04 May 2026 21:13
166
DÜNYA
A- A+
Tərk edilmiş “SpaceX” raketi Aya düşəcək

Tərk edilmiş “SpaceX” raketi Aya düşəcək

"SpaceX" şirkətinə məxsus 13,8 metr uzunluğunda olan "Falcon 9" raketinin tərk edilmiş hissəsi 2026-cı il avqustun 5-də Ay səthinə düşəcək. Mütəxəssislər hadisənin hər hansı təhlükə yaratmadığını desələr də, bu hadisə artan kosmik fəaliyyətlərlə yanaşı, "kosmik tullantı" problemini yenidən gündəmə gətirir.

ABŞ astronomu və "Project Pluto" proqram təminatının tərtibatçısı Bill Qrey raket parçasının Ayın görünən və görünməyən üzləri arasındakı sərhəddə, Eynşteyn kraterinin yaxınlığındakı Ay səthinə saatda təxminən 8700 kilometr (saniyədə 2,43 km) sürətlə dəyəcəyini proqnozlaşdırır. Toqquşmanın Yerdən birbaşa müşahidə olunmayacağı bildirilir.

Sözügedən raket 2025-ci ilin yanvarında iki ayrı Aya eniş aparatı ilə ("Firefly Aerospace" şirkətinin "Blue Ghost" və Yaponiyanın "iSpace" şirkətinin "Resilience" aparatları) orbitə buraxılmışdı. Faydalı yükü mənzil başına çatdırdıqdan sonra raketin yuxarı pilləsi Yer-Ay sistemində nəzarətsiz hərəkət etməyə davam edib.Mütəxəssislər bu toqquşmanın hazırda Aya və ya aktiv kosmik gəmilərə heç bir təhlükə yaratmadığını vurğulayırlar. Lakin hadisə kosmik tullantıların idarə olunmasına laqeyd yanaşmanı yenidən ön plana çıxarıb. Qrey qeyd edir ki, bu cür raket hissələri Yer-Ay orbitində başlı-başına buraxılmaq əvəzinə, Günəş orbitinə yönəldilməlidir.

Həm ABŞ, həm də Çin qarşıdakı illərdə Aya missiyalarını kəskin artırmağı planlaşdırır. ABŞ "Artemis" proqramı çərçivəsində 2028-ci ildən etibarən müntəzəm Aya missiyalar həyata keçirməyi hədəfləyir, Çin isə 2030-cu ilə qədər Aya insan göndərməyi planlaşdırır. Hər iki ölkə həmçinin Ayın cənub qütbü yaxınlığında daimi bazalar yaratmağı hədəfləyir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, artan trafiklə kosmik tullantılar gələcəkdə ciddi risklər yarada bilər.


Ülkər XASPOLADOVA,

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Spotify”da yeni dövr: Süni intellektə mükafat verilməyəcək  

21:36
04 May

Tərk edilmiş “SpaceX” raketi Aya düşəcək

21:13
04 May

Gürcüstanda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar ASAN xidmət

21:03
04 May

İran ABŞ ilə yalnız münaqişəyə son qoyulmasını müzakirə etdiyini bildirib

20:57
04 May

Bank Azərbaycanın iştirakı ilə “yaşıl artım” layihəsini təsdiqləyib

20:53
04 May

Aİ-nin 20 milyardlıq süni intellekt planı tənqid hədəfində

20:51
04 May

Malidə hərbi hökumətin nəzarəti zəifləyə bilər

20:46
04 May

Avropada işıq pulu bahalaşa bilər

20:37
04 May

Avstraliya ilə Yaponiya enerji sahəsində əməkdaşlığı gücləndirir

20:29
04 May

Xatirələrimiz saxta ola bilər?

20:21
04 May

Qəhvə içərkən beynimizdə nələr dəyişir?  

20:13
04 May

İrana məxsus "Touska" gəmisinin heyəti Pakistana təhvil verilib

20:06
04 May

Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK

20:05
04 May

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub

20:04
04 May

ICESCO-nun qərargahında “Natəvan Mədəni İrs Mükafatı”nın ilk qaliblərinin təltif edilməsi mərasimi olub  

20:02
04 May

Fransada bütün tələbələr 1 avroluq nahar yeməyi hüququna malik oldu

19:59
04 May

Azərbaycan əczaçılıq sənayesinin inkişafı strateji prioritetdir

19:57
04 May

ABB “İlin ən yaxşı bankı” mükafatını 4-cü dəfə qazandı

19:54
04 May

Atlantik okeanında üzən gəmidə hantavirus şübhəsi

19:52
04 May

Lənkəranda tələbələr üçün “Müasir yatırım imkanları” Master Klass keçirilib

19:44
04 May

Amsterdamda ət və yanacaq reklamları qadağan edildi

19:41
04 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!