18 May 2021 00:38
4002
Mədəniyyət
A- A+
“Xarıbülbül” festivalı xoş günlərin müjdəsidir

“Xarıbülbül” festivalı xoş günlərin müjdəsidir

 

Qədim Şuşanın daha bir həsrətinə son qoyuldu. Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı olan bu gözəl şəhər “Xarıbülbül” musiqi festivalına evsahibliyi etdi. İyirmi doqquz  ildən sonra qədim mədəniyyət beşiyi olan Şuşa yenə öz doğmalarını, qonaqlarını qarşıladı...

 

Bənzərsiz Şuşanın gülü - xarıbülbül...

 

Şuşanın özü qədər hüsnünü bəzəyən dağları, çəmənləri, çiçəkləri də əsrarəngizdir. Şuşanın rəmzi sayılan xarıbülbül gülünün dünyanın heç yerində oxşarı yoxdur. Bu möcüzə gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrındakı gül al-qırmızı rəngə boyanıb.

Tarixboyu yolu Qarabağa düşənlər, Şuşaya qonaq gələnlər xarıbülbülü görməyə can atıblar. Onu böyük heyranlıqla seyr ediblər. Bu gülün eşqi ilə şeirlər yazılıb, nəğmələr qoşulub. Xarıbülbülün şəninə festivalar təşkil edilib. Burada keçirilən konsertləri ölkəmizin böyük sənətkarları öz ifaları ilə rövnəqləndiriblər.

Elə 1980-ci illərin sonundan keçirilməyə başlanan beynəlxalq musiqi festivalı da xarıbülbülün adı ilə adlandırılıb.

 

Şuşada ilk “Xarıbülbül” musiqi festivalı...

 

Şuşa şəhərində “Xarıbülbül” beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb.

Festivala hazırlıq 1989-cu ilin əvvəlində başlayıb. Tədbir həmin ilin mayında, Şuşada xarıbülbülün çiçəklənmə dövründə düzənlənib. 1989-cu ilin festivalında yerli ifaçılarla yanaşı, Qırğızıstan, Qazaxıstan, Başqırdıstan, Litva və Belarusdan da musiqi qrupları iştirak edib. Ümumilikdə festivala 100-ə yaxın insan qatılıb. Cıdır düzü meydançasında tikilən 7 məkanda konsertlər düzənlənib. “Qarabağ şikəstəsi” muğamı açılan festivalın ilk günündə bayram əhvali-ruhiyyəsi yaşanıb. 12-15 yaşlarında olan ifaçıların oxuduqları muğam hər kəsi heyran edib. Həmin gün Qarabağ atlarının da yarışları olub. Festival çərçivəsində Şuşada güləş yarışları keçirilib.

 

Beynəlxalq statuslu festival

 

1990-cı ildə “Xarıbülbül” musiqi festivalı beynəlxalq status alıb. Sonrakı illərdə tədbir Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, Hollandiya, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin və SSRİ-nin müttəfiq  respublikalarının iştirakı ilə keçirilib.

Beynəlxalq status daşıyan festival yalnız Azərbaycanda deyil, SSRİ-də mühüm mədəniyyət tədbirlərindən biri sayılıb.

Üçüncü festival 1991-ci ildə düzənlənib. Bu tədbirə 25 ölkədən təxminən 300 nəfər qatılıb. Festivalın qərargahı iştirakçıların Qarabağa getdiyi Mingəçevir şəhərində idi. Tamaşaçılar o qədər  çox olub ki, festival çərçivəsində konsertlər stadionlarda keçirilib.

1990-1991-ci il final konsertləri Bakıdakı Respublika Sarayında düzənlənib.

Dördüncü festival 1992-ci ildə mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən böyüyü olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Ancaq işğalçı ermənilərin xəyanətkarlığı, məkri çox gözəl işlərimizi yarımçıq qoydu. “Xarıbülbül” musiqi festivalını da o il Şuşada təşkil etmək mümkün olmadı. Qarabağı odlara bürüyən erməni qəsbkarları Şuşa şəhərini mayın 8-də işğal etdilər.

