06 May 2024 11:29
268
CƏMİYYƏT
A- A+

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb  

 

UNESCO-nun hazırladığı yeni hesabatda ətraf mühit və iqlimin pozulması ilə bağlı reportajlar hazırlayan jurnalistlərə qarşı zorakılıq və hədə-qorxuların artması barədə xəbərdarlıq edilib. Təşkilat qeyd edib ki, son 15 ildə ən azı 749 jurnalist və ya ətraf mühitlə bağlı xəbərlər yayımlayan media orqanları hücuma məruz qalıb və bu müddət ərzində onlayn dezinformasiya kəskin şəkildə artıb. UNESCO ətraf mühitlə bağlı jurnalistlərə daha güclü dəstəyə və rəqəmsal platformaların daha yaxşı idarə olunmasına çağırıb.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, “Mətbuat və planetimiz təhlükə altındadır” adlı yeni hesabatda 2009-2023-cü illər ərzində ətraf mühitlə bağlı mövzularda reportaj hazırlayan ən azı 749 jurnalistin və xəbər media orqanının qətl, fiziki zorakılıq, həbs, onlayn təqib və ya hücumlara məruz qaldığı aşkar edilib. Həmin müddətdə media əməkdaşlarına qarşı 300-dən çox hücum halları baş verib ki, bu da əvvəlki beşillik dövrə (2014-2018) nisbətən 42 faiz artım deməkdir.

UNESCO bu il mayın 2-4-də Çilinin paytaxtı Santyaqoda keçiriləcək 2024-cü il Ümumdünya Mətbuat Azadlığı Günü Qlobal Konfransında təqdim etdiyi hesabatında problemin qlobal xarakter daşıdığını, dünyanın bütün bölgələrində olan 89 ölkədə hücumların baş verdiyini vurğulayıb.

Təşkilatın tərtib etdiyi qətlə yetirilən jurnalistlərin siyahısında son 15 ildə ətraf mühit problemlərini araşdıran ən azı 44 jurnalistin olduğu qeyd edilib. Bu qətlləri törədənlərin cəmi 6 nəfəri ağır cəza alıb, cəzasızlıq nisbəti isə demək olar ki, 90 faiz təşkil edir. Eyni zamanda, hesabatda 353 insidentdə fiziki hücumun digər formalarının da üstünlük təşkil etdiyi göstərilib. Hesabat dövründə ekoloji jurnalistlərə qarşı hücumların da 85 haldan 183-ə yüksəldiyi bildirilib.

2024-cü ilin martında UNESCO tərəfindən 129 ölkədən 900-dən çox ekoloji jurnalistin iştirakı ilə keçirilən məsləhətləşmədə media nümayəndələrinin 70 faizi öz xəbərləri ilə bağlı hücumlara, təhdidlərə və ya təzyiqlərə məruz qaldıqlarını bildirib. Bunların arasında hər beş nəfərdən ikisi sonradan fiziki zorakılığa məruz qalıb.

Hesabatda qeyd edilib ki, qadın jurnalistlər kişilərdən daha çox onlayn təcavüzə məruz qalırlar və bu, UNESCO-nun əvvəlki hesabatında müəyyən edilmiş tendensiyanın əksini göstərir.

Fiziki hücumlara əlavə olaraq, sorğuda iştirak edən jurnalistlərin üçdəbiri senzuraya məruz qaldıqlarını və onların demək olar ki, yarısı (45 faizi) ətraf mühitlə bağlı problemləri işıqlandırarkən hücuma məruz qalmaq qorxusu, mənbələrinin ifşa olunması və ya bir hadisə ilə bağlı özlərinə senzura etdiklərini bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video