14 Noyabr 2025 08:20
304
SİYASƏT
A- A+
Uzaqgörən strategiyanın nəticəsi

Uzaqgörən strategiyanın nəticəsi


Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin dövlət müstəqilliyinin, suverenliyinin və vətəndaş azadlıqlarının ən ali təminatıdır. Bu sənəd yalnız hüquqi sistemin əsasını deyil, həm də milli dövlətçiliyin rəmzini təşkil edir. Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə qəbul edilmiş və Prezident İlham Əliyevin rəhbərliyi ilə müasirləşdirilən Konstitusiya bu gün də Azərbaycan cəmiyyətinin davamlı inkişafını, sabitliyini və hüquqi dövlət prinsiplərinə sadiqliyini təmin edən strateji sənəd olaraq qalır. 

Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə ölkədə yaranmış siyasi böhran, idarəetmədəki səriştəsizlik və anarxiya dövlət institutlarının formalaşmasına mane olmuş, qanunçuluq və vətəndaş təhlükəsizliyi təmin edilməmişdir. Bu dövrdə cəmiyyətin bütün sahələrində dərin böhran yaşanırdı. Lakin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni xaosdan qurtardı, ictimai-siyasi sabitliyi bərpa etdi və müasir dövlət quruculuğunun möhkəm hüquqi-siyasi təməlini qoydu.

Ulu Öndər Heydər Əliyev qeyd edirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun". 

Məhz bu uzaqgörən strategiyanın nəticəsi olaraq, Ümummilli Liderin rəhbərliyi ilə Konstitusiya Komissiyası tərəfindən müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsi hazırlandı və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edildi. Referendumda seçicilərin 86 faizi iştirak etdi, onların 91,9 faizi Konstitusiyanın lehinə səs verdi. Yeni Əsas Qanun 1995-ci il noyabrın 27-də qüvvəyə mindi.

Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli fərmanı ilə 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilmiş, 1996-cı il 1 noyabr tarixli fərmana əsasən isə bu günün ölkə miqyasında təntənəli şəkildə qeyd olunması təmin edilmişdir. Bu qərar Azərbaycanın milli dövlətçilik tarixində Konstitusiyanın müstəsna əhəmiyyətini təsdiqləyən mühüm addım idi.

Konstitusiyanın qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri kimi dəyərləndirilir. Bu sənəd müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafın hüquqi bazasını formalaşdıran və insan hüquqlarını qoruyan mükəmməl hüquqi əsas oldu.

Azərbaycan Respublikasının Konstitusiyası ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə möhkəm hüquqi baza yaratdı. Sənəd hakimiyyət bölgüsü prinsipini - qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin ayrılığını təmin etdi və insan hüquq və azadlıqlarının qorunmasını dövlətin ali vəzifəsi kimi müəyyənləşdirdi.

Konstitusiyada müasir hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınaraq ədalət mühakiməsi institutunun yaradılması nəzərdə tutuldu. Bu əsasda 1997-ci il oktyabrın 21-də qəbul edilmiş "Konstitusiya Məhkəməsi haqqında" qanuna əsasən, 1998-ci il iyulun 18-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Bu orqan Konstitusiyanın aliliyinin təminatçısı kimi dövlət hakimiyyəti sistemində mühüm yer tutdu.

Əsas Qanun dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı, vətəndaş cəmiyyətinin bərqərar olmasını, qanunların aliliyini və bazar iqtisadiyyatı prinsiplərini təmin etməyi dövlətin əsas məqsədləri kimi təsbit etdi.

Konstitusiyanın 48 maddəsi bilavasitə insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunmuşdur. Bu maddələr beynəlxalq hüquqi sənədlərə uyğun olaraq hazırlanmış və bütün vətəndaşların - dilindən, dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq - bərabər hüquqlara malik olmasını təmin edir.

Zamanla yaranan yeni sosial-siyasi reallıqlar Konstitusiyada dəyişikliklərin edilməsini zəruri etmişdir. Son dəyişikliklərlə Birinci vitse-prezidentlik institutu yaradıldı və bu, dövlət idarəçiliyi sistemində yeni funksional mərhələ açdı. Dəyişikliklərin əsas məqsədi dövlətin idarəetmə səmərəliliyini artırmaq, məhkəmə hakimiyyətinin müstəqilliyini gücləndirmək və insan hüquqlarının daha etibarlı müdafiəsini təmin etmək idi.

Azərbaycanın tarixi Zəfəri ilə nəticələnən 2020-ci il Vətən müharibəsi və 2023-cü il Dövlət Suverenliyinin Tam Bərpası əməliyyatı nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bununla da Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar edildi.

Bu tarixi nailiyyətlərə və Konstitusiyanın qəbulunun 30-cu ildönümünə əsaslanaraq, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli sərəncamı ilə 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edilib, 2025-ci il 11 fevral tarixli sərəncamla müvafiq Tədbirlər Planı təsdiq olunub. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 10 oktyabr tarixli Qanunla "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" yubiley medalı təsis edilib.


Pərvanə VƏLİYEVA,

Milli Məclisin  deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!