Xoşbəxt olmağın doqquz qaydası
Tədqiqatçı-alimlərin gəldikləri qənaətə görə, xoşbəxtliyə can atmaq insanın genetikasında kodlaşdırılıb və bu amil 50 faiz irsi xüsusiyyətlərdən asılıdır. İnsanın özünü xoşbəxt hiss etməsi ətraf mühitlə də bağlıdır - amma kənar amillərin buna təsir gücü 10 faizdən ibarətdir. Qalan 40 faiz isə bilavasitə fərdin özündən, şəxsi xüsusiyyətlərindən asılıdır.
"The Times of India" nəşri "Necə xoşbəxt olmalı" kitabına istinadən xoşbəxtliyin 9 sadə qaydasını oxucuları ilə bölüşüb. Tövsiyələr də təkcə xoşbəxtlik hissinin yaranmasına deyil, həm də insanların sağlamlığının möhkəmlənməsinə xidmət edəcək qəbildəndir.
İlk növbədə kitab müəllifi xoşbəxtlik mənbəyini kənarda axtarmamağı məsləhət görür. Kənarda xoşbəxtlik axtarışı insanın daxili rahatlığını pozur. Belə halda insanlar öz daxili aləmlərində xoş emosiyalar doğuran dəyər və kriteriyalara fokuslanaraq hisslərini cilovlamağa çalışmalıdırlar.
Xoşbəxtlik açarlarından biri də "pis" yaddaşdır - yəni kin-küdurətdən uzaq olmaqdır. Doğrudur, incikliyi unutmaq, təqsirkarı bağışlamaq heç də asan başa gəlmir, ancaq qəzəb və kin insan üçün daha təhlükəlidir.
Növbəti tövsiyə sağlam həyat tərzi ilə bağlıdır. İnsanlara sağlam qida ilə bəslənmək, müntəzəm idmanla məşğul olmaq, həmçinin doyunca yatmaq məsləhət görülür. Belə həyat tərzi müsbət emosiyalar yaratmaqla bərabər zehni qabiliyyəti və əmək məhsuldarlığını yüksəldir. Normal yuxu xoş anların yadda qalmasına, neqativ hallarınsa unudulmasına kömək edir.
Xoş ovqatın bir mənbəyi də dost-tanışla, yaxın insanlarla ünsiyyətdir. Müəllif həqiqətən də dəyərli olan şəxslərə vaxt ayırmağın vacibliyinə, səthi tanışlıq zəminində qurulan ünsiyyətin faydasızlığına, bəzən isə zərərli olmasına diqqət çəkir. İkinci hal sevinc hissinə mənfi təsir də göstərə bilər.
Beşinci məsləhət: özünüzü ətrafdakılarla müqayisə etməyə çalışmayın. Bu sizi daha xoşbəxt etməyəcək, əksinə, müqayisə özünüzdən və həyatdan narazılıq hissini gücləndirəcək. Unutmayın ki, hər bir fərd unikaldır və başqasının zəifliyi sizin üstünlüyünüz ola bilər.
Növbəti postulatda insanın özünə həddən ziyadə aludə olmasının zərərindən bəhs edilir və bundan imtinaya çağrı var. Başqalarına yaxşılıq etmək, xeyirxahlıq hissi insanın əhval-ruhiyyəsini daha da yüksəldir, məmnuniyyət duyğularını gücləndirir.
Yeddinci qayda: keçmişdən dərs alın, nəticə çıxarın, amma orada "ilişib" qalmayın - gələcəyə köklənib bugünlə yaşayın.
Gəlinən qənaətə görə, minnətdarlıq hissi də insanın xoşbəxtlik halını gücləndirir. Həyata, taleyinizə bunları yaşadığınız üçün minnətdar ola biləcəyiniz bir neçə xoş hadisəni hər gün qeydə alın - bu, sizə minnətdar olmağı öyrədə bilər. Tədqiqatlar da onu göstərir ki, belə insanlar həyatdan daha çox məmnun olurlar və depressiyaya az düşürlər.
Nəhayət sonuncusu - qorxmayın! Nə isə baş verəcəyindən, yaxud verməyəcəyindən çəkinmək insana xas xüsusiyyətdir. Amma xoşbəxt insanlar öz arzularının reallaşması üçün ilk inamlı addımı atmağa cəsarət edirlər. Hər nə arzu etməyinizdən asılı olmayaraq, onun öz-özünə baş verəcəyini gözləməyin - ona doğru cəsarətlə hərəkətə keçin.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!