07 İyul 2025 14:02
682
İDMAN
A- A+
Vaqif Sadıqov: Dünya çempionatına ev sahibliyi Azərbaycan futbolunun imicinə müsbət təsir göstərə bilər  

Vaqif Sadıqov: Dünya çempionatına ev sahibliyi Azərbaycan futbolunun imicinə müsbət təsir göstərə bilər  

Ölkəmizin Özbəkistanla dünya çempionatının keçirilməsi üçün birgə namizədliyini irəli sürməsi çox sevindirici haldır. Bu addım futbolumuzun inkişafına təkan verəcək, beynəlxalq imicimizə müsbət təsir göstərəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan və Özbəkistanın 2027-ci ildə təşkil olunacaq 20 yaşadək futbolçular arasında dünya çempionatının keçirilməsi üçün birgə namizədliklərini irəli sürməsi ilə bağlı danışarkən deyib.

O, bu yolda görüləcək işlərin çox olduğunu söyləyib: “Yarışı yüksək səviyyədə təşkil etmək üçün infrastruktur baxımından hazır olmalıyıq. Təbii ki, namizədlik FIFA tərəfindən müsbət qarşılandıqdan sonra dövlətimiz müəyyən islahatlar həyata keçirəcək və bütün lazımi tədbirlər görüləcək. Bunun üçün bir qədər vaxt lazım olacaq. Azərbaycan daha əvvəl qadınlar arasında U-17 dünya çempionatı, İslam Həmrəyliyi Oyunları və Avro-2020 kimi beynəlxalq yarışlara ev sahibliyi edib. Yəni, bu barədə təcrübəmiz heç də az deyil. Bakıdakı stadionlar beynəlxalq standartlara cavab verir. Ən əsası, futbolumuzun səviyyəsini artıraraq, bu turnirə ev sahibliyi etməyə layiq olduğumuzu sübut etməliyik”.

Mütəxəssis bildirib ki, turnir ölkəmizdə keçiriləcəyi təqdirdə, regionlardakı stadionlarda yenidənqurma işləri aparılmalıdır: “Sözsüz ki, oyunların sadəcə paytaxtda deyil, bölgələrimizdə də təşkil olunma ehtimalı var. Bunun üçün müasir tələblərə cavab verən stadionların olması şərtdir. Ümumiyyətlə, matçların bir qisminin regionlarda keçirilməsi futbolumuz üçün çox yaxşı olardı. Orada yaşayan gənclərdə motivasiya yaranar, təkcə Bakıda deyil, ölkənin müxtəlif yerlərində futbol sevgisi artar”.

V.Sadıqovun sözlərinə görə, Özbəkistan kimi futbolda xeyli inkişaf edən ölkə ilə əməkdaşlıq Azərbaycanda da bu idman növünə çox şey qazandıracaq: “Bu layihə futbolumuza strateji və struktur baxımından ciddi töhfə verə bilər. Özbəkistan yığma səviyyəsində, xüsusilə, son illərdə mühüm irəliləyişlərə nail olub. AFFA onların strategiyasından faydalana bilər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!