29 Aprel 2026 20:48
153
Mədəniyyət
A- A+
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir təşkil olunub  

Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir təşkil olunub  


Mir Cəlal Paşayevin anadan olmasının 118-ci ildönümü münasibətilə “Ədibin evi”ndə ədəbi-bədii tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış elm və ədəbiyyat xadimləri, ziyalılar, tələbələr və ədəbiyyatsevərlər iştirak ediblər.

Tədbirin rəsmi hissəsini açıq elan edən akademiyanın sosial və iqtisadi məsələlər üzrə prorektoru, rektor köməkçisi Gülnarə Əhmədova akademik Arif Paşayevin salamlarını iştirakçıların diqqətinə çatdıraraq tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra Milli Məclis sədrinin müavini, akademik Rəfail Hüseynov, akademik Nizami Cəfərov və akademik Misir Mərdanov çıxış edərək Mir Cəlal Paşayevin zəngin elmi və ədəbi irsinin milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutduğunu vurğulayıblar. Qeyd olunub ki, görkəmli ədibin yaradıcılığı yalnız keçmişin mirası deyil, həm də gələcək nəsillər üçün mühüm mənəvi istiqamətverici rol oynayır.

Tədbirdə yazıçının tələbələrindən biri, “Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə müəllimi ilə bağlı xatirələrini bölüşərək onun pedaqoji və insani keyfiyyətlərindən bəhs edib.

Bədii hissədə tələbələr tərəfindən ədibin şah əsəri olan “Bir gəncin manifesti”, “Yad adam” hekayəsi əsasında hazırlanmış səhnəcik təqdim olunub, həmçinin “Qaf ucalığı” və “Bizim Mir Cəlal müəllim” adlı şeirlər səsləndirilib. Musiqi nömrələri və ədəbi kompozisiyalar tədbirə xüsusi rəng qatıb. Eyni zamanda, Mir Cəlal Paşayevin “Dirilən adam” əsərinin müasir interpretasiyası əsasında hazırlanmış televiziya layihəsi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Televiziyasının təşəbbüsü ilə həyata keçirilən layihə milli ədəbiyyatın təbliğinə xidmət edir.

Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva çıxış edərək qeyd edib ki, Mir Cəlal Paşayevin irsinin qorunması və təbliği “Ədibin evi” üçün yalnız vəzifə deyil, həm də mənəvi missiyadır.

Tədbirin sonunda Bakı Dövlət Universitetinin professoru Ədibə Paşayeva bu kimi tədbirlərin milli-mənəvi dəyərlərin təbliği və ədəbiyyata marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonda fəal iştirak edən tələbələrə “Ədibin evi”nin simvolik hədiyyələri təqdim olunub.

Tədbir Əməkdar artist Lalə Məmmədovanın ifası ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Putin Trampa II Dünya müharibəsində Qələbənin ildönümü ilə bağlı atəşkəsə hazır olduğunu deyib  

21:57
29 Aprel

Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı baş tutub  

21:56
29 Aprel

Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələr aparılıb

21:45
29 Aprel

Ukrayna Rusiya ilə yeni əsir mübadilələrinə hazırlaşır

21:29
29 Aprel

Danimarka şirkəti ilə “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində külək enerjisinin ixracı nəzərdən keçirilib  

21:03
29 Aprel

Amerikalı ekspert: Qarabağda texnoloji şəhər mühiti üçün unikal imkan var  

20:52
29 Aprel

Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir təşkil olunub  

20:48
29 Aprel

Hörmüz boğazı hamı üçün bağlı deyil

20:28
29 Aprel

Yaxın Şərqdəki münaqişə və Hörmüz böhranı fonunda “Brent” 50, “Light” isə 40 faizdən çox bahalaşıb  

20:23
29 Aprel

Sensor ekranlı “mouse” təqdim edilib  

20:18
29 Aprel

Azərbaycan və Kolumbiya siyasi dialoqu gücləndirir

20:15
29 Aprel

“DJI”nin yeni cihazı nümayiş olunub  

20:13
29 Aprel

Pirat və kontrafakt mallar dövlətin xeyrinə müsadirə oluna biləcək  

20:09
29 Aprel

2026-cı ilin ilk rübündə qlobal qızıl tələbatı rekord qırıb

20:03
29 Aprel

Şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasına etiraz məktubu ünvanlayıb  

20:01
29 Aprel

BƏƏ-nin OPEK-dən çıxması qlobal qiymətlərə təsir göstərəcək

19:57
29 Aprel

Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

19:47
29 Aprel

Antarktidanın 1300 metr dərinliyində yeni kəşf  

19:44
29 Aprel

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nisbətən 467 milyon manat azalıb

19:42
29 Aprel

Birləşmiş Ərəb Əmirliklərinin OPEC-i tərk etməsi təşkilatın işinə necə təsir göstərəcək?  

19:33
29 Aprel

Piylənmə səbəbindən dünyada yağlı qaraciyər xəstəliyi sürətlə yayılmaqdadır

19:32
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!