Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Leytenant Qabil Əbdüləli oğlu Orucəliyev 1991-ci il sentyabrın 15-də Naxçıvan şəhərində dünyaya gəlib. Uşaqlıq illəri həmin şəhərin Xıncov məhəlləsində keçib. Həyatın əbədi ayrılıq üzünü ilk dəfə atasının itkisi ilə görüb. Onda Qabilin on dörd yaşı olub. Dərd ağır gəlsə də, tablaşmağa çalışıb.
Arzusu, məqsədi vardı. Hərbçi olacaqdı. 2006-cı ildə arzusu yolunda ilk addımı atdı. Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olundu. 2009-cu ildə liseyi bitirdi. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. 2013-cü ildə Ali Hərbi Məktəbi leytenant rütbəsi ilə başa vurdu. Gənc zabit hərb sənətinin sirlərinə daha dərindən yiyələnmək məqsədilə 2013-2014-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursu keçdi.
Xidməti vəzifəsini yerinə yetirmək üçün 2014-cü ildə Naftalan şəhərində yerləşən "N" saylı hərbi hissəyə getdi. Bir neçə ay xidmət edəndən sonra ön cəbhəyə göndərildi. Tərtərin Borsulu kəndi istiqamətində post komandiri olaraq xidmət göstərdi.
Vətənini canlarından çox sevən oğullar - Qabil Orucəliyev və silahdaşları düşmənlə üz-üzə dayanmışdılar. Onlar rəşadətlə Azərbaycan Ordusunun mövqelərini Ermənistan silahlı qüvvələrinin hücumlarından qoruyur, işğal altında qalmış torpaqlarımızın azad ediləcəyi günlərin arzusu ilə yaşayırdılar.
İntizamlı, uğurlu hərbi xidmətinə görə motoatıcı tağımın komandiri Qabil Orucəliyev yüksək mükafatlara layiq görülürdü. Qabil həm də canıyanan övlad, mehriban, vəfalı həyat yoldaşı idi. Orta məktəbdə sevib-seçdiyi qızla 2015-ci ilin iyununda ailə qurmuşdu. Həyəcanla ilk övladının dünyaya gəlişini gözləyirdi.
2016-cı il martın 29-da gecə saatlarında oğlu dünyaya gəldi. Qabil Orucəliyev xidmətdə olduğu üçün övladının üzünü görə bilmirdi. Ancaq aşıb-daşan sevincini hərbçi yoldaşları, silahdaşları, dostları ilə bölüşürdü. Zəng edən doğmaları, yaxınları da gənc ataya gözaydınlığı verirdilər. Qabil övladının üzünü görməyin həsrətindəydi...
Aprelin 1-də telefonda anası ilə danışıb. Deyib ki, mən nə zaman gələcəyimi bilmirəm. Övladına atasının adını qoymalarını tapşırıb. Həmin gecə - 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində şiddətli döyüşlər başlayıb.
Həmin vaxt igid əsgər və zabitlərimiz düşmənin amansız hücumlarının qarşısını qətiyyətlə alır, ağır zərbələr endirirdilər. Aprel döyüşlərində işğalçı Ermənistanın silahlı qüvvələri leytenant Qabil Orucəliyev kimi cəsur oğulların vətənə olan məhəbbəti, qəhrəmanlığı sayəsində məkrli planlarını həyata keçirə bilmədi. İşğalçıların niyyəti bu dəfə gözlərində qaldı. Düşmən əks-həmlə ilə geri otuzduruldu.
2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı ağır döyüşdə iyirmi dörd yaşlı leytenant Qabil Orucəliyev yaxın dostları MAXE Adil Adilzadə və baş leytenant Cavid Dədəkişiyevlə birlikdə şəhid oldu.
Qabil Orucəliyev dünyaya göz açdığı Naxçıvan şəhərində son mənzilə yola salındı. Şəhidin dəfn mərasimində minlərlə şəhər sakini, eləcə də qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri iştirak etdi.
Qabil Orucəliyev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif edildi.
Şəhid leytenant bu həyatdan yeganə övladını bağrına basmadan getdi. Qabil istəyirdi ki, övladına atasının adını qoysun. Amma o, şəhid olduqdan sonra adını balasına verdilər. İndi Orucəliyevlər ocağında Qabil Qabil oğlu Orucəliyev adlı bir igid böyüyür.
Şəhidlərimizin Vətən torpaqlarını Ermənistan silahlı qüvvələrinin işğalından azad etmək arzuları həyata keçdi. Müzəffər Azərbaycan Ordusu 2020-ci ilin payızında qırx dörd günlük İkinci Qarabağ müharibəsində otuz ilə yaxın düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzur ərazilərini azad etdi. 2023-cü ilin sentyabrında aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində isə Azərbaycanın suverenliyi tam bərpa olundu.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1812 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun Xəzər Dəniz Neft Donanmasına tələb olunan işlənmiş aviatəkərlərin satın alınması məqsədilə müsabiqə elan edir
Ceyms Uorlik: Sülh sazişi ilə bağlı bir çox məsələlərdə irəliləyişin əldə olunmasından çox şadam
İLHAM ƏLİYEV: "Hər bir addımın son məqsədi 20 sentyabr idi" VİDEO
İtaliyalı ekspert: Qarabağda qarşılaşdığımız mənzərə dəhşətlidir
Misli Premyer Liqası: "Qarabağ" derbidə "Neftçi"ni məğlub edib
Ağdam İmarət Kompleksi ziyarətçilər üçün açıqdır
Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunub
SOCAR və BP qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək
BP və SOCAR Xəzər dənizində iki neft yatağı üzrə anlaşma memorandumu imzalayıb
“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı ilə bağlı saziş imzalanıb
Siandan Budapeştə Orta Dəhliz vasitəsilə konteyner qatarı yola salınıb
Türkiyəli ekspert: “Əsrin müqaviləsi” Bakı üçün meqalayihələrin başlanmasında mühüm rol oynayıb
Səudiyyə İnkişaf Fondu ilə investisiya sahəsində yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub
DGK sədri Qobustanda vətəndaşlarla görüşüb
Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Şamaxıda vətəndaşların icbari tibbi sığorta ilə bağlı müraciətləri dinlənilib
Fransada polis zorakılığı: Peruəsilli şəxsi bölmədə döyüblər
Laçın 2025-ci ildə MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının növbəti Forumuna ev sahibliyi edəcək
Firudin Qurbanov Yevlax şəhəri Tofiq İsmayılov adına Kövər kənd tam orta məktəbin kollektivi ilə görüşüb
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!