08:35
15 İyul

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatında mühüm iştirakçıdır

08:30
15 İyul

Siyasi fikir, diplomatik dialoq və qlobal media mərkəzi

08:25
15 İyul

Azərbaycanın gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən platforma

08:20
15 İyul

Quruculuq və təhlükəsizliyin vəhdəti regionda davamlı sülhün yaranmasına təminatdır

08:15
15 İyul

Azərbaycan və Slovakiya arasında münasibətlər qarşılıqlı etimad üzərində qurulub

08:10
15 İyul

Parlamentin növbədənkənar sessiyası başa çatdı

08:05
15 İyul

XXI əsrin çağırışlarına Şuşadan verilən cavab

08:00
15 İyul

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

18:14
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!