12 Dekabr 2024 12:51
399
SİYASƏT
A- A+
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Berlində dərin ehtiramla yad edilib  

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Berlində dərin ehtiramla yad edilib  

Azərbaycanın Almaniyadakı səfirliyi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Müasir Azərbaycan Respublikasının banisi və Azərbaycan xalqının Ümummilli Lideri" adlı tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, anım tədbirində Almaniyanın dövlət qurumlarının təmsilçiləri, bir sıra ölkələrin səfirləri, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev anım tədbirində çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında misilsiz xidmətlərindən söz açıb. Diplomat bildirib ki, 1990-cı illərin əvvəllərində ərazisinin 20 faizi işğal edilən Azərbaycan müstəqilliyin itirilməsi, parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən məhz öz həyatını doğma xalqına və Vətəninə həsr edən Ulu Öndər Heydər Əliyevin sarsılmaz qətiyyəti və zəngin dövlətçilik təcrübəsi sayəsində xilas olaraq, dinamik inkişaf yoluna qədəm qoyub.

Səfir müstəqil Azərbaycanın gələcək inkişafının təməllərinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, neft strategiyasının müəyyənləşdirildiyini, bütün sahələrdə tərəqqiyə nail olunduğunu, ölkəmizdə bütün dinlərin və millətlərin nümayəndələrinin bir ailə kimi yaşayışının təmin olunduğu miltikulturalizm və tolerantlıq modelinin inkişaf etdirildiyini vurğulayıb.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasının Heydər Əliyevin ən böyük arzusu olduğunu bildirən səfir bu arzunun artıq reallığa çevrildiyini və Ulu Öndərin ruhunun şad olduğunu qeyd edib.

Sonra tədbir bədii hissə ilə davam etdirilib.

Bədii hissədə tanınmış opera müğənnisi Çinarə Şirinin fortepianoda Səbinə Məmmədovanın müşayiəti ilə rəngarəng ifası və skripkaçı Elvin Hoca Qəniyevin çıxışı böyük maraqla qarşılanıb.

Sonda Ulu Öndərin ruhuna ehsan süfrəsi açılıb.

Tədbirin iştirakçılarına Azərbaycanın zəngin tarixi-mədəni irsini əks etdirən nəşrlər təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İki ayda Qəbələyə 13 min 209 turist gəlib

12:28
13 Mart

Sürücülər arasında daha çox rast gəlinən 5 təhlükəli vərdiş

12:01
13 Mart

Baş nazir: Son 7 ildə 4 milyon insanı əhatə edən sosial islahatlar həyata keçirilib  

11:53
13 Mart

Anar Bağırov: Andiçmədən sonra vəkillərin sayı artacaq

11:51
13 Mart

Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb

11:49
13 Mart

Şəki və Qəbələdə 1500-ə yaxın ağac əkilib

11:48
13 Mart

Konstitusiya Məhkəməsinin sədri: Vəkillik Azərbaycanda institusional təsisat kimi çox böyük yol keçib  

11:46
13 Mart

Bakı Forumunda “Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə” mövzusunda müzakirələr başlayıb  

11:42
13 Mart

Azərbaycanda ÜDM-in həcmi 1,4 faiz artıb

11:36
13 Mart

Əli Əsədov: Vaşinqton Zirvə Görüşü regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şərait yaradıb  

11:32
13 Mart

Baş nazir: Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığı etibarlı şəkildə təmin olunmaqdadır  

11:29
13 Mart

BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyalarla bağlı gərgin müzakirələr 

11:29
13 Mart

Baş nazir: 2025-ci il Azərbaycan üçün siyasi sabitliyin daha da gücləndiyi mühüm mərhələ kimi yadda qalıb  

11:18
13 Mart

Səfir: “İki sessiya” dünyaya Çinin sabit inkişafını nümayiş etdirib

11:17
13 Mart

Ədliyyə Nazirliyi bələdiyyələrə metodoloji dəstək göstərir  

11:13
13 Mart

ÜST-nin Baş direktoru Bakıda yeni pandemiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib  

11:08
13 Mart

Parlamentdə Nazirlər Kabinetinin hesabatı dinlənilir  

11:03
13 Mart

Nazir: Orta Dəhliz qarşılıqlı yük tranziti baxımından mühüm əhəmiyyət kəsb edir

11:01
13 Mart

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:51
13 Mart

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb 

10:40
13 Mart

Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir

10:39
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!