30 Aprel 2024 09:38
238
DÜNYA
A- A+

Türkiyədəki aeroportların sayı 61-ə çatdırılacaq

 

2053-cü ilədək inkişaf konsepsiyasına uyğun olaraq, Türkiyədə mülki hava limanlarının sayı 61-ə çatdırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 29-da Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Nəqliyyat Nazirliyinin rəhbəri mülki aviasiya sektorunu ölkənin nəqliyyat sisteminin inkişafı üçün prioritet adlandırıb.

“Avropa, Asiya və Afrikanın kəsişməsindəki coğrafi mövqe Türkiyənin iqtisadi inkişafı üçün geniş imkanlar açır. Ölkəmizdən cəmi dörd uçuş saatı məsafəsində 1,4 milyard əhalisi olan 67 dövlət var. Bu çox böyük bazardır”, - deyə nazir bildirib.

Uraloğlu qeyd edib ki, hazırda Türkiyədən dünyanın 131 ölkəsinin aviareyslər 346 hava limanına həyata keçirilir, halbuki 2002-ci ildə bu rəqəm 50 ölkənin 60 aeroportu məhdudlaşırdı.

Nazir qeyd edib ki, son iyirmi ildə ölkədə fəaliyyət göstərən hava limanlarının sayı 26-dan 57-yə yüksəlib. Məqsəd bu göstəricini 61-ə çatdırmaqdır.

“2002-ci ilədək mülki aviasiya sahəsində ikitərəfli razılaşmalar dünyanın 81 ölkəsi ilə qüvvədə olub. Bu gün biz onların sayının 174-ə çatdığını deyə bilirik”, - Uraloğlu əlavə edib.

O xatırladıb ki, 2023-cü ilin yekunlarına görə, ölkənin 57 hava limanında ümumi sərnişin axını 214 milyon nəfər təşkil edib.

Eyni zamanda, ölkənin ən böyük aeroportu olan İstanbul Beynəlxalq Hava Limanı Avropada ən işlək və dünyada sərnişin axınına görə yeddinci aeroport kimi tanınır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video