09 Mart 2026 16:09
238
CƏMİYYƏT
A- A+
Xankəndidə xanım sahibkarlar üçün yeni biznes imkanları və dövlət güzəştləri təqdim olunub  

Xankəndidə xanım sahibkarlar üçün yeni biznes imkanları və dövlət güzəştləri təqdim olunub  


Xankəndi şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ölkənin 20-yə yaxın müxtəlif regionundan olan xanım sahibkarların iştirakı ilə “Qarabağda regional xanımların gücü” adlı sərgi-tədbir keçirilib. Qarabağ Təlim Mərkəzi (“Karabakh Training Center”) tərəfindən təşkil olunan sərginin əsas məqsədi regionlarda fəaliyyət göstərən xanım sahibkarlara dəstək olmaq, onların biznesini Qarabağda tanıtmaq və azad edilmiş ərazilərdə yeni biznes imkanlarını stimullaşdırmaqdır.

AZƏRTAC xəbər verir ki, sərgidə Xankəndi, Şuşa, Xocalı, Ağdam, Naxçıvan, Gəncə, Lənkəran, Tovuz, Quba, Mingəçevir, Masallı, Qəbələ, Qax, Bərdə, Şəki və Ağsu regionlarından olan xanım sahibkarlar iştirak ediblər. İştirakçılar öz regionlarının milli mətbəxini, tarixi atributlarını nümayiş etdirməklə yanaşı, öz biznes məhsullarının satış və təqdimat sərgisini həyata keçiriblər.

Tədbirin rəsmi açılış hissəsində Qarabağ Ərazi Vergi İdarəsi, KOBİA və Dövlət Məşğulluq Agentliyinin nümayəndələri iştirak edərək, xanım sahibkarlarla birbaşa dialoq qurublar. Sahibkarlara işğaldan azad olunmuş torpaqlarda tətbiq edilən dövlət güzəştləri, vergi azad olunmaları və digər dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, Xankəndi Ticarət Mərkəzinin rəhbərliyi tədbirdə iştirak edən bütün xanım sahibkarlara mərkəzdə obyekt icarəyə götürmək üçün xüsusi güzəştlərin tətbiq ediləcəyi barədə müjdə verərək, onlara Qarabağda öz bizneslərini qurmaq üçün real imkanlar təklif edib.

Qarabağ Təlim Mərkəzinin təsisçisi və direktoru Aytən Məmmədova tədbirdə çıxış edərək deyib: “Qarabağ Təlim Mərkəzinin əsas hədəfi işğaldan azad olunmuş ərazilərin iqtisadi dirçəlişinə və bu regionda dayanıqlı inkişafa töhfə verməkdir. Biz bu məqsədlə gənclər və tələbələr üçün “Startup school Karabakh” və “Gələcəyə körpü Qarabağ” kimi bir sıra mühüm layihələr həyata keçiririk. Bugünkü sərgi isə xanım sahibkarlarımızın potensialını Qarabağa köçürmək, onların regionlararası işgüzar əlaqələrini gücləndirmək üçün mühüm platformadır.”

Tədbirin tərəfdaşlarından olan “Carlsberg Azerbaijan” şirkətinin Korporariv Ünsiyyətlər Departamentinin direktoru Lalə Əfəndi isə qadın sahibkarlar üçün Qarabağda yaradılan imkandan məmnunluğunu bildirib: “Sevindirici haldır ki, Qarabağın dirçəlməsində və dayanıqlı inkişafında qadın sahibkarların da payı olacaq. Burada yaradılan şərait və güzəşt imkanları da bu işə dəstəyi artırır. Azərbaycan qadınının zərif toxunuşu ilə bölgənin çiçəklənməsi sürətlənəcəyinə əminəm. Carlsberg Azerbaijan olaraq bu layihəyə dəstək olmaqdan qürur duyuruq”.

Tədbirin tərəfdaşları qismində “Carlsberg Azerbaijan” və “Karabakh Eco Tour”, sponsorları qismində isə “Qranit” şirkəti, “Kübar” restoranı və “CAHAN Hotel” çıxış edirlər.

Qeyd edək ki, Qarabağ Təlim Mərkəzi regionun intellektual potensialının artırılması və peşəkar kadr hazırlığı məqsədilə 2025-ci ildən etibarən fəaliyyət göstərir. Mərkəzin əsas fəaliyyət istiqaməti müasir əmək bazarının tələblərinə uyğun olaraq müxtəlif sahələr üzrə ixtisasartırma kurslarının, şəxsi inkişaf proqramlarının və korporativ təlimlərin təşkilidir. Yüksək ixtisaslı mütəxəssisləri və innovativ tədris metodikalarını bir araya gətirən mərkəz, həm fərdi şəxslərin, həm də qurumların rəqabətədavamlılığının təmin edilməsinə xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:50
09 Mart

Bakı-Naxçıvan-Bakı təyyarə reysləri bərpa edilib

19:10
09 Mart

ABŞ “Müsəlman qardaşları”nın Sudan qolunu terror təşkilatı elan edib

19:08
09 Mart

Zelenski: Ukrayna İranla qonşu olan, həmçinin ABŞ və Avropa ölkələrindən köməklə bağlı 11 sorğu alıb  

18:57
09 Mart

Rubio: ABŞ İranın qonşularını raketlərlə təhdid etmək qabiliyyətini məhv etmək yolunda qətiyyətlə irəliləyir  

18:47
09 Mart

Daha 7 Meksika diplomatı və onların ailə üzvləri Azərbaycan ərazisinə keçib - İrandan təxliyə  

18:33
09 Mart

Qazaxıstanda kafedə baş verən partlayışda ölənlərin sayı 11-ə çatıb

18:17
09 Mart

Portuqaliyanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib

17:01
09 Mart

Prezident İlham Əliyev Ayətullah Seyid Müctəba Hüseyni Xameneini İranın Ali Rəhbəri seçilməsi münasibətilə təbrik edib  

16:57
09 Mart

Rumıniyanın xarici işlər naziri Naxçıvana edilən dron hücumunu pisləyib  

16:53
09 Mart

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei həzrətlərinə  

16:52
09 Mart

Vladimir Putin İranın yeni ali rəhbərini təbrik edib

16:46
09 Mart

Müdafiə Nazirliyi: Türkiyəyə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik 

16:38
09 Mart

Polşalı diplomatlar İran ərazisindən Azərbaycana təxliyə olunublar 

16:29
09 Mart

Somali İran tərəfindən Azərbaycana qarşı dron hücumlarını qətiyyətlə pisləyib

16:21
09 Mart

Xankəndidə xanım sahibkarlar üçün yeni biznes imkanları və dövlət güzəştləri təqdim olunub  

16:09
09 Mart

Ceyhun Bayramovun Birləşmiş Krallığın dövlət naziri ilə telefon danışığı olub

15:29
09 Mart

Yohan David Vadeful Almaniya vətəndaşlarının İrandan təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib  

15:07
09 Mart

Gürcüstanın valyuta ehtiyatları 6,65 milyard dollara çatıb  

14:51
09 Mart

Sabahdan DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq

14:41
09 Mart

Türkiyə Şimali Kiprdə 6 ədəd qırıcı təyyarə və hava hücumundan müdafiə sistemləri yerləşdirib

14:01
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!