24 Aprel 2026 13:39
471
Səhiyyə
A- A+
Artıq çəki ürəyi zəiflədir

Artıq çəki ürəyi zəiflədir


ABŞ-nin Con Hopkins Tibb Mərkəzinin alimləri tərəfindən aparılan yeni araşdırma sübut edib ki, həddindən artıq piylənmə olan insanlarda ürək əzələsi ciddi şəkildə zəifləyir. Lakin ən yaxşı xəbər odur ki, çəki atmaq bu prosesi geriyə qaytara və ürəyi yenidən gücləndirə bilir.

“MedicalXpress” portalının məlumatına görə, bir çox insan ürək çatışmazlığı dedikdə ürəyin qanı zəif vurmasını düşünür. Lakin piylənmədən əziyyət çəkənlərdə ürək çatışmazlığının fərqli bir növünə (“HfpEF”) daha çox rast gəlinir. Bu vəziyyətdə ürək normal qan vururmuş kimi görünür. Əslində isə ürək əzələsi sərtləşir, yavaş dincəlir və kifayət qədər qanla dola bilmir. Yeni araşdırma onu sübut edir ki, piylənmə olan xəstələrdə ürək əzələsinin hüceyrələri həm də fiziki olaraq çox zəifləmiş olur.

Alimlər çəki atma terapiyası keçən xəstələri müşahidə ediblər. Nəticələr çox ümidverici olub. Belə ki, bədən çəkisinin 10 faizdən çoxunu itirən insanlarda ürək əzələsinin yığılma qabiliyyəti demək olar ki, tam bərpa olunub. Bu, o deməkdir ki, piylənmənin ürəyə vurduğu zərər qalıcı deyil və çəki atmaqla bu vəziyyəti düzəltmək mümkündür. Tədqiqat zamanı alimlər ürəyin zəifləməsinə səbəb olan konkret bir zülal dəyişikliyi (troponin I) aşkar ediblər. Bu kəşf gələcəkdə piylənmədən əziyyət çəkən ürək xəstələri üçün xüsusi dərmanların hazırlanmasına yol açacaq. Alimlər bildiriblər ki, hər ürək xəstəliyi eyni deyil. Piylənməsi olan insanlar üçün bəzi ürək dərmanları zərərli ola bilər. Ona görə də bu tip xəstələr üçün ən təhlükəsiz və əlverişli yol təhlükəsiz çəki itirmə və həkim nəzarəti ilə düzgün müalicədir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Komitə sədri: Sahibkarlıq gələcək şəhərlərin formalaşmasında əsas amillərdən biri hesab olunur  

12:25
29 Aprel

ANAMA maarifləndirmə tədbirlərini davam etdirir  

11:58
29 Aprel

İqtisadiyyat naziri: Zəngəzur dəhlizinin açılması Naxçıvanın iqtisadi potensialının artmasına müsbət təsir göstərəcək  

11:57
29 Aprel

BMT-nin iqlim liderləri Kolumbiyada bərpaolunan enerjinin gələcəyi ilə bağlı müzakirələr aparıblar  

11:45
29 Aprel

Nazir: Özəl sektorda əmək müqavilələrinin sayı 2,1 dəfə artaraq 1 milyonu ötüb

11:43
29 Aprel

Nazir: Qeyri-neft-qaz sektoru iqtisadi artımın başlıca drayverinə çevrilib

11:41
29 Aprel

Ötən gün 78 cinayətin açılması təmin edilib

11:40
29 Aprel

Ədalət mühakiməsinin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verilib  

11:39
29 Aprel

Energetika nazirinin İƏT rəsmisi ilə görüşü: regional tərəfdaşlıq və yeni hədəflər  

11:32
29 Aprel

Səfir: Azərbaycan ilə Niderland arasında Orta Dəhliz istiqamətində əməkdaşlıq inkişaf edir  

11:31
29 Aprel

Azərbaycan və BƏƏ arasında Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ikinci iclası Bakıda baş tutub  

11:29
29 Aprel

BMT Hörmüz boğazı böhranının nəticələrinin monitorinqini aparacaq  

11:13
29 Aprel

Avropa İttifaqı Ukraynadan vergi dəyişiklikləri tələb edir  

11:01
29 Aprel

Bacarıqlar Sammiti çərçivəsində keçirilən görüşlərdə Azərbaycanda sosial sahədə görülən işlər barədə məlumat verilib  

10:58
29 Aprel

Mikayıl Cabbarov: Ölkəmizdə yeni iqtisadi inkişaf modeli tətbiq edilir

10:53
29 Aprel

Moskvada 9 May paradı hərbi texnikasız keçiriləcək

10:47
29 Aprel

Səfir: Niderland Azərbaycanın Ermənistanla sülh səylərini yüksək qiymətləndirir

10:34
29 Aprel

İsrailin hava zərbələri nəticəsində Livanda beş nəfər həlak olub  

10:15
29 Aprel

UEFA Çempionlar Liqası: “PSJ” “Bavariya”nı məğlub edib  

10:14
29 Aprel

“Daily Mail”: Tramp və Kral III Çarlzın uzaq qohum olduqları ehtimal edilir  

10:12
29 Aprel

Azərbaycan neftinin qiyməti 116 dollara yaxınlaşır  

10:08
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!