Tural Gəncəliyev: Əsir və girov götürülmüş soydaşlarımızın yaxınlarının 30 ilə yaxındır gözü yoldadır
Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş 4 min nəfərə yaxın soydaşımızın taleyi ilə bağlı Ermənistandan cavab tələb edirik. Ermənistan 30 il ərzində bu məsələ ilə bağlı tələblərimizi qulaqardına vurub. İndi mövqeyimiz daha sərt və daha israrlıdır. Otuz ilə yaxındır ki, əsir və girov götürülmüş soydaşlarımızın yaxınlarının gözü yoldadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Qarabağa dönüş” təşkilatının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan humanizm prinsiplərinə necə əməl etməyin lazım olduğunu dünyaya əyani şəkildə nümayiş etdirdi. Müharibənin başa çatmasından az bir vaxt keçməsinə baxmayaraq Azərbaycan tərəfi Ermənistana 1600 dən çox işğalçının cəsədini və onların qalıqlarını aşkar edərək təhvil verdi. Bu proses bu gün də davam edir. Bəs Birinci Qarabağ müharibəsi dövründə işğalçı Ermənistan nə etdi? Müvafiq qurumların apardığı araşdırmalara görə Birinci Qarabağ müharibəsi zamanı 3888 nəfər soydaşımız erməni terrorçuları tərəfindən əsir və girov götürülüb. Soydaşlarımızın bəziləri ermənilərə yaralı vəziyyətdə əsir düşüb. Bu insanlara lazımi tibbi yardım edilmədiyindən onların əksəriyyəti həyatlarını itiriblər. Sağ qalanların isə ən ağır işgəncələr altında dağ-mədən və digər ağır işlərdə işlədildikləri ilə bağlı məlumatlar yayılırdı. İndi sual olunur. Ermənistan 30 il ərzində əsirlikdə olan soydaşlarımızı niyə azad etmədi? Yaxud da hansı əsir və girovun taleyi ilə bağlı Azərbaycan tərəfinə məlumat təqdim olundu? Humanizm prinsipləri həmin vaxt niyə Ermənistan rəsmilərinin və onlara havadarlıq edən ölkələrin, beynəlxalq təşkilatların rəhbərlərinin yadına düşmədi?
Tural Gəncəliyev bildirib ki, rəhbərlik etdiyi qurum əsir və girov götürülmüş soydaşlarımızla bağlı Ermənistandan izahat tələb etmək məqsədilə dəfələrlə rəsmi məktublarla yanaşı videomüraciətlər formasında beynəlxalq təşkilatlara sorğular göndərib. Amma edilən müraciətlərə cavab verilməyib. Deputat qeyd edib: “Biz beynəlxalq təşkilatların təmsilçiləri ilə keçirdiyimiz əksər görüşlərdə bu məsələni qaldırırıq. Təəssüflər olsun ki, hələ də əsirlikdə olan soydaşlarımızın taleyi ilə bağlı hər hansı dəqiq məlumata malik deyilik”.
“Düşmən tapdağından azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri aparılır. Azərbaycan dövlətinin başlıca məqsədi keçmiş məcburi köçkünlərin ən qısa zamanda öz ata-baba yurduna qayıtmasını təmin etməkdir. İnsanların geri qayıtdıqdan sonra əsir və girov götürülmüş yaxınları ilə bağlı dərdləri yenidən təzələnəcək. Övlad həsrəti ilə bu insanların bir qismi həyatdan köçüblər. Sağ qalan valideynlər, qardaş-bacılar isə bu gün də xəbər gözləyirlər. Elə etməliyik ki, Ermənistan ən qısa zamanda əsir və girov götürülmüş azərbaycanlılarla bağlı məlumatları Azərbaycana təqdim etsinlər”, - deyə “Qarabağa dönüş” təşkilatının rəhbəri Tural Gəncəliyev vurğulayıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Bakı Prosesi" bir daha göstərdi ki, Azərbaycan dünya üçün tolerantlıq nümunəsidir
05 May
Dünyanın çalxalanması fonunda ölkəmizdə sabitliyin olmasının xüsusi önəmi var
05 May
Azərbaycan müxtəlif mədəniyyətlərin inkişafına töhfə verir
05 May
Qərb Gürcüstanı Ukraynaya çevirmək niyyətindədir
05 May
Qlobal əməkdaşlığın Bakı platforması
05 May
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!