Festival yalnız qısa müddətdə Ağdam şəhərində, İmarətdə keçirildi. Həmin festivaldakı çıxışlar arasında Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin “Qızıl Fond”unda saxlanılan “Sona bülbüllər” mahnısı xüsisilə diqqət çəkdi.

 

Azadlığına qovuşan Şuşa

 

Erməni silahlı qüvvələri tərəfindən ələ keçirilən digər ərəzilərimiz kimi, Şuşa şəhəri də uzun illər tarixinin ən ağır günlərini yaşadı. Yağı düşmən bu gözəl və qədim şəhəri talan etdi,  dağıntılara məruz qoydu.

Nəhayət, Azərbaycan xalqının həsrətlə gözlədiyi gün gəldi. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq düşməni işğal altında saxladıqları ərazilərimizdən qovdular.

Müzəffər ordumuz noyabrın 8-də Azərbaycanın Şuşa şəhərini erməni işğalçılarından azad etdi.

Qəsbkar ermənilərin on illər boyu vurduğu yaraları sağaltmaq, Qarabağı işğaldan əvvəlki gözəl çağlarına qaytarmaq üçün indi Azərbaycan dövləti, Azərbaycan xalqı böyük işlər görməkdədir.

2021-ci ilin yanvarında Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla videogörüşdə Şuşada yenidən “Xarıbülbül” festivalının keçirilməsinin vacibliyini bildirdi, bu folklor festivalının ənənəsinin yaxın vaxtlarda yenidən keçirilməsinin zəruriliyini qeyd etdi.

Dövlət başçısı 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etdi. Bu sərəncamla “Vaqif poeziya günləri” və “Xarıbülbül” festivalı da bərpa olundu.

Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra, 2021-ci il mayın 12-si və 13-də ilk dəfə “Xarıbülbül” festivalı düzənləndi.

Tədbirdə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivləri çıxış etdilər, xalq və klassik musiqi nümunələrindən ibarət proqram təqdim olundu.

Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, eləcə də Şuşadan olan tanınmış şəxslər var idi.

“Xarıbülbül” musiqi festivalı Prezident İlham Əliyevin çıxışı ilə başladı. Bu günü ölkəmizin tarixində əlamətdar gün kimi dəyərləndirən dövlət başçısı uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalının keçirilməsi münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik etdi. Vurğuladı ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. Dövlət başçısı dedi: “Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir”.

Prezident İlham Əliyev xatırlatdı ki, 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Dövlət başçısı, bir daha şanlı tariximizdən söz açdı: “Azərbaycan tam qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu qələbəni şərtləndirdik. 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın - alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır”.

Festivalda Azərbaycan xalqı bir daha bütün dünyaya öz birliyini nümayiş etdirdi. Tədbirin ilk günü Azərbaycanda yaşayan xalqların folklor ansambllarının çıxışları oldu. Sənətçiləri səhnədə Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Rəqs Ansamblının musiqiçiləri müşayiət etdi. Festivalın ikinci günü sənətçilərin Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti ilə çıxışları oldu.

Festival mayın 13-də qala-konsertlə başa çatdı.

 

Şuşanın gözəl günləri hələ qabaqdadır…

 

Ancaq bu hələ başlanğıcdır. Bundan sonra Azərbaycanda bayram bayrama qarışacaq. Qədim odlar yurdunun növrağı hələ qabaqdadır. “Xarıbülbül” musiqi festivalı o xoş günlərin müjdəsidir.

Prezident İlham Əliyev çıxışında bəyan etdi ki, bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsinə artıq başlanılıb: “Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz - burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik”.

Prezident İlham Əliyev açıqladı ki, biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək.

Dövlət başçısı çıxışında da bir bayramın keçiriləcəyi barədə xoş xəbər verdi: “Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik”.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!