09 May 2025 08:00
2123
SİYASƏT
A- A+
Uzaqgörənliyi ilə fərqlənən lider

Uzaqgörənliyi ilə fərqlənən lider


Heydər Əliyevin iki dəfə respublikanın rəhbəri olduğu 30 ildən artıq dövr Azərbaycanın çoxəsrlik tarixində böyük bir müddət deyil. Lakin bu dövr dövlətçiliyimizin və xalqımızın mənlik şüurunun formalaşmasında tarixi bir mərhələ təşkil etmişdir. 

Heydər Əliyev hakimiyyətə birinci gəlişi illərində iqtisadiyyatın bütün sahələrində köklü dəyişikliklər apardı. Kənd təsərrüfatı, yüngül və yeyinti sənayeləri, digər sahələr sürətlə inkişaf etdi, mühüm sosial dəyişikliklər həyata keçirildi, insanların güzəranı yaxşılaşdı. 

1969-1982-ci illər xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, cəmiyyətdə yeni dünya baxışının yaranması, insanların öz qüvvə və imkanlarını dərk etməsi dövrünə çevrildi. İnsanlar naqislik kompleksi hissinə yaxın olan bir vəziyyətdən xilas oldu, özlərini daha inamlı hiss etməyə başladı, dəyərlər yüksəldi.

Heydər Əliyevin hakimiyyətə ikinci gəlişi isə Azərbaycanın müasir tarixində ən faciəli dövrdə - 1993-cü ildə baş vermişdi. Ölkədə vəziyyət günbəgün pisləşir, hakimiyyət iflic vəziyyətə düşürdü. Partiyalar, ictimai-siyasi hərəkatlar, nəhayət, bəzi imkanlı adamlar silahlı qruplar və qanunsuz silahlı birləşmələr yaradırdılar. Kriminal düşüncəli adamlar ağsaqqallıq etmək, dövlət orqanlarında rəhbər olmaq iddiasına düşür və hətta buna nail olurdular.

Azərbaycan müharibəni açıq-aşkar uduzurdu. Erməni silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin ələ keçirilməsi hamını çaşqın vəziyyətə salmışdı. Cəmiyyətdə müdafiəsizlik və yaşayışın mümkünsüzlüyü ovqatı kütləvi xarakter almışdı. Belə bir vəziyyətdə ölkənin Prezidenti dönə-dönə Heydər Əliyevə müraciət edərək Bakıya gəlməsini xahiş etdi. 

15 iyul 1993-cü ildə Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi, bir neçə gündən sonra isə prezident Bakını tərk etdiyinə görə Milli Məclisin qərarına uyğun olaraq, hakimiyyəti bütünlüklə öz öhdəsinə götürdü. 

Bununla da Azərbaycan tarixində Heydər Əliyev zəmanəsinin ən dinamik, gərgin və səmərəli dövrü başladı. Heydər Əliyevin nəhəng səyləri nəticəsində artıq başlanmış vətəndaş müharibəsinin alovları söndürüldü. Lənkəranda və Gəncədə tabelikdən çıxmış silahlı birləşmələr tərk-silah edildi. 

Bundan sonra döyüş qabiliyyətinə malik ordu yaradılır və onun döyüş qüdrəti sayəsində atəşkəs sazişinin bağlanması mümkün olur.

Xəzər dənizinin neft və qaz ehtiyatlarının işlənməsi, yeni tranzit xətlərin çəkilməsi, böyük İpək yolunun bərpası və s. bu kimi layihələrin reallaşdırılması nəticəsində Azərbaycana beynəlxalq aləmdə siyasi və maliyyə marağı yaranır. Respublikamız dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilir.

Hələ Naxçıvanda Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının proqram sənədləri hazırlanmışdır. Müxalifət partiyası kimi yaradılan bu partiya qısa müddət ərzində respublikanın ən nüfuzlu siyasi təşkilatına çevrildi. 

Heydər Əliyevin fəaliyyəti, gördüyü işlər haqqında hamımızda kifayət qədər məlumat var. Çoxlarımız Heydər Əliyevin dövrünü yaşamışıq və onun Azərbaycan xalqına və dövlətinə misilsiz əməyinin şahidiyik. İstər-istəməz sual yaranır - Ulu Öndərin zəngin, misilsiz fəaliyyətini onun hansı xüsusiyyətləri mümkün etmişdir? Mübaliğəsiz deyək ki, bu fəaliyyəti təmin edən onun dahiliyi olmuşdur. Bunu tək sovet dövründəki ölkə rəhbərləri deyil, hətta xarici dövlətlərdə də qeyd edirdilər. 

Heydər Əliyev uzaqgörənliyi ilə fərqlənən siyasətçi idi. Hələ sovet dövründə Azərbaycanın inkişafını, müstəqilliyini görürdü və bu istiqamətdə lazımi tədbirlər həyata keçirirdi. Hətta 1978-ci ildə Azərbaycan Konstitusiyası qəbul olunanda Azərbaycan dilini dövlət dili kimi Əsas Qanunda əks etdirməyə nail olmuşdu. Əhalisi sayca Azərbaycandan daha çox olan bəzi respublika rəhbərləri buna qısqanclıqla yanaşmışdılar. 

