27 Yanvar 2026 13:33
687
İDMAN
A- A+
“The Athletic” nəşri “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı ilə bağlı yazı dərc edib  

“The Athletic” nəşri “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı ilə bağlı yazı dərc edib  


Nüfuzlu ingilis idman nəşri “The Athletic” bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkən “Qarabağ” barədə geniş məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, “Çempionlar Liqasında gözlənilməz nəticələr göstərən və doğma şəhərini tərk etməyə məcbur olan “Qarabağ” başlıqlı yazıda komandanın bu mövsüm turnirin əsas hekayələrindən birinə çevrildiyi bildirilib.

Qeyd olunub ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ötən həftə Almaniyanın “Ayntraxt” klubunu 3:2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə iddiasını qoruyub. Bu mərhələyə yüksəlməyin Ağdam təmsilçisi üçün turnir tarixində ilk dəfə pley-offda oynamaq anlamına gələ bildiyi vurğulanıb. “The Athletic” xatırladır ki, turnir cədvəlində 18-ci pillədə qərarlaşan komandanın bu yolda növbəti sınağı “Enfild”də “Liverpul”a qarşı olacaq.

“Qarabağ” hazırda Bakıdan minlərlə kilometr uzaqda Avropa futbol nəhənglərinə qarşı mübarizə aparsa da, klubun əsası Qarabağ bölgəsinin Ağdam şəhərində qoyulub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ağdam işğal olunduqdan sonra klub doğma şəhərini tərk etmək məcburiyyətində qalıb. Həmin dövrdə on minlərlə azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb. Ağdam uzun illər yaşayış olmayan şəhər kimi qalıb. Şəhər 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılıb. “Qarabağ”ın doğma stadionu olan “İmarət” arenası isə müharibə zamanı tamamilə dağıdılıb. Klub sovet dövründə yüksək liqada çıxış etməyib və Azərbaycanın müstəqillik qazandığı ilk illərdə cəmi bir dəfə çempion olub. Lakin son illərdə maliyyə dəstəyi və dövlətin yardımı ilə “Qarabağ” ölkə futbolunda dominant mövqeyə yüksəlib. Komanda son 12 mövsümün 11-də Azərbaycan çempionu adını qazanıb” - materialda deyilir.

Məqalədə “Qarabağ”ın bu mövsüm Avropada ən uğurlu çıxışını nümayiş etdirdiyi, “Benfika”, “Kopenhagen” “Ayntraxt”a qalib gəldiyi, “Çelsi” ilə heç-heçə etdiyi diqqətə çatdırılıb.

Yazıda qeyd edilib ki, büdcə baxımından Avropa klubları ilə müqayisədə xeyli geridə qalan “Qarabağ”ın heyətinə etdiyi ən bahalı transfer 1,28 milyon avro təşkil edib. Komandada cəmi dörd futbolçu 500 min avrodan baha transfer olunub. Buna baxmayaraq, Avropadakı nəticələr klub üçün böyük uğur hesab olunur.

"The Athletic" bildirib ki, “Qarabağ”ın doğma şəhəri Ağdamda hələlik oyun keçirməsi mümkün deyil: “Ərazi müharibə zamanı geniş şəkildə minalanıb və bu, regionu dünyanın ən çox minalanmış yerlərindən birinə çevirib. Hazırda Azərbaycan hökuməti ərazidə minalardan təmizləmə işləri aparır, yol, dəmir yolu, elektrik və su infrastrukturu bərpa olunur”.

Materialda vurğulanıb ki, 2023-cü ilin dekabrında Prezident İlham Əliyev “Qarabağ”ın Ağdama qayıdışını təmin edəcəklərini bildirib, baş məşqçi Qurban Qurbanov da bu planları müsbət qarşılayıb və avrokubok oyunlarının bir gün Ağdamda keçirilməsinin böyük mənəvi əhəmiyyət daşıyacağını vurğulayıb.

Gələcək planlara əsasən, Ağdamda UEFA-nın IV kateqoriyalı stadionunun tikintisinin nəzərdə tutulduğu, klubun yalnız əhalinin şəhərə tam qayıdışından sonra doğma məkanda oynamağı planlaşdırdığı yazılıb.

Sonda bildirilib ki, hazırda “Qarabağ” Avropa səhnəsində həm idman, həm də tarix baxımından özünəməxsus hekayəsi ilə Çempionlar Liqasının ən maraqlı komandalarından biri kimi diqqət çəkir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olub

13:55
28 Yanvar

Sabah gündüz yağıntılar tədricən kəsiləcək

13:14
28 Yanvar

Ombudsman: Uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir

12:20
28 Yanvar

Bakıətrafı ərazilərdə yeni tikiləcək və bərpa olunacaq dəmiryol stansiyalarının adları açıqlanıb

12:02
28 Yanvar

Komitə sədri: Azərbaycanda uşaq hüquqlarının təmini sahəsində keyfiyyətcə yeni mərhələnin əsası qoyulur

12:01
28 Yanvar

ABŞ İranın güc strukturlarının üç sabiq əməkdaşını deportasiya edib

11:57
28 Yanvar

Nərimanov stansiyasında qatarlara dayanacaq verilməsi planlaşdırılır

11:54
28 Yanvar

Valideynlər və onları əvəz edən şəxslər tərəfindən uşaqlara qarşı zorakılığın tətbiqi yolverilməzdir – qanun sərtləşdirilir

11:47
28 Yanvar

Uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə bir sıra qanunlara dəyişikliklər edilir

11:35
28 Yanvar

Bakıda ciu-citsu zalının açılışı olub

11:34
28 Yanvar

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

11:15
28 Yanvar

Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  

10:53
28 Yanvar

Saratoqa Fondunun prezidenti: 907-ci düzəliş birdəfəlik aradan qaldırılmalıdır  

10:50
28 Yanvar

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək  

10:49
28 Yanvar

Dünya bazarında qızıl 175 dollardan çox bahalaşıb

10:42
28 Yanvar

Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la qarşılaşacaq  

10:41
28 Yanvar

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdırılıb  

10:41
28 Yanvar

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  

10:40
28 Yanvar

Azərbaycan nefti bahalaşıb 

10:40
28 Yanvar

Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında davamlı etimadın artdığını görəcəyik 

10:38
28 Yanvar

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

09:55
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!