09 Dekabr 2025 14:58
322
CƏMİYYƏT
A- A+
Varşavada keçirilmiş beynəlxalq xeyriyyə tədbirində Polşanın birinci xanımı Azərbaycan stendini ziyarət edib  

Varşavada keçirilmiş beynəlxalq xeyriyyə tədbirində Polşanın birinci xanımı Azərbaycan stendini ziyarət edib  


Azərbaycanın Polşadakı səfirliyi ölkəmizin Polşada akkreditə edilmiş Mərkəzi Avropa Ölkələri üzrə Ticarət Nümayəndəsinin Aparatı və Polşa Azərbaycanlıları Şurası ilə birgə Polşanın birinci xanımı Marta Navrotskanın himayəsi altında “Polşada akkreditə olunmuş Diplomatik Missiya Rəhbərlərinin Xanımları” Assosiasiyası (SHOM) tərəfindən təşkil olunmuş 18-ci xeyriyyə bazarında (Charity Bazaar) ölkəmizi təmsil edib. Tədbirdə Polşada akkreditə olunmuş əksər diplomatik nümayəndəliklər və bu ölkədə fəaliyyət göstərən xeyriyyə təşkilatları iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ziyarətçilərə milli mətbəximizin ləziz təamlarından olan şəkərbura, paxlava, mütəkkə, çudu, qutablar və digər təamlar təqdim olunub. Azərbaycan stendində ölkəmizdə istehsal edilən müxtəlif növ içkilər, şirə və kompotlar, narşərab, mürəbbə və müxtəlif konservlər, çay növləri bazar ziyarətçiləri tərəfindən həvəslə alınıb.

Tədbir çərçivəsində Polşanın birinci xanımı Marta Navrotska stendimizi ziyarət edərək nümayiş olunan məhsullarla tanış olub.

Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova Azərbaycanın zəngin mədəni irsi barədə məlumat verərək sivilizasiyaların kəsişməsində formalaşan mədəni ənənələrimizin qonaqpərvərlik, səxavət və birlik dəyərlərini əks etdirdiyini diqqətə çatdırıb. O, milli stendimiz vasitəsilə sənət və mətbəx nümunələri də daxil olmaqla, bu zəngin mədəni irsimizin bir hissəsinin təqdim edilməsindən məmnunluqla bəhs edib.

Səfir zəngin dadları, müxtəlif inqrediyentləri və zamanla sınaqdan keçirilmiş reseptləri ilə Azərbaycan mətbəxinin mədəniyyətimizin qonaqpərvərliyini təcəssüm etdirdiyini vurğulayaraq nəfis şirniyyatlarımızdan olan paxlava, şəkərbura, habelə mətbəximizdə özünəməxsus yer tutan qutab çeşidləri barədə məlumat verib.

Daha sonra milli folklorumuzun ayrılmaz hissəsi olan rəqslərimiz barədə danışan səfir rəqslərin hər bir xalqın mədəniyyətinin bir hissəsi olduğunu söyləyərək milli rəqslərin xalqın tarixini, adət-ənənəsini, xarakterini özündə ehtiva etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, tədbirdə ifa olunan “Naz eləmə” Azərbaycan mədəniyyətinin cazibəsini, incəliyini və ifadəli ruhunu əks etdirən zərif xalq rəqsidir. Zərif hərəkətlər və melodiya ilə jest arasında oynaq dialoqla xarakterizə olunan bu rəqs milli rəqslərimizə xas olan gözəlliyi, incəliyi və sənətkarlığı nümayiş etdirir.

Sonda N.Qurbanova ənənəvi Azərbaycan mətbəxinin təamlarını dadmaq və Azərbaycanda istehsal olunan müxtəlif növ məhsulları almaq üçün ziyarətçiləri stendimizə dəvət edib, dostluq və həmrəylik ruhunu əks etdirən xeyriyyə bazarına uğurlar arzu edib.

Xeyriyyə bazarının bədii hissəsində Polşada yaşayan Azərbaycan diasporunun nümayəndələrinin, eləcə də polyak gənclərin ifasında “Naz eləmə” rəqsi, “Sarı gəlin” və “Söz olmasaydı” mahnıları səsləndirilib. İfalar ziyarətçilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Tədbirdə, həmçinin Azərbaycanda polyak icmasının nümayəndələrinin sənət əsərləri və əl işləri də nümayiş olunub.

Səfir N.Qurbanova tədbir çərçivəsində Polşanın “TVP3” və “TV Republika” televiziya kanallarına müsahibə verərək izləyicilərə zəngin Azərbaycan mədəniyyəti, o cümlədən UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycan mədəniyyət nümunələri, rəngarəng milli rəqslər, Azərbaycan stendində nümayiş olunan məhsullar barədə məlumat verib.

Azərbaycan stendində, həmçinin ənənəvi çay dəstgahı nümayiş olunub. Armudu stəkanlarda çay, müxtəlif mürəbbə növləri, limon, ləbləbi, milli şirniyyatlarımızdan ibarət çay süfrəsi ziyarətçilərin marağına səbəb olub.

Qeyd edək ki, builki xeyriyyə bazarında 60-dək səfirlik iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah hava əsasən yağmursuz olacaq

13:08
03 Mart

İsrail Sankt-Peterburqdakı baş konsulluğunun fəaliyyətini dayandırıb

13:08
03 Mart

Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsi daha da genişləndiriləcək  

13:07
03 Mart

Şahdağdakı Avropa çempionatında iştirak edəcək ölkələr bəlli olub

13:05
03 Mart

Elektron siqaretlərlə bağlı inzibati məsuliyyət sərtləşdirilir

13:05
03 Mart

Cinayət və Cinayət-Prosessual məcəllələrində dəyişiklik edilir

13:04
03 Mart

“Uşaq hüquqları haqqında” yeni Qanun təsdiqləndi  

13:03
03 Mart

Yaxın Şərq münaqişəsi Avropada qaz qiymətlərinin artmasına səbəb olub

13:02
03 Mart

Azərbaycan və Pakistan XİN başçıları Yaxın Şərqdə artan gərginliyi müzakirə etdilər  

13:02
03 Mart

İlin ilk Ay tutulması başlayıb

12:47
03 Mart

Parlamentdə ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi dinlənilib  

12:34
03 Mart

Qazaxıstan vətəndaşlarının İrandan təxliyəsi üçün bir neçə marşrutdan istifadə edilir  

12:33
03 Mart

DSX: Fevral ayında dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanılıb

12:32
03 Mart

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edib YENİLƏNİB 

12:32
03 Mart

Prezident İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib  

12:29
03 Mart

Ombudsmanın müraciətləri əsasında ötən il 21 məhkum əfv edilib

12:27
03 Mart

Hərbçilərin uşaqlarına ödənilən müavinətlərin yaşayış minimumuna uyğunlaşdırılması təklif olunur 

12:21
03 Mart

Səbinə Əliyeva: Rəqəmsal dövrdə informasiya hüquqları gücləndirilməlidir

12:20
03 Mart

Ombudsman: Ötən il 9 mindən çox şəxs qəbul edilib 

12:19
03 Mart

Astara sərhədində diplomatların təxliyəsi davam edir

12:18
03 Mart

Baş Dövlət Yol Polisi İdarəsi velosipedçilərə müraciət edib 

11:51
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!