18 May 2025 09:35
1154
Mədəniyyət
A- A+
"Xalq Əmanəti" layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub

"Xalq Əmanəti" layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub


Xalq Bank "Xalq Əmanəti" layihəsi çərçivəsində 25-ci kitabını təqdim edir. Bu nəşr Cənubi Azərbaycan poeziyasına həsr olunub. 

Kitabda Güney Azərbaycanda doğulmuş, müxtəlif ədəbi təmayül və cərəyanları təmsil edən, XX əsrin əvvəllərindən günümüzə qədərki dövrdə yazıb-yaratmış 50 azərbaycanlı şairin fərqli mövzularda və janrlarda qələmə aldıqları seçmə şeir və poemaları, eləcə də qəzəlləri toplanıb. Müəlliflərin sırasında adını Azərbaycan ədəbiyyatı tarixinə yazmış böyük şairlərimizlə yanaşı, çağdaş dövrün istedadlı gənc ədiblərinin də isimləri vardır. XX-XXI  əsrlərdə bütöv Azərbaycanın ədəbi mənzərəsini görmək üçün vasitə olaraq ərsəyə gələn "Güney Azərbaycan poeziyası. Seçmələr" kitabı həm də keşməkeşli tariximizi əks etdirir.

"Xalq Əmanəti" layihəsi ASC "Xalq" Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar Azərbaycan, ingilis və rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Bu günədək xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Cahid Camal, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və Hökumə Billurinin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı, "Aşıq ədəbiyyatı antologiyası" üçcildliyi, həmçinin dünyaşöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində bütün əsərləri işıq üzü görüb. 


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Kuboku: Mövsümdə ilk, tarixdə 35-ci

15:12
06 Mart

Mixay Popşoi Azərbaycan şirkətlərini Moldovaya investisiya qoymağa çağırıb

15:11
06 Mart

Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki baş konsulluğunun evakuasiyası barədə göstəriş verilib 

15:10
06 Mart

Mixay Popşoi: Naxçıvan Muxtar Respublikasına dron hücumlarını qəti şəkildə pisləyirik

15:10
06 Mart

Azərbaycanın Baş naziri ilə Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub

15:09
06 Mart

Ceyhun Bayramov: İran tərəfi məsələnin araşdırılmasına vəd verib 

15:09
06 Mart

Ceyhun Bayramov: Azərbaycanda moldovalı tələbələrin təhsili əməkdaşlığın vacib istiqamətidir 

15:08
06 Mart

Nazir: İstehsal olunan yaşıl enerjinin Avropaya çatdırılması mühüm əhəmiyyət kəsb edir

15:08
06 Mart

Moldovanın Baş nazirinin müavini Şəhidlər xiyabanını ziyarət edib  

15:07
06 Mart

Xarici işlər naziri: Moldova ilə enerji sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur 

15:06
06 Mart

Ceyhun Bayramov: Azərbaycanla Moldova arasında səmimi münasibətlər mövcuddur

15:06
06 Mart

Moldovanın Baş nazirinin müavini Zəfər parkını ziyarət edib

15:00
06 Mart

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib  

14:58
06 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

14:56
06 Mart

Ceyhun Bayramov moldovalı həmkarını Naxçıvana edilən dron hücumları barədə məlumatlandırıb  

14:55
06 Mart

Sabah bəzi yerlərdə hava yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq  

14:54
06 Mart

Azərbaycan və Türkmənistan arasında atçılıq idmanı sahəsində əməkdaşlıq memorandumu imzalanıb  

14:54
06 Mart

Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub  

14:48
06 Mart

Fərhad Hacıyev: 1111 nəfər “Yüksəliş” müsabiqəsinin ötən beş mövsümündə təkrar iştirak edib 

14:46
06 Mart

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub  

14:45
06 Mart

Qazax rəsmən Azərbaycanın “İdman Paytaxtı” oldu  

14:42
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!