Vaksin insanları virusdan nə vaxta qədər qoruyur?
Ümumdünya Səhiyyə Təşkilatının həftəlik epidemioloji bülletenində dərc olunan məlumata əsasən, ötən həftə dünyada koronavirusa yeni yoluxanların sayı 5,2 milyonu ötüb.
Son həfətdə yoluxma 14 faiz, ölənlərin sayı isə 8 faiz artıb. Məlumatda deyilir ki, qlobal planda ardıcıl olaraq səkkizinci həftədir ki, COVID-19-a yoluxmada artım davam edir. Bu göstərici 2021-ci ilin yanvarında müşahidə olunan ən yüksək həddən yuxarı göstəricidir. Təl-Əviv Universitetində aparılan yeni tədqiqatın nəticələri isə göstərir ki, koronavirusun Britaniya ştammı birinci koronavirus dalğası ilə müqayisədə 45 faiz daha yoluxucudur.
Yeni növ koronavirusun dayanmadan yoluxma zəncirini genişləndirməsinə qarşılıq olaraq dünyada COVID-19 əleyhinə peyvəndləmə işləri də sürətlə davam etdirilir. Mütəxəssislər birmənalı olaraq peyvəndin virusa qarşı ən güclü silah olduğunu vurğulayaraq, hər kəsin ən qısa zamanda vaksinasiyadan keçməsini tövsiyə edirlər.
Digər tərəfdən də artıq peyvənd olunanları düşündürən bir sual ortaya çıxıb: peyvənd insanları koronavirusdan nə vaxta qədər qoruyur? Eyni zamanda getdikcə daha çox yayılmış virus ştammlarına qarşı peyvəndin nə dərəcədə qoruyucu olması da suallar sırasındadır.
Mütəxəssislər peyvəndlərin qoruyuculuğunun müddəti ilə bağlı hələ dəqiq bir vaxt müəyyənləşdirməyin mümkün olmadığını vurğulasalar da, istehsalçılar tərəfindən aparılan klinik sınaqlar peyvəndlərin qoruma müddəti ilə bağlı bəzi məlumatları verir. Belə ki, aprelin 6-da “Moderna” peyvəndi istehsalçılarının “New England Journal of Medicine” elmi jurnalına yazdığı məktubda peyvəndin yüksək səviyyədə qorumasının iki doza peyvənd olan insanlarda 6 aya qədər artdığı bildirilib. Şirkət tərəfindən aparılan araşdırmada iştirak edən ümumilikdə 900 nəfərin 6 ay əvvəl iki doza peyvənd aldığı və yüzdə 90-dan çoxunun COVID-19-a yoluxmadığı ifadə edilib.
Aprelin 1-də “Pfizer” peyvəndinin nümayəndələri “BioNTech” şirkəti ilə əməkdaşlıq edərək istehsal etdikləri bu vaksinin virusdan qoruması ilə əlaqədar açıqlama veriblər. Açıqlamada 46 min insanın məlumatlarının izlənildiyi və peyvəndin qoruma səviyyəsinin vaksinasiyadan 6 ay sonraya qədər 91,3 faiz səviyyəsində olduğu bildirilib. İkinci doza “Pfizer” peyvəndlərinin ağır hallara qarşı qoruyucu təsirinin 6 aydan sonra 95 faz səviyyəsində olduğu qeyd olunub.
Çinin “Sinovac” şirkətinin istehsalı “CoronaVac” peyvəndi ilə bağlı izahatı isə şirkətin icraçı direktoru Yin Veidonq verib. Çinin qabaqcıl qəzetlərindən biri olan “Global Times”ə müsahibə verən Yin, peyvəndin ikinci doza tətbiq edildikdən sonra iki ay ərzində yüzdə 80-90 nisbətində qorumanı təmin etdiyini, ancaq vaksinasiya olan insanlarda antikorların zamanla azaldığını söyləyib: “Hazırda bir tərəfdən 6-cı aydan sonra qoruma nisbətlərinə dair məlumatları təhlil edirik, digər tərəfdən üçüncü doza peyvəndin vurulmasının qoruma səviyyəsini artırıb-artırmayacağı ilə bağlı təcrübələr aparırıq. Yaxın gələcəkdə nəticələri gözləyirik”.