Sovet İttifaqının ən dinamik dövründə Heydər Əliyev Azərbaycanda hərbi lisey yaratdı və müvafiq orqanlar qarşısında məsələ qoydu ki, orduda xidmət edən azərbaycanlılar hərbi peşəyə mükəmməl yiyələnməlidirlər. 

Heydər Əliyev 1978-1984-cü illərdə Dərin Özüllər Zavodunun Azərbaycanın Xəzər sektorunda tikilməsinə nail oldu. Bu, çox uzaqgörənliklə həyata keçirilən bir layihə idi. Zavodun Rusiyanın Həştərxan şəhərində tikilməsi nəzərdə tutulurdu, Heydər Əliyevin səyləri nəticəsində ittifaq fondunun maliyyəsi ilə zavod Azərbaycanda tikildi. Zavodun tikintisi 1980-ci illərdə tamamlanmasaydı, böyük çətinliklərlə rastlaşardıq və ölkəmizə neftdən gələn gəlirin miqdarı xeyli az olardı, neft kontraktlarının bağlanması da ləngiyərdi. 

Biz hamımız neft müqavilələrinin Azərbaycanın inkişafına müsbət təsirinin və beynəlxalq aləmdə tanınmasında önəmli rol oynamasının şahidiyik. 

Heydər Əliyev xalqını özünün dahilik səviyyəsində görmək istəyirdi. Sovet dövründə Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın minlərlə vətəndaşı SSRİ-nin tanınmış ali təhsil məktəblərində elmə-peşəyə yiyələndilər. Tanınmış təsərrüfat işçiləri, elm və mədəniyyət xadimləri yüksək ordenlərlə təltif olundular. Azərbaycanın məşhur dirijoru SSRİ-nin Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Maestro Niyazi Sovet İttifaqında bu yüksək ordenə layiq görülmüş yeganə insan idi və bu məsələ müzakirə olunanda Ukraynanın odövrkü rəhbəri qısqanclıqla iddia edirdi ki, necə ola bilər SSRİ-də və o cümlədən Ukraynada tanınmış dirijorlar var, lakin onların heç biri belə yüksək mükafata layiq görülməyiblər. O zaman həmin dövlət başçısı Heydər Əliyevdən vəzifəcə yuxarı idi. Lakin Heydər Əliyev bu məsələdə də təmkinlik göstərərək izah etmişdi ki, o, heç elə demək istəmir ki, SSRİ-də bu yüksək ada layiq olan dirijor yoxdur.

Heydər Əliyevin ən ağır məqamlarda çıxış yolu tapmaq, qarşı tərəflə razılıq əldə etmək qabiliyyəti xüsusi qeyd edilməlidir. 1993-cü ildə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdanda qonşu ölkələrlə münasibət gərgin vəziyyətdə idi. Neft müqavilələrinin müzakirəsi ərəfəsində Rusiya xarici işlər nazirinin müavini mətbuatda çıxış edərək demişdir: "Azərbaycan Xəzər dənizinin özünün hesab etdiyi sektorunda Rusiya müvafiq qurğu qoyub neft hasil etsə, məgər Azərbaycan Rusiya ilə müharibə aparacaq?" Bu, açıq şəkildə Azərbaycana qarşı olan düşmənçilik mövqeyi idi. Ancaq Heydər Əliyevin səyləri sayəsində bu gərginlik aradan götürüldü və neft müqaviləsi imzalandı. Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində qonşu ölkələrlə olan gərginlik aradan qaldırıldı.

Ulu Öndərin ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, müəllifi olduğu siyasi, iqtisadi və sosial kursun səmərəli davamlılığına özündən sonra da nail olundu. Bu kursun Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi xalqımızı möhtəşəm qələbəyə gətirdi.

Heydər Əliyevin dərin zəkası və siyasi duyumu ilə mərdliyi, cəsarəti, əzmkarlığı və çevikliyi üzvi surətdə birləşmişdi. Bütün varlığı vətənə məhəbbətlə yoğrulmuşdu, gücünü xalqdan alırdı. Xalq da Heydər Əliyevə sonsuz sevgisi və sədaqəti ilə cavab verirdi.

Bu barədə Heydər Əliyev gözəl demişdi: "...xalq mənə ümid bəsləyir. Mən də bu ümidi doğrultmaq üçün həyatımın qalan hissəsini xalqa bağışlamışam və ona qurban verməyə hazıram". Belə də oldu. Heydər Əliyev həyatını xalqına bağışladı. 


Arif RƏHİMZADƏ,

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri, İdarə Heyətinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sidneydəki silahlı hücumda ölənlərin sayı 16-ya çatıb  

09:36
15 Dekabr

Keçmiş məcburi köçkün: İnanırıq ki, hər şey çox gözəl olacaq  

09:35
15 Dekabr

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb  

09:12
15 Dekabr

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!