Yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir qədər aşağı olacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir qədər aşağı olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı gözlənilir.
Birinci ongünlükdə havanın temperaturunun iqlim normasına yaxın, ikinci və üçüncü ongünlüyün bəzi günlərində isə temperaturun normadan bir qədər aşağı olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun müsbət 2-5 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Havanın temperaturu gecələr müsbət 1-3 dərəcə, ayrı-ayrı günlərdə 2-7 dərəcə şaxta, gündüzlər müsbət 5-10 dərəcə, birinci ongünlüyün birinci yarısında müsbət 12 dərəcəyədək bəzi günlərdə isə 2 dərəcə şaxtadan müsbət 3 dərəcəyədək olacaqdır. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 18-28 millimetr) bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun müsbət 2-6 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr havanın temperaturu 8-13 dərəcə şaxta, ayrı-ayrı günlərdə 20-25 dərəcə şaxta, gündüzlər 3 dərəcə şaxtadan müsbət 2 dərəcəyədək isti bəzi günlərdə 5-10 dərəcə şaxta olacaqdır. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 14-25 millimetr) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperaturun 1-4 dərəcə şaxta olacağı gözlənilir ki, iqlim normasına yaxın və bir qədər aşağıdır. Havanın temperaturu gecələr 3-8 dərəcə şaxta, bəzi günlərdə 15-20 dərəcə şaxta təşkil edəcəkdir. Gündüzlər 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-8 dərəcə şaxta olacaqdır. Aylıq yağıntı miqdarı iqlim normasına yaxın, (norma 16-24 millimetr) bəzi yerlərdə normadan bir qədər çox olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda aylıq temperaturun 2 dərəcə şaxtadan müsbət 3 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Havanın gecələr 2-4 dərəcə şaxta, bəzi günlərdə 8-13 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər müsbət 2-7 dərəcə, bəzi günlərdə 3-7 dərəcə şaxta olacaqdır. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 10-32 millimetr) bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperaturun 0-4 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Havanın temperaturunun gecələr 2-7 dərəcə şaxta, bəzi günlərdə 15-20 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər müsbət 1-6 dərəcə, bəzi günlərdə 3-8 dərəcə şaxta olacaqdır. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 22-49 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında temperaturun 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr havanın 3 dərəcə şaxtadan müsbət 2 dərəcəyədək, bəzi günlərdə 5-10 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər müsbət 6-11 dərəcə, bəzi günlərdə 0-4 dərəcə şaxta olacaqdır. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 17-30 millimetr) bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında temperaturun müsbət 0-2 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Havanın gecələr 4 dərəcə şaxtadan müsbət 1 dərəcəyədək, bəzi günlərdə 6-9 dərəcə şaxta gündüzlər müsbət 5-10 dərəcə, bəzi günlərdə 0-4 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 63-98 millimetr) bəzi yerlərdə bir qədər çox olacağı ehtimal vardır.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!