Qeyd edək ki, Çinin “Sinovac Biotech” şirkəti indiyədək 260 milyon doza COVID-19 virusu əleyhinə peyvənd istehsal edərək, sifarişçilərə çatdırıb. “CoronaVac” peyvəndinin Çin, Türkiyə, İndoneziya, Braziliya da daxil olmaqla, 30-dan çox ölkədə tətbiqinə icazə verilib. Yanvarın 18-də Azərbaycanda başlanan COVID-19 virusuna qarşı vaksinasiya prosesində də məhz “Sinovac”ın peyvəndindən istifadə edilir.
Təsirsiz hala gətirilmiş (inaktivləşmiş) bu peyvəndin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Ümumdünya Səhiyyə Təşkilatının Ekspertlər Şurası “Sinovac” şirkətinin istehsalı olan vaksinin təhlükəsiz və effektli olduğunu bildirib.
Rusiya istehsalı olan “Sputnik V” peyvəndi ilə bağlı son açıqlamada isə peyvəndin qorumasının “ömür-boyu” davam edə biləcəyi bildirilib. “Sputnik V” peyvəndi hazırlayan Gamaleya adına Epidemiologiya və Mikrobiologiya Tədqiqat İnstitutunun direktoru Aleksandr Ginzburq ötən həftə Rusiya mətbuatına verdiyi açıqlamada bildirib ki, “Sputnik V” peyvəndinin iki il deyil, bir ömürboyu təsirli olacağına ümid edirəm: “Peyvəndin bir neçə ay və ya bir il yox, ən azı 2 il toxunulmazlıq təmin edəcəyinə ümid edirik. Klinik sınaqlardan əldə etdiyimiz nəticələr bunu təsdiqləyir. Əlbəttə ki, bu sahədəki işimizi davam etdiririk”.
“The Lancet” elmi jurnalında yayımlanan bir məqalədə isə “Sputnik V” peyvəndlərinin orta təsir nisbətinin yüzdə 91,6 faiz olduğu, 60 yaşdan yuxarı insanlardakı təsir nisbətinin isə yüzdə 91,8 fazi olduğu açıqlanıb.
“Vaşinqton Post” qəzetinə danışan ABŞ mütəxəssislərinin fikrinə görə, peyvəndlərin qoruma müddəti insandan-insana dəyişə bilər. Oregon Dövlət Universiteti Qlobal Sağlamlıq Mərkəzinin direktoru Çunxuey Çi daha güclü immun reaksiyası olan insanların daha çox antikor və yaddaş hüceyrəsi istehsal etdiyini bildirib. Amma onu da vurğulayıb ki, ancaq daha güclü immun reaksiyasının olması viruslardan qorunmanın müddətinin daha uzun olacağı anlamına da gəlmir.
Türkiyəli mütəxəssisi, doktor Gülay Okay bildirir ki, peyvəndin effektivliyini azaldan bəzi amillər də var: “Məsələn, immunosupressiv dərman istifadə edən xəstələrə peyvəndin bu dərmanlarla eyni vaxtda tətbiq edilməməsi məsləhətdir. İmmunosupressiv dərmanların peyvənddən ən az 14 gün sonra tətbiq edilməsi tövsiyə olunur. Kimyəvi terapiya alan xərçəng xəstələrində isə peyvənd kimyəvi terapiya bitdikdən ən azı üç ay sonra tətbiq olunmalıdır”.
Mütəxəssislərin də yekdilliklə gəldiyi qənaət odur ki, koronavirus pandemiyasına qarşı ən təsirli qorunma yolu peyvənddir və mütləq hər kəs vaksinasiyadan keçməlidir ki, dünya COVID-19 bəlasından canını qurtarsın.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!