29 Aprel 2026 19:44
199
DÜNYA
A- A+
Antarktidanın 1300 metr dərinliyində yeni kəşf  

Antarktidanın 1300 metr dərinliyində yeni kəşf  

Antarktika buzlaqlarının 1300 metr dərinliyində, okean dibinin ekstremal şəraitində gizlənən sirli dünya ilk dəfə birbaşa müşahidə edilib. Koreya Qütb Tədqiqat İnstitutunun (KOPRI) "Araon" tədqiqat gəmisi ilə həyata keçirdiyi ekspedisiya çərçivəsində pilotsuz sualtı qayıq vasitəsilə orta okean silsiləsindəki hidrotermal dəliklər araşdırılıb. Bu nailiyyət qütb tədqiqatları tarixində bir ilk hesab olunur, çünki indiyədək alimlər dəniz dibinə enə bilmədikləri üçün yalnız dolayı metodlara və təxminlərə əsaslanırdılar.

Səthdə temperatur mənfi dərəcələrdə olsa da, yer qabığındakı çatların arasından çıxan hidrotermal mayelər 300 dərəcədən çox qızır. Yüksək su təzyiqi sayəsində bu mayelər qaynamadan qalır və ətraf mühitə hidrogen-sulfid, metan, eləcə də müxtəlif metallar yayır. Günəş işığının daxil ola bilmədiyi bu qaranlıq dünyada həyat fotosintez deyil, kemosintez üzərində qurulub. Mikroorqanizmlər kimyəvi maddələri parçalayaraq enerji əldə edir, digər canlılar isə bu bakteriyalarla simbiotik əlaqədə yaşayaraq unikal ekosistem formalaşdırır.

Canqboqo Stansiyasından 1200 kilometr uzaqlıqda aparılan araşdırmalar zamanı robot qollar vasitəsilə süngərlər, knidaryanlar və exinodermlər daxil olmaqla 12 fərqli orqanizm növü toplanıb. Tədqiqatçılar bu nümunələr arasında əvvəllər elmə məlum olmayan növlərin olduğunu bildirirlər. Bu kəşf ekstremal mühitlərdə canlıların adaptasiya mexanizmlərini anlamaq üçün yeni imkanlar açır.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaxın Şərqdəki münaqişə və Hörmüz böhranı fonunda “Brent” 50, “Light” isə 40 faizdən çox bahalaşıb  

20:23
29 Aprel

Sensor ekranlı “mouse” təqdim edilib  

20:18
29 Aprel

“DJI”nin yeni cihazı nümayiş olunub  

20:13
29 Aprel

Pirat və kontrafakt mallar dövlətin xeyrinə müsadirə oluna biləcək  

20:09
29 Aprel

2026-cı ilin ilk rübündə qlobal qızıl tələbatı rekord qırıb

20:03
29 Aprel

BƏƏ-nin OPEK-dən çıxması qlobal qiymətlərə təsir göstərəcək

19:57
29 Aprel

Antarktidanın 1300 metr dərinliyində yeni kəşf  

19:44
29 Aprel

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nisbətən 467 milyon manat azalıb

19:42
29 Aprel

Piylənmə səbəbindən dünyada yağlı qaraciyər xəstəliyi sürətlə yayılmaqdadır

19:32
29 Aprel

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin məlumatı

19:28
29 Aprel

ABŞ Prezidenti neft maqnatları ilə görüşdü: Hörmüz və OPEC gərginliyi

19:26
29 Aprel

Belarus və Rusiya Çernobıl qəzasının fəsadlarına qarşı proqram hazırlayır

19:26
29 Aprel

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına işgüzar səfəri başa çatıb

19:25
29 Aprel

Azərbaycan Ordusunda kibertəhlükəsizlik üzrə mütəxəssislərin peşəkarlığı artırılır

19:22
29 Aprel

İlon Mask süni intellektlə bağlı xəbərdarlıq edib

19:16
29 Aprel

Martda ölkədaxili nağdsız ödənişlər 46 faiz artıb 

19:13
29 Aprel

“Google Home” yeniliklər təqdim edib  

19:04
29 Aprel

Enerji təhlükəsizliyində Norveç modeli

18:52
29 Aprel

Qırğızıstan Afrika İttifaqında müşahidəçi statusu alıb

18:43
29 Aprel

Avropa ötən il rekord temperatur və meşə yanğınları ilə mübarizə aparıb

18:34
29 Aprel

Cənubi Çin dənizində gərginlik

18:26
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!