06 Dekabr 2025 15:40
622
CƏMİYYƏT
A- A+
“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

Zəngəzur Dəhlizinin işə salınması istiqamətində atılan addımlar Türkiyənin sərhəd əyalətlərinin sakinləri arasında Şərqi Anadolunun inkişafına artan investisiya qoyuluşu ilə bağlı gözləntiləri artırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Türkiyə” nəşri Naxçıvanda keçirilən 2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumunun nəticələrini şərh edərək yazır. Forumda digərləri ilə yanaşı Ardahan, Qars və İğdır əyalətlərindən qeyri-hökumət təşkilatlarının və biznes ictimaiyyətinin nümayəndələri də iştirak edib.

Nəşr ekspertlərin Zəngəzur Dəhlizinin açılışının bölgədə ticarət həcmini 50 milyard dollara çatdıracağına dair proqnozlarına diqqət çəkib.

Qeyd olunur ki, Türkiyənin sərhəd əyalətlərinin vali administrasiyaları proqnozlaşdırılan ehtiyacları ödəmək üçün nəqliyyat infrastrukturunun və sənaye zonalarının inkişafını fəal şəkildə təşviq edir.

Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı (NMR) səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun çıxışından fikirlər təqdim edilir. O, Zəngəzur Dəhlizinin bütün Türk dünyası üçün əhəmiyyətini qeyd edir. Ceyhun Cəlilov forum iştirakçılarını Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üçün Sosial-iqtisadi İnkişafı üzrə Dövlət Proqramı kontekstində muxtar bölgənin inkişaf planları barədə məlumatlandırıb.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş dövlət proqramının Naxçıvanın innovasiyalar, rəqabət qabiliyyəti və müasir infrastruktura əsaslanan iqtisadi modelə keçidinin əsasını təşkil etdiyi vurğulanır.

Məqalədə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbəri Orxan Məmmədovun iki qardaş ölkə arasında iqtisadi əməkdaşlığın, o cümlədən kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayan çıxışına xüsusi diqqət yetirilir.

Bundan əlavə, Zəngəzur Dəhlizinin bütün region üçün əhəmiyyəti barədə bəyanatları dəstəkləyən Ardahan əyalətinin valisi Hayrettin Çiçək və Ardahan Ticarət və Sənaye Palatasının rəhbəri Çetin Dəmirçinin fikirləri də qeyd olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır  

13:37
08 Oktyabr

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq  

13:37
08 Oktyabr

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

13:35
08 Oktyabr

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb  

13:35
08 Oktyabr

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

13:26
08 Oktyabr

Yenidən doğulan Qarabağ və Şərqi Zəngəzur  

13:21
08 Oktyabr

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub 

13:19
08 Oktyabr

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

13:13
08 Oktyabr

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər  

13:04
08 Oktyabr

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır  

12:57
08 Oktyabr

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub

12:51
08 Oktyabr

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır  

12:49
08 Oktyabr

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

12:43
08 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb  

12:39
08 Oktyabr

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir  

12:31
08 Oktyabr

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb

12:29
08 Oktyabr

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB  

12:24
08 Oktyabr

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO  

12:21
08 Oktyabr

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər  

12:19
08 Oktyabr

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır  

12:07
08 Oktyabr

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

11:57
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!